Hal-hazırda Ayna qəzetinin 05.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
"Hizbullah" Baş Konsulluğa hücum edəsi olmadı
"Hizbullah" Baş Konsulluğa hücum edəsi olmadı
Üzüsuluykən sözlərini geri götürdülər
Şənbə, 05.11.2011

mətn ölçüsü  

Noyabrın 4-də Azərbaycanın Təbriz Baş Konsulluğu qarşısında "Ənsari Hizbullah" təşkilatının aksiya keçirəcəyi barədə Bakı mətbuatında yayılan məlumatlar təşkilatın Şərqi Azərbaycan şöbəsinin saytında təkzib edilib. Bu barədə "Amerikanın səsi" radiosu məlumat yayıb ("Turan").

Təkzib Təbriz "Ənsari Hizbullah"ının "mühüm" açıqlaması olaraq saytda birinci xəbər kimi yayımlanıb. Xəbərdə deyilir: "Möhtərəm hizbullahi bacı və qardaşlarımıza çatdırırıq ki, aban ayının 13-ü (noyabrın 4-ü) Azərbaycanın baş konsulluğunun önündə nümayiş keçiriləcəyi barədə şayiələr yayılıb. Bizim təşkilat belə bir aksiya keçirməyəcək və Hizbullah bu barədə yayılan şayiəni təkzib edir".

Qeyd edək ki, noyabrın 4-də Tehranda Amerika səfirliyinə edilən hücumun və səfirlik əməkdaşlarının girov götürülməsinin ildönümüdür və həmin gün İranda tələbə günü olaraq qeyd edilir.

Bu arada "Ənsari Hizbullah"ın Şərqi Azərbaycan şöbəsinin rəhbəri molla Ruhulla Becaninin "Səhər" televiziyasında və İnternetdə Azərbaycan əleyhinə çıxışları təşkilatın saytında qalır. O, çıxışlarında Azərbaycan rəhbərlərinə qarşı təhqiramiz ifadələr işlədib, xalqı din adına üsyana çağırır, "İslam Partiyası"nın sədri Möhsün Səmədov və partiyanın digər bəzi üzvlərinin həbsini pisləyir.

Molla Becani həmin sayta yerləşdirilmiş və "Səhər" televiziyasında dediyi sözləri təkrar edərək Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Azərbaycan rəhbərliyi tərəfindən Amerika və İsrailin tələbi üzərinə islama qarşı mübarizə apardığını iddia edib. Azərbaycanın dünyada "ikinci şiə dövləti" olduğunu iddia edən Molla Becani belə bir əcaib fikrə gəlib ki, "Azərbaycandakı üsul-idarə islamı ölkədən söküb atmaq məqsədi ilə yaranıb".

Belə görünür, indi İranda çoxları kimi Molla Becani də "şpionomaniya" xəstəliyindən əziyyət çəkir. Belə ki, "Ənsari Hizbullah" Şərqi Azərbaycan şöbəsinin rəhbəri Azərbaycan Respublikasının Təbriz Baş Konsulluğunu "casusxana" adlandırıb və İran hökumətinin ötən il onların buraya hücum etmə planlarının qarşısını aldığını deyib. Molla söyləyib ki, təşkilat bu il də konsulluq qarşısında aksiyalar keçirəcək.

Molla Ruhulla Becani vəd etmişdi ki, Təbriz gəncləri "sionizmin istiqaməti ilə idarə olunan Azərbaycan Respublikasının antiislami siyasətlərinə etiraz olaraq bu respublikanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaqlar". Molla demişdi ki, "alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdilər və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu antiislami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcəklər".

İnandırıcı olmasa da, özlüyündə mollanın bu hədəsi boş bir şey təsiri bağışlayırdı, lakin hər halda olduqca "maraqlı" xəbər idi. 1978-ci ildə qızışmış dinçilərin Birləşmiş Ştatların Tehran səfirliyinə hücumunun əzabını İran dövləti indiyə qədər çəkir və hələ də bu ölkələr arasında diplomatik əlaqələr yox dərəcəsindədir. Görünür, ikinci belə bir hadisənin İranı nə kimi bataqlığa soxacağını İranda ağıllı adamlar dərk ediblər və bu mollaya bərk təpiniblər. Bəlkə də molla bu sözü irəlisini, gerisini düşünmədən qızğın başla deyibmiş. Nə desən ola bilər. Yuxarıların təpinməsindən, bəlkə də yuxudan ayılandan sonra, türk demiş, "üzüsuluykən" təkzib verməyi vacib bilmişlər...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tarixi hadisələri şəxsi taleyində yaşamaq...

Təbrizdə Baş Konsulluq qarşısında "aksiya"

Bölmənin digər xəbərləri
 
Təbrizdə üç tələbə həbs edilib
Əvvəl tutulanların isə məhkəməsi başlayıb

Məscidlər fəsad ocağına çevrilib?
Bu həftə Təbriz məscidlərindən ölkəmizə təhdidlər, böhtanlar yağdı

Urmiya gölü problemi: bəyanatdan o yana gedilmir
Fərqli rəqəmlər şübhələr yaradıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər