Hal-hazırda Ayna qəzetinin 29.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
"Beynəlmiləl Rusiya" və etnik fəsad ocaqları
"Beynəlmiləl Rusiya" və etnik fəsad ocaqları
Bu qurum postsovet məkanında etnik separatizmin yanında yer alıb
Şənbə, 29.10.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Moskvada yenicə təsis olunmuş "Beynəlmiləl Rusiya" adlanan qurum postsovet dövlətlərinə qarşı siyasi təzyiq vasitəsi kimi separatçı cırtdan "dövlətlərin" müstəqilliyini tanımaq yönündə hərəkətə keçmişdir. Bu qurumun Dnestryanı, Abxaziya, Güney Osetiya və Dağlıq Qarabağ separatizminin yanında durduğunu, bu fəsad ocaqlarına bağlı olan şübhəli subyektləri ətrafına topladığını sübut edən faktlar yetərincədir. Sözügedən "Beynəlmiləl Rusiya" gələnilki prezident seçkilərində indiki baş nazir Vladimir Putini dəstəkləyən Ümumrusiya Xalq Cəbhəsi Hərəkatının cığırdaşı kimi qəbul olunur. Kimdir bunlar, istəkləri, qayələri nədir?

2008-ci ilin yayından başlanan demarş

Sovetlər Birliyi dağıldıqdan sonra Moldova üzərindən Şərqi Avropanın, Qafqaz regionundan Gürcüstan üzərindən Quzey Qafqazın, Azərbaycanın timsalında Türküstanın tam azad bölgələrə çevrilmə strategiyasını diqqətlə izləyən Kreml strateqləri dərhal bu üç dövlətin qarşısında etnik separatizm ocaqları yaratdı. Həmin separatçı bölgələri siyasi baxımdan dəstəkləmədiyini elan etsə də, Rusiya 2008-ci ilin qızmar avqust ayında öz strateji niyyətini açıq göstərdi. Güney Osetiya və Abxaziyanın "müstəqilliyini" tanımaq barədə qərar verməklə, bu iki bölgə ilə diplomatik əlaqələr qurdu. Rusiya büdcəsindən hətta milyonlarla dollarlıq vəsait də ayrıldı. Hazırda hər iki bölgənin sərhədlərini Rusiyaya məxsus hərbi qüvvələr qoruyur. Toplam 7 min nəfərlik rus ordusu burada əsgəri xidmətdədir.

Bu siyasətin ardınca Rusiyanın ticarət ortağı və antiqərb mövqeyi ilə seçilən əlaltı Nikaraqua ilə Venesuela da separatçı bölgələri tanımaq barədə qərar verməklə Moskvanın yanında durduqlarını elan etdilər. Bu azmış kimi, Nauru, Vabuatu, Tuvalu tipli cırtdan ada dövlətlər də Rusiyadan aldıqları pul-para müqabilində Abxaziya və Güney Osetiyanı tanımaq qərarı verdilər. Bu siyahını Rusiya özünə strateji müttəfiq saydığı Dominikan, Sahara, Belarus, İran, Ermənistan, Boliviya, Çin, Peru, Mərakeş, Livan, Güney Kipr, Kuba, İordaniya, Quzey Koreya, San-Marino, Tacikistan, Ekvador, Sudan, Honduras, Kolumbiya tipli inkişaf etməmiş, bərk maliyyə "aclığı" keçirən ölkələr hesabına böyütməyə çalışır.

Anlaşılan budur ki, bu cəhdləri ilə Rusiya öz neoimperiya iddialarına yeni məzmunda hüquqi don geyindirməyə çalışır. Kreml bununla da separatçı bölgələrin beynəlxalq hüquqi xarakter alması yönündə sərt addımlar ata biləcəyini də sərgiləmiş olur. Biz bu siyasətin ilkin əlamətlərini hələ 22 avqust 2008-ci ildə Kremldə Güney Osetiya və Abxaziya "səfir"lərinin rəsmi qəbulu mərasimində gördük. Belə bir tanıma marafonuna qatılan Federasiya Şurasının 130 üzvünün, yəni senatorunun verdiyi qərarı da əlavə etmək olar. Dövlət Dumasında 447 deputatın separatçı rejimləri dəstəkləməsi isə Rusiya isteblişmentində neoimperiya zehniyyətinin nə qədər dərin kök saldığını bir daha təsdiq etdi.

İndiki məqamda Ümumrusiya Xalq Cəbhəsi Hərəkatının separatçı rejimlərə isti münasibət göstərməsi və onlarla sıx əməkdaşlığa meyilli olması yaxın gələcəkdə daha ciddi fəsadlardan, təhlükələrdən soraq verir.

REKLAM

Azərbaycan, Özbəkistan, Moldova və Türkmənistana "düşünmək" üçün dekabrın sonunadək vaxt verilməsini isə üstüörtülü təhdiddən siyasi aqressiyaya yol açan bir gediş kimi qəbul etmək lazımdır.

Bu təhdidlərdən sadalanan dövlətlərin nə şəkildə çıxacaqları hələlik aydın deyil. İndiki məqamda görünən tərəf odur ki, Azərbaycan, Özbəkistan, Moldova və Türkmənistan beynəlxalq dəstək qazanmaq üçün ciddi addımlar atmağa başlayıblar. Bu dövlətlərin heç biri yenidən hansısa siyasi boyunduruq altına girmək istəmir. Ona görə də Kremlin ağalıq iddiasını sərgiləyən neoimperiya tərəfdarları təhdid dilində danışmaqla siyasi təzyiqlərini gücləndirməyə çalışırlar.

MDB-2 MDB-yə transfer olmağa cəhd edir

1998-ci ildə separatçı Abxaziya, Güney Osetiya, Dnestryanı və Dağlıq Qarabağ oyuncaq rejimləri bir araya gələrək MDB-2 formulunu yaratdıqlarını elan etdilər. Həmin ərəfədə Vladimir Putin Rusiyanın 1-ci şəxsi olmaq iddiasını sərgiləyirdi. Separatçı regionlar 2000-ci ildə Rusiyada tədricən güclənməkdə olan "putinizm"dən ilhamlanaraq MDB-2-nin rəsmiləşdirilməsi yönündə müvafiq sənədlər imzaladılar. Bunun ardınca isə 2006-cı ilin 17 noyabrında MDB-2 MDB-də birləşmək barəsində qərar qəbul etdi. Gürcüstan, Ukrayna, Azərbaycan, Özbəkistan, Türkmənistan və Moldovanın səyləri nəticəsində bu təşəbbüslər baş tutmadı...

Ümumrusiya Xalq Cəbhəsi Hərəkatına MDB məkanında dəstək verilməsi üçün yaradılan "Beynəlmiləl Rusiya"ya üzv olan separatçı Dağlıq Qarabağ rejiminin təmsilçiləri artıq bu yöndə açıq şəkildə hərəkətə keçiblər. Onların adından Masis Mailyan bildirib ki: Şərqi Timorla "qarşılıqlı diplomatik əlaqələrin qurulması üzrə anlaşmalara başlamışıq. Çünki Şərqi Timorda bizə xüsusi münasibət var. Orada bizə bildirdilər ki, DQR rejimi dünyada çox az tanınıb. Ona görə ki, bu regiona az yardım edirlər. Şərqi Timor BMT-nin bərabərhüquqlu üzvüdür. Bu dövlətin DQR-i tanıyacağı təqdirdə, bizim əhatə dairəmiz genişlənə bilər. Şərqi Timor bizim üçün bir örnəkdir. Onlar 1975-ci ildən 1999-cu ilədək Portuqaliyanın müstəmləkəsindən ayrılmaq üçün mübarizə apardı və nəticədə dövlət müstəqilliyinə nail ola bildilər".

Siyasi müşahidəçilərin fikrincə, Rusiyada 2012-ci il prezident seçkilərindən sonra Putin və neoimperiya tərəfdarları MDB-2-nin dərhal MDB-yə qoşulması üçün daha sərt addımlar atmağa çalışacaqlar. Beynəlxalq hüquq yoxmuş kimi MDB-2 üzvləri hətta könüllü şəkildə Rusiyaya birləşmək barəsində "Belorus-Rusiya Dövlətlər İttifaqı"na dəfələrlə müraciət ediblər. Artıq Güney və Quzey Osetiyada yaradılmış "Vahid Osetiya Hərəkatı" öz proqramında bu prinsiplərə üstünlük verdiyini elan edib. Hər iki tərəfdəki digər osetin təşkilatları da bu siyasəti fəal şəkildə müdafiə edirlər.

Moldovanın siyasi, sosial-iqtisadi həyatında önəmli rolu olan Ukraynanın indiki hakimiyyəti, özəlliklə prezident Yanukoviçin siyasi kursu sayəsində separatçı Dnestryanı rejim özünü daha sərbəst hiss edir. Yanukoviç hələ 2009-cu ildə açıq şəkildə elan etmişdi ki: "Rusiyanın Abxaziya və Güney Osetiyanın müstəqilliyini tanıması məntiqidir. Bu, xalqların öz müqəddəratını təyin etməsi hüququna hörmətin əlamətidir".

2 sentyabr 2008-ci il tarixdə Ermənistan prezidenti Serj Sərkisyan isə: "Biz Abxaziya və Güney Osetiyanı ona görə tanımırıq ki, Kosovonun müstəqilliyini də tanımırıq. Biz DQR məsələsində ümidlərimizi MDB-nin verəcəyi qərarlara dikmişik" demişdir. Bütün bunlardan sonra 2011-ci il payızın sonuna qədər Kreml Azərbaycanı fakt qarşısında qoymağa çalışır. De-fakto olmasa da, de-yure separatçı rejimlər sırasında DQR-in tanınma prosesinə başlanıla bilər. İndiki halda soyuq duş təsiri bağışlayan bu siyasətin Azərbaycan dövlətçiliyinə hansı miqyasda zərbə vuracağını artıq təxmin etmək belə mümkündür.

"Leninizm" taktikasına dönüş

1920-1930-cu illərdə Bolşevik Rusiyası Türküstanı tam nəzarətinə almaq üçün burada süni şəkildə Tacikistan, Qırğızıstan və Karakalpakıstan yaratdı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

İran prezidentinin müşaviri talışlardan kitab yazıb

Güney Qafqaz dünyanın diqqət mərkəzində

Separatçılara Vaşinqtondan 8 milyon dollar mükafat

ATƏT PA-nın xüsusi nümayəndəsi gələsi olmadı

Dünyada 2005-dən bəri münaqişələr çoxalır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər