Hal-hazırda Ayna qəzetinin 05.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Təbrizdə üç tələbə həbs edilib
Təbrizdə üç tələbə həbs edilib
Əvvəl tutulanların isə məhkəməsi başlayıb
Şənbə, 05.11.2011

mətn ölçüsü  

GünAz TV-nin xəbərinə görə, Təbrizdə azərbaycanlı öyrənci fəallar Behruz Fəridi, Arəş Məhəmmədi və Səyavuş Məhəmmədi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən həbs olunublar. Hər üç öyrənci noyabrın 3-də səhər tezdən yaşadıqları mənzillərdə tutulublar. Mənzillərdə axtarış aparılıb, tələbələrə məxsus kompüterlər, kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. İlk saatlarda tələbə fəalların nədə təqsirləndiyi və harada saxlandığı bilinmir. Sonra bəlli olub ki, onlar İnformasiya və Kəşfiyyat Nazirliyinin Təbriz şöbəsində saxlanırlar. Deməli, onlar siyasi zəmində həbs ediliblər. Qeyd edək ki, Güney Azərbaycanda həbsdə olan siyasi məhbusların əksəriyyəti ya universitet tələbəsidir, ya da siyasi fəaliyyətə tələbəlikdən başlamış fəallardır.

Başqa bir xəbərə görə, hazırda həbsdə olan Mehdi Həmidi Şəfiqin azadlığı yönündə fəaliyyət göstərən veb-laq yaradılıb. Bu gənc avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində iftar zamanı oturub Urmu gölü məsələsini müzakirə edərkən həbs edilmiş 30 azərbaycanlı gəncdən biridir. Onlardan 15-nin məhkəməsi artıq başlanıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

Fərəməz Allahverdiyev sərbəst buraxıldı

Britaniya tələbələr üçün vizanı sərtləşdirdi

Eynulla Fətullayev 2 ay da təcridxanada qalacaq

Bölmənin digər xəbərləri
 
"Hizbullah" Baş Konsulluğa hücum edəsi olmadı
Üzüsuluykən sözlərini geri götürdülər

Məscidlər fəsad ocağına çevrilib?
Bu həftə Təbriz məscidlərindən ölkəmizə təhdidlər, böhtanlar yağdı

Urmiya gölü problemi: bəyanatdan o yana gedilmir
Fərqli rəqəmlər şübhələr yaradıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər