Hal-hazırda Ayna qəzetinin 12.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Azərbaycanlı siyasi fəal edam cəzasına məhkum edilib
Azərbaycanlı siyasi fəal edam cəzasına məhkum edilib
Digər bir siyasi fəala 13 il həbs cəzası çıxarılıb
Şənbə, 12.11.2011

mətn ölçüsü  

Urmiya İnqilab Məhkəməsi azərbaycanlı siyasi fəal Bəhruz Alxanini edam cəzasına məhkum edib. APA-nın məlumatına görə, Bəhruz Alxani İran hökumətinə müxalif qruplarla əməkdaşlıqda təqsirləndirilib. Bəhruz Alxani digər azərbaycanlı siyasi fəal Əkbər Əkbərpurla birlikdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Urmiya şəhərində həbs olunub. Onlar bir il ETTELAAT Urmiya şöbəsinin təcridxanasında təkadamlıq kamerada saxlanılıblar. Azərbaycanlı siyasi fəalların bu müddət ərzində ağır işgəncələrə məruz qaldığı bildirilir. Onların məhkəməsi bu ilin sentyabrında keçirilsə də, çıxarılan hökm barədə məlumat yeni yayılıb.

Urmiya İnqilab Məhkəməsi eyni ittiham üzrə Əkbər Əkbərpuru 13 il həbs cəzasına məhkum etsə də, Bəhruz Alxani barəsində edam qərarı çıxarıb. Onlar heç bir vəkillə təmin olunmayıblar.

Məlumata görə, ETTELAAT-ın təhdidi nəticəsində Bəhruz Alxani son məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamlardan özünü müdafiə edə bilməyib. Bu baxımdan azərbaycanlı siyasi fəal barəsində belə bir qərarın çıxarıldığı bildirilir. Hazırda Bəhruz Alxani qərarın icrasını gözləyir. Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Edam cəzaları səngimək bilmir

"Savalan həftəsi"nin tələb və istəkləri

Bakı Güneydə baş verənlərə biganə qalmamalıdır

Deputatlar "Səhər" kanalı və Urmiya gölü ilə bağlı İranı tənqid etdilər

Daha bir goran edam edildi

Bölmənin digər xəbərləri
 
Güney Azərbaycan: Evlərdən peyk antenaları yığışdırılır
Polis məhkəmə icazəsi olmadan evlərə soxulur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər