Hal-hazırda Ayna qəzetinin 22.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
Baxış bucağı
Baxış bucağı
Şənbə, 22.10.2011

mətn ölçüsü  

İsmət Yılmaz, Türkiyənin milli müdafiə naziri:

"Azərbaycanla hərbi və müdafiə sənayesi sahəsində əlaqələrimizi inkişaf etdirmək bizim əsas hədəfimizdir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarında təhsil alması, silah və təchizata sahib olması bölgənin sabitliyi üçün vacibdir. Biz Türkiyə olaraq Azərbaycanın həm NATO, həm də digər Qərb təşkilatları ilə əməkdaşlığını dəstəkləyirik. Azərbaycanın NATO ilə Sülh Naminə Tərəfdaşlıq çərçivəsində davam etdirdiyi fəaliyyətlərin faydalı olduğunu, həmçinin bu əməkdaşlığın Azərbaycanın iqtisadi və siyasi maraqları baxımından əhəmiyyətli olduğunu düşünürük".

Telman Əbilov, Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzinin direktoru:

"Bu gün Azərbaycanda hərbi qulluqçuların sosial təminatı çox aşağı səviyyədədir. Maraqlıdır, Müdafiə Nazirliyi hərbi qulluqçuların aldıqları məvaciblər barədə cəmiyyətə açıqlama vermir və bunu hərbi sirr hesab edir. Amma dünya ölkələrində belə hal yoxdur. Hərbi qulluqçuların maddi təminatı ilə bağlı məsələlər şəffaflaşmalıdır. Onların hansı vəziyyətdə yaşadığı, ağır sosial durumu ictimaiyyətin diqqətində olmalıdır. Bu gün zabitlərə kirayə üçün verilən vəsait çox aşağıdır. Şəhərdə kirayə üçün 47 manat verilir. Bu məbləğlə heç bir yerdə kirayə qalmaq olmaz. Rayonlarda ehtiyatda olanlara ayda 6 manat kirayə pulu verilir ki, bu da biabırçı rəqəmdir".

Siyavuş Novruzov, MM Təhlükəsizlik və müdafiə komitəsinin, NATO PA-dakı Azərbaycan heyətinin üzvü:

"Bu gün Azərbaycan ordusu NATO standartlarına cavab verir. Hazırda NATO ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Biz postsovet ölkələri arasında istər hərbi, istər ictimai sahədə, istərsə də parlamentlərarası əlaqələr sahəsində çoxsaylı proqramlarda iştirak edirik. Postsovet ölkələri arasında NATO proqramlarında ən çox iştirak edən ölkə Azərbaycandır. Bu proqramlarda iştirak olduqca vacibdir. Bu proqramlar çərçivəsində bizim zabitlərimizin tədrisi, yeni silahların istifadə qaydalarının hərbçilərimizə öyrədilməsi və ümumilikdə ordunun NATO standartlarına uyğunlaşdırılma prosesi həyata keçirilir. Bu gün Azərbaycan Ordusu həm təhsil, həm rabitə, həm də digər məsələlərdə NATO standartlarına uyğunlaşıb".

Tərlan Eyvazov, Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət Mərkəzinin direktoru:

"Xəzər dənizinin təhlükəsizliyi məsələsində ABŞ və Azərbaycan münasibətlərinin sıxlaşması vacibdir. Azərbaycan dövlət qurumlarının tam heyətdə ABŞ-a səfər etməsi təqdirəlayiq haldı. Xəzər dənizində enerji layihələrinin mühafizəsi sahəsində ABŞ-la birgə əməkdaşlıq regionun təhlükəsizlik problemlərinin həllində müsbət nəticələr yaradacaq. Rusiya və İran Xəzərdə hərbi baxımdan taktiki və strateji addımlar atır. Rusiya bu yaxınlarda irihəcmli gəmisini Xəzərə buraxdı. İranın Xəzər dənizinin təhlükəsizliyi ilə bağlı fərqli planları var və daha çox destruktiv xarakter daşıyır. Belə bir vəziyyətdə Azərbaycanın ABŞ-la yaxınlanması daha məqsədəuyğundur. Yaxın perspektivdə Xəzərdə enerji layihələrinin mühafizəsinə ABŞ-ın dəstəyinə dair rəsmi Bakı və Vaşinqton arasında razılaşma əldə olunacağı mümkündür".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Türkiyə səfirliyi qarşısında aksiya

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək

Qəzaya uğrayan sərnişinlər Bakıya gəldilər

Cəmil Həsənlinin monoqrafiyası ABŞ-da nəşr olunub

Məktəbli formalarına inhisar cəhdi var

Bölmənin digər xəbərləri
 
Hərbi qanunlarda nə kimi dəyişiklik edilməlidir?
"Doktrina" ekspertləri təkliflər siyahısını təqdim edir

Müdafiə xərcləri necə olmalıdır?
NATO standartlarında şəffaflıq və hesabatlılıq vacib hesab olunur

Orduda itkilər niyə artır?
Ekspertlər təxirəsalınmaz tədbirləri vacib hesab edirlər

Ceyms Appaturay: "Müharibə başlasa, qalib olmayacaq"
Xüsusi nümayəndə "Ordunun Aynası"na eksklüziv müsahibəsində NATO baş katibinin Azərbaycan prezidentini Brüsselə dəvət etdiyini bildirdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər