Hal-hazırda Ayna qəzetinin 22.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Əcnəbi jurnalistlərin döyülməsi ilə bağlı məhkəmə başladı
Əcnəbi jurnalistlərin döyülməsi ilə bağlı məhkəmə başladı
Təqsirləndirilən şəxslər cinayət törətmədiklərini iddia edirlər
Şənbə, 22.10.2011

Hacı Zeynalov mətn ölçüsü  

ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Celia Daviesi döyməkdə təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun cinayət işi üzrə məhkəmə başladı. Proses Yasamal Məhkəməsində keçirilir.

Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesin əvvəlində dövlət ittihamçısı Rizvan Sultanov ittiham aktını elan etdi. Prokurorun səsləndirdiyi ittihamdan bəlli oldu ki, təqsirləndirilən şəxslər iyunun 15-dən 16-na keçən gecə Akademik Milli Dram Teatrının binasının arxa tərəfində Amanda Eriksonla Celia Daviesə hücum edib, onları yerə yıxaraq döyüblər. Prokuror bildirdi ki, təqsirləndirilənlər ibtidai istintaqa etirafedici ifadələr veriblər.

Lakin məhkəmədə həmin ifadələrindən imtina etdilər. Onlar bildirdilər ki, istintaq vaxtı vəkillə formal şəkildə təmin olunublar, faktiki isə onlara vəkil xidməti göstərilməyib, hüquqları izah olunmayıb. Müstəntiq kompüterdə yazdığı hazır ifadələrə onlara imza atdırıb. Onlar ifadələrlə tanış olmaq istəsələr də, müstəntiq vaxt azlığını bəhanə gətirərək buna imkan yaratmayıb. Təqsirləndirilən şəxslər belə dedilər. Müttəhim Adil Tağızadə:

"Bizə ittiham veriblər ki, guya onlarla tanış olmaq üçün yaxınlaşmışıq və onları döymüşük. Bizim belə fikrimiz olmayıb, onlar ikisi də sərxoş idilər, mən birinə yaxınlaşıb əlimlə kürəyinə vurdum, dedim, sizə kömək lazımdır. Onlar qorxdular, qışqırmağa başladılar, onda bildik ki, xaricidilər. Dayım oğlu Nazim öz telefonunu onlardan birinə uzatdı, dedi ki, qorxmayın, istəyirsinizsə, "102" xidmətinə zəng edin. Qız telefonu alıb yerə çırpdı, telefon sınıq-sınıq oldu. Biz onları yerə yıxmamışıq, döyməmişik. Özləri sərxoş idilər deyə, qaçanda bir-birlərinə dəyib yıxıldılar".

Digər müttəhimlər də məhkəmədə oxşar ifadələr verdilər.

REKLAM

Qızların sərxoş olduqlarını, qaçarkən yerə yıxıldıqlarını deyiblər. Zərərçəkmiş Celia Davies məhkəməyə dedi ki, müttəhimlər yalan danışır:

"Onlar dalımızca düşmüşdülər, bizə baxıb bərkdən gülürdülər. Bizə çatanda onlardan biri çantalarımızı əlimizdən alıb yerə tulladı. Onların nə dediklərini başa düşmürdük. Bizi itələyib yerə yıxdılar".

Onun sözlərinə görə, onlara hücum edən şəxslər hədə-qorxu gəlməyə başlayıblar. Zərərçəkmişin dediyinə görə, səs-küy saldıqları üçün həmin şəxslər aradan çıxıblar:

"Həmin vaxt yaxınlıqda bir maşın vardı. Maşının içində olan şəxs özünü polis əməkdaşı kimi təqdim etdi və bizi şikayət etmək üçün polis idarəsinə aparmağı təklif etsə də, biz onunla getmədik. Çünki bu cür hadisədən sonra tanımadığımız şəxsin maşınına minməyə ehtiyat etdik. Başımıza gələnlərlə bağlı ABŞ səfirliyinə məlumat verdik. Təxminən 15-20 dəqiqə ərzində ABŞ səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşları hadisə yerinə gəldilər, bizi oradan apardılar".

Zərərçəkmiş təqsirləndirilən şəxsləri tanımadığını bildirdi. O qeyd etdi ki, hadisə zamanı o, arxadan vurulduğu üçün həmin şəxsləri görə bilməyib. Əcnəbi xanım onu da bildirdi ki, hadisə zamanı sərxoş vəziyyətdə olmayıb.

Təqsirləndirilən Adil Tağızadə bildirdi ki, tanış olmaq üçün əcnəbilərə yaxınlaşıb. Adil Tağızadə onu da bildirdi ki, qızlara yaxınlaşan zaman onların sərxoş olmalarının şahidi olub. Məhkəmə iclası oktyabrın 27-də davam etdiriləcək. Digər zərərçəkmiş Amanda Erikson ABŞ-da olduğundan məhkəmədə iştirak etməyib.

Qeyd edək ki, DİN iyunun 15-dən 16-na keçən gecə Bakıda döyülən amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi Celia Davies haqda məlumat yaymışdı. Hadisə baş verən dövrdə Amanda Erikson və Celia Davies yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirdilər. Amanda Erikson "Washington Post" və "New York Times" qəzetləri ilə əməkdaşlıq edir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qubada jurnalistlər üçün düşərgə

"Döyüşdən reportaj"

Hərbi jurnalistika özü də müzakirə mövzusudur

Jurnalistlər pulsuz müayinə ediləcək

MŞ iki qəzet barədə materialları prokurorluğa göndərir

Bölmənin digər xəbərləri
 
Zorakının aqibəti
Gəncə məhkəməsi onu 12 illiyə barmaqlıq arxasına göndərib

"Mavilərin qənimləri"nin cəzası dəyişmədi
Məhkəmə prokurorluğun şikayətini təmin etmədi

Satqınların apelyasiya şikayəti təmin edilmədi
Onlar Ermənistan məxfi xidmət orqanları ilə əməkdaşlıq ediblər

Dələduz şirkət rəhbəri tutuldu
O, dul qadına miras qalmış evin pulunu mənimsəyib

Saxta diplomlarla bağlı cinayət işi başlayıb
Təhsil Nazirliyi isə rayonlarda araşdırmanı davam etdirir

Baş nazirin müavini: "Son 3 ildə heroin dövriyyəsi 1,9 dəfə artıb"
Bizim ölkədən narkotrafiki azaltmağa çalışırlar

Polis əməkdaşı özünü güllələyib


Ər arvadını baltalayıb


Həbsxanaya mobil telefon və narkotik keçirmək istəyib


Meyitin üzərindən avtomobillər keçib


Qardaşının həyat yoldaşını bıçaqlayıb


Soyğunçu qrup zərərsizləşdirilib


Quldurlar ev sahibini döyüb 50 min manatını aparıblar




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər