Hal-hazırda Ayna qəzetinin 22.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Satqınların apelyasiya şikayəti təmin edilmədi
Onlar Ermənistan məxfi xidmət orqanları ilə əməkdaşlıq ediblər
Şənbə, 22.10.2011

H.Zeynalov mətn ölçüsü  

Şirvan Apelyasiya Məhkəməsində Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilən hərbçilərdən ibarət mütəşəkkil dəstə üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - Musa Haqverdiyevin, Elvin Qasımovun, Vasif Məmmədovun, Elşən Süleymanovun, Elvin Həsənovun, Rasim Əliyevin və Məhəmməd Abdullayevin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib və Tərtər Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Musa Haqverdiyev 10 il 6 ay, Elvin Qasımov 12 il, Vasif Məmmədov 11 il, Elşən Süleymanov 11 il, Elvin Həsənov 10 il 4 ay müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən şəxslər - Rasim Əliyev və Məhəmməd Abdullayev 500 manat cərimə olunublar.

Təqsirləndirilən şəxslər CM 274-cü (dövlətə xəyanət), 338.1-ci (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma), 177.2.1, 177.2.2-ci (oğurluq) maddələri ilə ittiham ediliblər.

İttiham aktına görə, onlar hərbi xidmətdə olarkən erməni xüsusi xidmət orqanı əməkdaşlarına hərbi hissə və Azərbaycan ordusu barədə mütəmadi məlumatlar veriblər.

Onlar hərbi hissədə olan şəxsi heyətin (zabit və əsgərlərin) sayını, xidmətə necə, əsasən hansı istiqamətlərə və hansı intervalla çıxdıqlarını və digər bu kimi məlumatları erməni xüsusi xidmət orqanı əməkdaşlarına ötürüblər.

Bundan başqa, təqsirləndirilən şəxslər hərbi hissədə döyüş sursatı hesab edilən silah-sursat oğurluğunda ittiham ediliblər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Əcnəbi jurnalistlərin döyülməsi ilə bağlı məhkəmə başladı
Təqsirləndirilən şəxslər cinayət törətmədiklərini iddia edirlər

Zorakının aqibəti
Gəncə məhkəməsi onu 12 illiyə barmaqlıq arxasına göndərib

"Mavilərin qənimləri"nin cəzası dəyişmədi
Məhkəmə prokurorluğun şikayətini təmin etmədi

Dələduz şirkət rəhbəri tutuldu
O, dul qadına miras qalmış evin pulunu mənimsəyib

Saxta diplomlarla bağlı cinayət işi başlayıb
Təhsil Nazirliyi isə rayonlarda araşdırmanı davam etdirir

Baş nazirin müavini: "Son 3 ildə heroin dövriyyəsi 1,9 dəfə artıb"
Bizim ölkədən narkotrafiki azaltmağa çalışırlar

Polis əməkdaşı özünü güllələyib


Ər arvadını baltalayıb


Həbsxanaya mobil telefon və narkotik keçirmək istəyib


Meyitin üzərindən avtomobillər keçib


Qardaşının həyat yoldaşını bıçaqlayıb


Soyğunçu qrup zərərsizləşdirilib


Quldurlar ev sahibini döyüb 50 min manatını aparıblar




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər