Hal-hazırda Ayna qəzetinin 22.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran hakimiyyəti tənqidə məruz qoyuldu
Bu ölkə beynəlxalq qınaq obyekti olub
Şənbə, 22.10.2011

Sədi mətn ölçüsü  

İran hakimiyyəti insan haqlarını pozduğuna, terrorçuluğu dəstəklədiyinə görə ötən həftə BMT, Avropa Birliyi və ABŞ-ın kəskin tənqidinə məruz qalıb. BMT baş katibi Pan Gi Munun İranda insan hüquqlarının vəziyyəti barədə illik hesabatında deyilir:

"İranda hüquq müdafiəçilərinə, qadın fəallara, jurnalistlərə və dinc müxaliflərə qarşı repressiyalar, təzyiqlər gündən-günə artıb və şiddətlənib. 2011-ci ildən başlayaraq ictimaiyyət qarşısında həyata keçirilən edamların sayı qat-qat artıb. Edamların bu şəkildə həyata keçirilməsi isə ölüm cəzasının qeyri-insani, təhqiramiz və rəhmsiz mahiyyətini şiddətləndirir. Edam olunanlar arasında siyasi məhbusların və 18 yaşına çatmamış uşaqların da olduğu haqda məlumatlar yayılıb.

2010-cu ildə 252 nəfərin edam olunması rəsmən bildirilsə də, həmin ildə 300 nəfər də Məşhəd şəhərinin Vəkilabad zindanında gizli şəkildə dar ağacından asılıb".

Hesabatında İranda dini azlıq nümayəndələrinə, o sıradan da bəhailərə, müstəqil vəkillərə, kino xadimlərinə, qadın fəallara, jurnalistlərə və ayrı-ayrı dissident ziyalılara qarşı təzyiqlərin geniş vüsət aldığını vurğulayan Pan Gi Mun İran hakimiyyətini qadınlara qarşı təzyiqlərə son qoymağa, işgəncə və edamları dayandırmağa və insan hüquqları ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İrandan Qarabağa - təbii qaz

"Azərbaycan bayrağı İst-river sahilində"

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...

Bölmənin digər xəbərləri
 
"Başqa dilim, elim vardır mənim"
Doktor Zehtabinin şeirlər kitabı Bakıda çapdan çıxdı

İranın kriminal gündəmi
Bəhailər və protestantlar qanundan kənardır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər