Hal-hazırda Ayna qəzetinin 05.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
15 il barmaqlıq arxasında qalacaq
15 il barmaqlıq arxasında qalacaq
Qatil qadının apellyasiya şikayəti təmin olunmadı
Şənbə, 05.11.2011

mətn ölçüsü  

Bakı Apellyasiya Məhkəməsində Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xalidə Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin olunmayıb. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Xalidə Əhmədova 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2010-cu il oktyabrın 15-də, saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində baş verib. Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilib. Hadisədən dərhal sonra Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə görə, mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və digər nahiyələrində qançırlar aşkarlanıb, onun ölümünə səbəbin isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı Xalidə Balabəy qızı Əhmədova tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı ünvanda aparılmış axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd pul aşkar edilərək götürülüb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ər arvadını boğazlayıb
Bununla da "bütün şübhələrə birdəfəlik son qoyub"

Övlad qatilləri Ali Məhkəməyə üz tutdular
Onlar məhkəmə qərarından kassasiya şikayəti veriblər

Restoranda baş verən qanlı olayın məntiqi sonluğu
İki qardaşı öldürməyə cəhddə ittiham olunan şəxsə hökm oxundu

Yeniyetmə qardaşını zorlayana məhkəmə qurub
Bunun üstündə ona 11 il 3 ay cəza kəsildi

1 manata görə qulaqlarını kəsdilər
Cinayət əməlini törədən zərərçəkənin bir qulağını özü ilə aparıb

"Zapravka"da qanlı hadisə baş verdi
Növbəyə görə qalmaqal yaradan sərxoş müştəri özünə və "zapravka"nın müdirinə xəsarət yetirdi

Firmadan 40 min manatlıq oğurluq edən şəxslər tutulub


Narkotik vasitədən zəhərlənərək ölüb


Vəzifəli şəxs rüşvətə görə tutulub


Lokomotiv deposunun rəisi güllələnib


Təcridxanalarda monitorinq keçirilib


Qətldə təqsirləndirilən jurnalist apellyasiya şikayəti verib


Hüquq müdafiəçiləri 13 saylı cəzaçəkmə müəssisəsində olublar


Reket jurnalist həbs olunub




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər