Hal-hazırda Ayna qəzetinin 05.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Urmiya gölü problemi: bəyanatdan o yana gedilmir
Fərqli rəqəmlər şübhələr yaradıb
Şənbə, 05.11.2011

S.Soltan mətn ölçüsü  

Bir neç gün öncə İran parlamentinin kənd təsərrüfatı, su və təbii ehtiyatlar komissiyasının üzvü Məhəmmədrza Hacı-Əsgəri "İRNA"ya müsahibəsində demişdi ki, Urmiya gölünün dirçəlməsinə hökumət 450 milyard tümən (təxminən 400 milyon manat) pul ayırıb. Onun sözlərinə görə, bu qərar hökumət üzvləri və deputatların birgə toplantısında qəbul olunub. Bu maliyyə vəsaiti üç il müddətində xərclənəcək. M.Əsgəri bildirmişdi ki, bu yığıncaqda Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətləri irriqasiya sistemlərinin inkişafı haqda məsələyə də baxılıb. Həmin iclasda Urmiya gölünə çeşidli bölgələrdən su gətirilməsindən də danışılıb.

Yığıncağa qatılan ətraf mühitin qorunması təşkilatının başçısı Məhəmmədcavad Məhəmmədzadə isə Gülüstan əyalətində bir mətbuat konfransında problemin həllinə ayrılmış maliyyə vəsaiti ilə bağlı tamam fərqli rəqəm söyləyib. Onun sözlərinə görə, bu məqsədlə çəkiləcək 140 km-lik kəmərə 650 milyard tümən (600 milyon manata yaxın) pul ayrılıb...

"İRİB nyus"un məlumatına əsasən, Urmiya gölünə su Araz çayı və Kürdüstan əyalətinin su ehtiyatlarından istifadə ediləcəyini söyləyib və bildirib ki, hazırda Energetika Nazirliyi tərəfindən bu məsələ öyrənilir. M.Məhəmmədzadə Urmiya gölü üzərinə süni yağış yağdırılmasının da planlaşdırıldığını qeyd edib.

Energetika naziri Məcid Namcu isə yığıncaqdan bir neçə gün öncə demişdi ki, Urmiya gölünün qurumasının qarşısının alınması məqsədi ilə onun ətrafındakı su anbarlarının tikintisi dayandırılıb, çünki bu süni su hövzələri gölə suyun daxil olmasını əngəlləyir.

Gölün qurumasının qarşısının alınması ilə bağlı ayrılmış maliyyə vəsaiti haqda hakimiyyət təmsilçilərinin fərqli rəqəmlər söyləməsi müəyyən şübhələr yaradır. Bu fərqli rəqəmlərdən belə anlaşılır ki, problemin həllinə hakimiyyət elə də ciddi yanaşmır. Çünki etiraz aksiyaları baş verən ərəfədə söhbət bir milyard dollardan gedirdi.

Ur


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Hizbullah" Baş Konsulluğa hücum edəsi olmadı
Üzüsuluykən sözlərini geri götürdülər

Təbrizdə üç tələbə həbs edilib
Əvvəl tutulanların isə məhkəməsi başlayıb

Məscidlər fəsad ocağına çevrilib?
Bu həftə Təbriz məscidlərindən ölkəmizə təhdidlər, böhtanlar yağdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər