Hal-hazırda Ayna qəzetinin 05.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Məscidlər fəsad ocağına çevrilib?
Bu həftə Təbriz məscidlərindən ölkəmizə təhdidlər, böhtanlar yağdı
Şənbə, 05.11.2011

mətn ölçüsü  

Bu "icazəli" toplantılarda nələr söyləndiyinin ucundan-qulağından xəbərdar olduq. Sakitliklə oxuduq və güldük. Bir az da təəccübləndik. Bu bir siyasi iş idi və bunun üçün bizcə, başqa bir yer seçilməliydi. Nədən məscidlər? Axı, biz bildiyimizcə, islam barış dinidir. Tanrı evində küfr, hədyan, kin və nifrət püskürmək günahdır.

Niyə unudurlar ki, Azərbaycan Respublikası başqa bir ölkədir, xalqı yetərincə ayıqdır və kənardan onun daxili işlərinə qarışmaq, onu hərifləmək o qədər də asan deyil.

Təbriz məscidlərində bu silsilə toplantılar İranın ruhani rəhbərliyinin təlimatıyla təşkil olunub. Başqa sözlə, dilə gətirilməli olan hədələr yuxarılarla razılaşdırılıb. Qoyulan mövzunun adı "Azərbaycan Respublikasında islamçılıqla tanışlıq" imiş. Aksiya "Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsi" adlı gurultulu bir adı olan dezinformasiya mərkəzinin təşkilatçılığı ilə keçirilib (APA).

"Azərbaycan Respublikasında islamçılıqla tanışlıq" mövzusunda bu silsilə yığıncaqlarda sıradan birinci toplantı isə "Xomeyniçilər Azərbaycan Respublikasında" adlanıb və Təbrizin "Ayətullah Taleqani" məscidində təşkil olunub. Yığıncaqda "ekspert" Mehdi Nalbəndi Azərbaycan tarixində İslam və şiəliyin rolundan danışıb, Azərbaycanda şiəliyin güclü olmasında İslam inqilabının və İranın keçmiş dini lideri Ruhulla Xomeyninin rolu olduğunu iddia edib... Bu ölkədə yaşayan bizlər bu "rol"dan niyə xəbərdar deyilik, anlaya bilmədik.

Yığıncaqda əsas çıxışçı ölkəmizə qarşı ərazi iddiası istiqamətində fəaliyyət göstərən "Aran" araşdırma mərkəzinin direktoru, "Aran" jurnalının redaktoru Həsən Qulu nitqini Azərbaycanın dövlət quruluşunu və müstəqilliyi təhdid edən fikirlər söyləmək cəsarətində bulunub. Azərbaycanı ABŞ və İsraillə əməkdaşlıqda, vəhhabiliyi və sionizmi inkişaf etdirməkdə ittiham edib. Qulu Azərbaycanda antiislam və antiiran təbliğatının sürətləndiyini də narahatlıq kimi qeyd edib.

Bu cənab iddia edir ki, "bu xalqın mədəniyyəti hələ də İran mədəniyyətindən tam ayrılmayıb". Elə bu iddia göstərir ki, bizim xalq və ölkə barədə bəsit təsəvvürləri var. Qulu bizi güldürən suallar da səsləndirib: "İslami oyanış Azərbaycan Respublikasında nə vaxt başlayacaq? Azərbaycan Respublikası ölkəmizə ən yaxın İslam ölkəsi olduğu halda, bu oyanışdan niyə bəhrələnə bilməyib?"

Sonra özü də cavab tapıb: Azərbaycanda camaat və ictimai-siyasi fəallar arasında təbliğat lazımınca qurulmayıb. Dayan bir, axı 1990-cı ildən bu yana ölkəmizdə camaatın başını xarab etmək üçün İranın nə qədər pul xərclədiyini bilməmiş olmazlar. Bəlkə də milyard... Fəqət nəticəsi olmayıb! Bunu Qulu gücsüzlükdən doğan məyusluqla qeyd edib.

Qulu və qulular bircə şeyi unudurlar ki, nə qədər ki, İran rəhbərliyi bizim torpağımızın 20 faizini tapdayan, məscidlərimizi və qəbiristanlıqlarımızı xaraba qoyan Ermənistanla qardaşlıq işlədəcək, İranın bizim ölkədə bir sözü belə keçməyəcək. (Yeri gəlmişkən, Əhmədinejad İrəvana səfərə hazırlaşır. Xocalı soyqırımının təşkilatçılarından olan Serj Sarkisyanla "mehriban görüşünü" Bakıdan baxıb izləyəcəyik). Nə qədər ki, İranda 35 milyonluq türkün mədəni haqlarına həqarətli münasibət qalacaq, onlar həbsxanalarda şeytanın ağlına gələ bilən işgəncələrə məruz qoyulacaq, onların dırnaqarası "ruhani"lərinin bu ölkədə bir sözü belə keçməyəcək.

Cənablar, xeyirxahlıq edib sizlərə bir daha xatırlatmalı oluruq ki, biləsiniz: Azərbaycan türkü Avropa təfəkkürlü bir millətdir, özünün dünyəvi respublikasını qurub, özü də İrandan 60 il öncə. İrana ilk konstitusiyanı bu millət verib, pis-yaxşı demokratik azadlıqları da İrana bu millətin oğulları dadızdırıb. Son min ilin İran tarixi türklərin qılıncı ilə yazılmış bir tarixdir. Bu millətin özünün kifayət qədər dayanıqlı dövlətçilik ənənəsi, hakimiyyət təfəkkürü, böyük sayğı duyduğu mənəvi ataları var. Riyakar İran mollaları bu ölkəyə və xalqa heç vaxt mənəvi ata ola bilməzlər. Məgər bunu anlamaq qululara çoxmu zordur?..



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

NATO-ya üzvlük hədəfi riskləri artırırmı?

İran parlamentinin deputatları danışdı

Ermənistanın kölə vəziyyəti Kremlə sərf edir

"Molla Nəsrəddin" - sənədlərin dili ilə

Möhlət Müslümov Təbrizdə çıxış edəcək

Bölmənin digər xəbərləri
 
"Hizbullah" Baş Konsulluğa hücum edəsi olmadı
Üzüsuluykən sözlərini geri götürdülər

Təbrizdə üç tələbə həbs edilib
Əvvəl tutulanların isə məhkəməsi başlayıb

Urmiya gölü problemi: bəyanatdan o yana gedilmir
Fərqli rəqəmlər şübhələr yaradıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər