Hal-hazırda Ayna qəzetinin 22.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
Müdafiə xərcləri necə olmalıdır?
Müdafiə xərcləri necə olmalıdır?
NATO standartlarında şəffaflıq və hesabatlılıq vacib hesab olunur
Şənbə, 22.10.2011

C.Sümərinli mətn ölçüsü  

Oktyabrda müdafiə və təhlükəsizlik sektoru ilə bağlı diqqətçəkən hadisələrdən biri Transparency International təşkilatının hesabatı idi. Bu qurumun Müdafiə və Təhlükəsizlik proqramı tərəfindən hazırlanan yeni hesabatda göstərilir ki, çox sayda dövlətlər müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin xərclənməsi ilə bağlı məlumatları ictimaiyyətə ya az, ya da, ümumiyyətlə, heç açıqlamırlar. Bu isə ictimaiyyətə xərclərin hesabatlılığını aparmağa imkan vermir. Azərbaycan hesabatda şəffaflığı orta aşağı qiymətləndirilən ölkələr arasındadır. Hesabatda qeyd olunur ki, hökumət müdafiə və təhlükəsizlik sahəsində xərclənən vəsaitlə bağlı həm ictimaiyyətə, həm də qanunverici orqana çox az informasiya verir ki, bu da həmin sahələrdə hesabatlılığı tam öyrənməyə imkan vermir.

Ölkədə gizli məsələlərə xərclənən vəsaitlə bağlı məlumat yoxdur

"Müdafiə büdcələrinin şəffaflığı" hesabatı Transparency İnternational təşkilatının Müdafiə və Təhlükəsizlik proqramı tərəfindən hazırlanan yeni hesabatdır. Hesabatda 93 ölkənin təcrübəsi öyrənilib və əldə olunan nəticə bundan ibarətdir ki, bu ölkələrin əksəriyyətində müdafiə və təhlükəsizlik sahəsində xərclər barədə ictimaiyyətə kifayət qədər geniş məlumat verilmir. Hesabatdan görünür ki, hətta bəzi ölkələr qanunvericiliklə nəzərdə tutulmasına baxmayaraq, bu məlumatları geniş ictimailəşdirmir.

Müdafiə büdcələri ilə bağlı sənədləri (büdcə təklifləri və audit hesabatları da daxil olmaqla) əldə edə bilmək çox vacibdir, çünki bunlar ictimaiyyət və vətəndaş cəmiyyəti üçün hökumətlərinin hesabatlılığını qiymətləndirmək üçün əsas vasitədir. Hesabatda müdafiə büdcələrində şəffaflıq məsələləri, mövcud vəziyyət və büdcənin tərtibi ilə bağlı mümkün risklər də daxil olmaqla, bir çox məsələlərə diqqət yetirilib. Eyni zamanda 93 ölkə müdafiə büdcəsi şəffaflığına görə qiymətləndirilib.

Ümumi qiymətləndirmə ondan ibarətdir ki, hesabatda nəzərə alınan ölkələrdən 65%-də müdafiə büdcələrinin şəffaflığı ya orta, ya daha aşağıdır.

Açıq Büdcə Hesabatına görə, Azərbaycanda hökumət büdcə sənədlərini dərc edir, amma Açıq Büdcə Hesabatı mütəxəssislərinin rəyinə görə, ölkədə gizli məsələlərə xərclənən vəsaitlə bağlı məlumat yoxdur. Ölkə parlamentinə müdafiə büdcəsi ilə bağlı müəyyən məlumat verilsə də, qanunverici şəxslər bu sahədə xərclərin ümumi vəziyyətini görə bilmələri üçün audit hesabatı ilə təmin edilmirlər.

Müdafiə və Təhlükəsizlik proqramının direktoru Mark Paymen deyir ki, müdafiə və təklükəsizlik sahəsində şəffaflığın və məlumatların əldə edilməsi ilə bağlı ciddi narahatlıqlar var. Milli təhlükəsizlik sahəsinin işində məxfilik əsas mərkəzi yerlərdən birini tutsa da, bu bəzən yüksək büdcə məcmusu, artıq qiymətləndirməyə və korrupsiya əməllərinə yol açır.

Xərclərin təxminən 80 faizi ictimaiyyət üçün tam şəffaf ola bilər

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertləri hazırlanmış hesabatın Azərbaycanla bağlı hissəsinin çox obyektiv olduğu qənaətindədirlər. Onların fikrincə, dünyanın bütün yerlərində təhlükəsizlik məsələləri ilə bağlı büdcənin qəbulu və ona nəzarət səlahiyyəti parlamentin əsas funksiyalarına daxildir. Lakin həmin rolun icrasında onun arzu və imkanları dövlətdən dövlətə fərqlənir.

Bir sıra dövlətlərdə parlamentarlar büdcənin mühüm detalları barədə məlumat toplaya bilmir və onların fəaliyyəti məxfiliklə məhdudlaşdırılır, nəticədə deputatlar müəyyən vəsaitlərin yerləşdirilməsi və xərclər barədə məlumatlar əldə etməyə çətinlik çəkirlər. Azərbaycan kimi ölkələrdə müdafiə xərclərinin formalaşdırılma və istifadə məsələsi daha çox ölkə rəhbərliyi və silahlı qüvvələrin ixtiyarına buraxılır və bu prosesdə parlamentin rolu məhduddur.

Ekspertlərin fikrincə, son illərdə Milli Məclisdə dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilərkən onun müdafiə xərcləri bölümü də diqqət mərkəzində olur. Lakin deputatlara güc strukturları arasında bölüşdürülən ümumi vəsaitdən savayı daha təfsilatlı məlumatlar verilmir.

REKLAM

Nəticədə parlamentarlar müdafiə xərclərinin nə şəkildə xərclənməsindən, onun səmərəli olub-olmamasından məlumatsız qalırlar.

Qeyd edək ki, Azərbaycanla NATO arasında razılaşdırılmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (IPAP) hərbi xərclərin şəffaflığı və büdcə planlaşdırılması ilə bağlı islahatlar əksini tapır. NATO standartlarına uyğun olaraq IPAP sənədində Azərbaycanda parlamentin müdafiə xərclərinə nəzarətlə bağlı səlahiyyətlərinin artırılması üçün bir sıra tövsiyələr mövcuddur. Bu tip öhdəliklər PAP-DIB (Müdafiə Təsisatları Quruculuğu üzrə Tərəfdaşlığın Fəaliyyət Planı) sənədində də əksini tapır. Əslində bu islahatlar Ukrayna, Gürcüstan, Ermənistan kimi ölkələrin parlamentlərinin fəaliyyət səlahiyyətlərinin artırılmasına təsir edib.

NATO ölkələrinin təcrübəsinə istinad etməklə, "Doktrina" JHAM ekspertləri bu fikirdədir ki, müdafiə xərclərinin təxminən 80 faizi ictimaiyyət üçün tam şəffaf, yerdə qalan hissəsi isə xüsusi etimad qrupları (xüsusilə parlamentdə təşkil olunmuş) üçün açıq ola bilər. Misal üçün, NATO ilə fəal əməkdaşlıq edən Gürcüstan Müdafiə Nazirliyinin saytında ölkənin müdafiə xərclərinin bir sıra istiqamətləri və ona ayrılan xərclər əksini tapır. Ukraynada da son illər bu yöndə irəliləyişlərə nail olunub. 2007-ci ildən başlayaraq Ukrayna hakimiyyəti 4 istiqamət üzrə hərbi xərcləri ictimaiyyət üçün açıq elan etdi. Bunlar məvacib, ərzaq, geyim və infrastrukturun saxlanılma xərcləridir.

Ekspertlər hesab edirlər ki, NATO ilə fəal tərəfdaşlıq siyasəti yürüdən ölkələr, o cümlədən Azərbaycan üçün müdafiə xərclərinin bir sıra detallarının parlament və cəmiyyət üçün tam şəffaflığı vacibdir. Buraya ərzaq, infrastrukturun saxlanması, yanacaq, xidmətlər (elektrik enerjisi, su, telefon və s.), geyim, pul təminatı, nəqliyyat, treninqlər, tibbi yardım, beynəlxalq təşkilatlara mövcud köçürmələr, maliyyə əmlakı və s. daxildir. Parlament tərkibində xüsusi etimad qrupları yaradılmalı və onlar üçün müdafiə büdcəsinin silahlı qüvvələrin modernləşdirilməsi, silah və sursatların saxlanılması, tədqiqat və inkişafa yönəlik xərcləri açıq olmalıdır.

NATO ölkələrinin təcrübəsi göstərir ki, müdafiə büdcəsində şəffaflıq parlamentin nəzarət funksiyasının səmərəli icrasını təmin edir. O, təhlükəsizlik sektoruna ictimai inamı artırır. Müdafiə büdcəsində şəffaflığın az olması isə büdcə formasının köhnəlmiş olmasına və ya təhlükəsizlik məqsədlərinin zəif ifadə edildiyinə dəlalət edir. Bu, qanunla müəyyən edilmiş milli audit təşkilatlarında çoxistiqamətli ekspertizaların yoxluğundan, qərarların ictimai araşdırılmasının təmin olunması barədə konstitusion qanunların zəif olmasından, hesabatdan çox gizliliyə üstünlük verən bürokratik münasibətdən xəbər verir.



Millət vəkili ordu xərclərinin daim qapalı saxlanılmasını istəmir

MM Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Orucun fikrincə, MM nizamnaməsindən irəli gələn prosedurlar baxımından orduya yönələn xərclərin daha geniş kontekstdə qoyulmaması hansısa qurumlarda belə təəssürat yarada bilər:

"Amma sizi tam əmin edirəm ki, həm Ali Baş Komandanda, həm də hökumətdə orduya yönələn məsrəflərin hər birinin təyinatına dair məlumatlar var. Mən, əlbəttə, o iddiada deyiləm ki, o qədər dəqiqliyə əməl olunma var ki, hər hansı pozuntu mövcud deyil və s. Yox. Belə bir iddianı irəli sürmək üçün dediyimiz məsələləri tam bilmək gərəkdir. Mən parlament üzvü kimi bu sahə ilə bağlı müxtəlif müraciətlər alıram və orada qeyd etdiyiniz məsələdən bəhs olunur. Yəni ayrı-ayrı xərclərin ünvansızlığı, korrupsiya halları, bir sıra hallarda verilən vəsaitlərin düzgün bölüşdürülməməsi, funksional təyinatdan kənara çıxma, silah, texnika və s. xidmət göstərmə zamanı əyintilər və s. haqqında burada bəhs olunur. Mən hakim deyiləm, mənim üçün bunu təsdiq etmək çətindir. Lakin dövlətin mühüm bir hakimiyyət qolunun üzvü kimi o sənədləri də hər zaman müvafiq hüquq-mühafizə orqanlarına göndərmişəm".

Z.Oruc bildirdi ki, orduya yönələn xərclərin tam olaraq cəmiyyətə çıxarılması çətin olur:

"Əlbəttə, bu tələbi bizdən beynəlxalq qurumlar etməkdədir. Lakin o da şübhə doğurmur ki, MDB məkanına daxil olan ölkələrin əksəriyyəti belədir, bir sıra bəlkə başqa dövlətlərdə də buna bənzər praktika var. Mən ordu xərclərinin daim qapalı saxlanılmasını istəmirəm.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Hərbi səneye müəssisələrinin açılışı olub

Bakı polisi hesabat verdi

Orduda kadr dəyişiklikləri

Ordumuz daha bir əsgər itirdi

Vətəndaşa diqqət və həssaslıqla yanaşın

Bölmənin digər xəbərləri
 
Hərbi qanunlarda nə kimi dəyişiklik edilməlidir?
"Doktrina" ekspertləri təkliflər siyahısını təqdim edir

Orduda itkilər niyə artır?
Ekspertlər təxirəsalınmaz tədbirləri vacib hesab edirlər

Ceyms Appaturay: "Müharibə başlasa, qalib olmayacaq"
Xüsusi nümayəndə "Ordunun Aynası"na eksklüziv müsahibəsində NATO baş katibinin Azərbaycan prezidentini Brüsselə dəvət etdiyini bildirdi

Baxış bucağı




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər