Hal-hazırda Ayna qəzetinin 15.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Sərhəd pozuntusuna görə ötən ay 73 nəfər saxlanılıb
Sərhəd pozuntusuna görə ötən ay 73 nəfər saxlanılıb
Statistikanın təfsilatı hər halda maraqlıdır
Şənbə, 15.10.2011

mətn ölçüsü  

Sentyabr ayı ərzində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədini pozduqları üçün 45 halda 73 nəfər saxlanıb. Bu barədə APA-ya DSX mətbuat mərkəzindən bildirilib. Sərhəd nəzarəti məntəqələrində 36 halda 63 nəfər saxta sənədlə, 1 halda 1 nəfər özgəsinə məxsus sənədlə, 1 halda 1 nəfər gizli şəkildə dövlət sərhədindən keçməyə cəhd edərkən saxlanılıb. Sərhəd zastavalarının xidməti ərazilərindən 9 halda 12 nəfərin dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində ölkə hüquq- mühafizə orqanları tərəfindən axtarışda olan 124 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 511,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 76 halda ümumi dəyəri təqribən 78 min 265 manat olan qaçaqmal, o cümlədən 2500 ədəd 12 mm-lik patron, 1608 ədəd pnevmatik tüfəng patronu, tir tüfəngi üçün 23 ədəd qundaq və 20 ədəd lülə, 1415 kq qırma, 45 ədəd qızıl zinət əşyası, 1830 ədəd zərgərlik məmulatları düzəltmək üçün alət, 47 ədəd mobil telefon, 179 ədəd mobil telefon aksesuarı, 12 baş xırdabuynuzlu heyvan, müxtəlif spirtli içkilər, ərzaq və sənaye malları saxlanılıb. Ölkənin dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 27 halda 58 nəfər sərhəd rejim pozucusu saxlanılıb, dənizdən 18050 metr tor, 19557 ədəd qarmaq, 5 ədəd qayıq, 1 ədəd mühərrik aşkar olunaraq götürülüb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Öldürülən yaraqlı Avstriya vətəndaşı çıxdı

Arabulun məhkəməsi davam edir

Azərbaycan - Rusiya sərhədində atışma

Sərhəd Xidməti təlimlərə başlayıb

Türkiyə-Ermənistan sərhədləri üç ay ərzində açıla bilər

Bölmənin digər xəbərləri
 
Bir telefona görə bir həyata qıyıb
Bunu kim tərbiyə edib?..

Əcnəbilərin məhkəməsi başa çatdı
Azərbaycandan Rusiya ərazisinə keçməyə çalışan bir qrup silahlı əcnəbi muzdlunun apellyasiya şikayəti təmin edilməyib

Narkotik alverçisinə hökm oxundu
Ucar sakini 8 il 6 ay müddətinə həbsə göndərildi

ADNA terroruna Ali Məhkəmədə baxılacaq
Faciədə ittiham olunanlar yenə də narazı qalıblar

92 müəllimin diplomu saxta çıxıb
Bütün orta məktəb müəllimlərinin sənədləri yoxlanır

55 yaşlı qadın evində xüsusi amansızlıqla qətlə yetirilib


Hacı Məmmədovun kamerasında televizor qoyulub




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər