Mingəçevirdə yaşayan Ağdam sakinini bıçaqlayan şəxs tutulub. Şəhər polis şöbəsindən deyilib ki, Mingəçevir şəhər 13 saylı orta məktəbdə məskunlaşan Ağdam rayon sakini 22 yaşlı Hacıyev Məhərrəm Cavid oğlu oktyabrın 28-də tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Polis əməkdaşları müəyyən ediblər ki, onu şəhərin Ə.Vahid küçəsindəki 4/1 nömrəli evin 30 saylı mənzilində yaşayan 24 yaşlı Mirzəyev Ceyhun İlqar oğlu bıçaqlayıb. Faktla bağlı noyabrın 10-da tutularaq istintaqa cəlb edilən Ceyhun Mirzəyev hadisəni törətdiyini etiraf edib. Cinayət işi açılıb, araşdırma aparılır.
|