Hal-hazırda Ayna qəzetinin 29.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran narko-trafikindən daha bir xəbər
Oradan Azərbaycana narkotik və silah-sursat keçirmiş dəstənin apellyasiya şikayəti nəticəsiz qaldı
Şənbə, 29.10.2011

mətn ölçüsü  

Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıq yolu ilə İrandan ölkəmizə külli miqdarda narkotik vasitələr və silah-sursat keçirməkdə təqsirləndirilən Azərbaycan, Rusiya və İran vətəndaşlarından ibarət mütəşəkkil dəstə üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərdən təkcə İbrahim Tanrıverdiyevin apellyasiya şikayəti təmin olunub. Onun cəzası 8 ildən 5 ilə endirilib. Digər təqsirləndirilən şəxslərin barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökm isə dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəstə üzvlərindən "Tovuzlu Alik" ləqəbi ilə tanınan Sadıqov Alyoşa Cəmil oğlu 10 il, Tanrıverdiyev İbrahim Hüseyn oğlu 8 il, Zadeh Germi Əkbər Əyyub oğlu 10 il, Vaytkeviç Anatoli Frantseviç 8 il, Bibin Gennadi Nikitoviç 8 il və Bibin Sergey Nikitoviç 9 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma) və 228-ci (qanunsuz olaraq silah-sursat əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunurlar. Dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıblar.

Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Polisin adı dəyişsə də, vəziyyət düzəlmir
İstəyirsən lap şallaqla

Ayətulla riyakarlıqda, məkr və böhtançılıqda suçlandı
Məkarim Şirazi belə bir cavabı özü haqq etdi

Təbrizdə 13 nəfərin məhkəməsi başlayıb


Gölün xilasına 420 milyon dollar ayrılıb
Bu kifayət edəcəkmi?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər