İran hökuməti Urmiya gölünün qurumasının qarşısının alınması məqsədilə 420 milyon dollar həcmində vəsait ayırıb. APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin üzvü Məhəmməd Rza Hacı-Əsgəri bildirib. Deputatın sözlərinə görə, gölün qurumasının qarşısının alınması üçün artıq müvafiq plan da hazırdır. Urmiya gölünün sürətlə quruması İran azərbaycanlıları arasında kütləvi etirazlara səbəb olub. Ehtimal olunur ki, gölün quruması həm ciddi ekoloji fəsadlar yarada, həm də kənd təsərrüfatından dolanan yerli əhalinin bu bölgədən kütləvi mühacirətinə səbəb ola bilər.
Məsələ bundadır ki, gölü ekoloji fəlakətdən xilas etmək üçün daha böyük məbləğdən söz gedirdi. İndi 420 milyon rəqəmi açıqlanır. Bu kifayət edəcəkmi?
|