Hal-hazırda Ayna qəzetinin 15.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Hacı Məmmədovun kamerasında televizor qoyulub
Hacı Məmmədovun kamerasında televizor qoyulub
Şənbə, 15.10.2011

mətn ölçüsü  

Daha rəsm çəkmir, muncuqlardan fiqurlar düzəldir

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və digər hüquq müdafiəçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər. Elçin Behbudovun APA-ya verdiyi xəbərə görə, istintaq təcridxanasında saxlanılan iki İran vətəndaşı ilə görüşüblər:

"Onlar narkotik vasitələrin alveri və qaçaqmalçılıqda təqsirləndirilirlər. Hər biri vəkillə təmin olunub. Hal-hazırda istintaq gedir. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı". Komitə sədri MTN-də olarkən orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da maraqlandığını deyib:

"Hacı Məmmədov, eləcə də saxlanılan digər şəxslər qanunvericiliyə uyğun olaraq hər həftə evdən gətirilən beş kiloqram azuqə ilə təmin olunurlar. Onlara hər həftə ailə üzvləri ilə telefon əlaqəsi yaratmağa şərait yaradılır. Hacı Məmmədovun kamerasında televizor da qoyulub. O, günün müxtəlif vaxtlarında televiziyanı izləyə bilir". Elçin Behbudov Hacı Məmmədovun muncuqlardan fiqurlar düzəltdiyini də qeyd edib: "O, artıq rəsm çəkmir. İndi muncuqlardan müxtəlif fiqurlar düzəldir". Əlavə edək ki, Azərbaycan həbsxanalarında məhbusların ən müxtəlif suvenirlər düzəldə bildiyinin böyük bir ənənəsi var.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bir telefona görə bir həyata qıyıb
Bunu kim tərbiyə edib?..

Əcnəbilərin məhkəməsi başa çatdı
Azərbaycandan Rusiya ərazisinə keçməyə çalışan bir qrup silahlı əcnəbi muzdlunun apellyasiya şikayəti təmin edilməyib

Narkotik alverçisinə hökm oxundu
Ucar sakini 8 il 6 ay müddətinə həbsə göndərildi

ADNA terroruna Ali Məhkəmədə baxılacaq
Faciədə ittiham olunanlar yenə də narazı qalıblar

92 müəllimin diplomu saxta çıxıb
Bütün orta məktəb müəllimlərinin sənədləri yoxlanır

55 yaşlı qadın evində xüsusi amansızlıqla qətlə yetirilib


Sərhəd pozuntusuna görə ötən ay 73 nəfər saxlanılıb
Statistikanın təfsilatı hər halda maraqlıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər