Hal-hazırda Ayna qəzetinin 15.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
92 müəllimin diplomu saxta çıxıb
92 müəllimin diplomu saxta çıxıb
Bütün orta məktəb müəllimlərinin sənədləri yoxlanır
Şənbə, 15.10.2011

mətn ölçüsü  

Ölkənin təhsil sferasında böyük saxtakarlıqların üstü açılıb. Ən ağır gələn budur ki, bu saxtakarlar gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olublar və nə kimi insan yetişdirdiklərini yalnız təsəvvürə gətirmək olar.

Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırma başa çatıb. Nazirlikdən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində müəyyən olunub ki, rayonların ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92-nin diplomu saxtadır. Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalanı isə digər 20 rayonda aşkar edilib. Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Baş Prokurorluğa müraciət olunub.

Qeyd edək ki, saxta diplomların aşkarlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən daha 25 rayonun ümumtəhsil müəssisələrində araşdırmalara başlanılıb.

Əldə olan bilgilərə görə, bütün orta məktəb müəllimlərinin sənədləri araşdırılır. Nazir Misir Mərdanov bildirib ki, "Bu adamların saxta diplomlarla məktəbə gedib çıxma səbəblərini araşdırırıq. Buna şərait yaradanlar cəzalandırılacaq". Nazirin sözlərinə görə, hazırda bütün ölkə üzrə müəllimlərin sənədləri araşdırılır. Nazir deyir:

"Məlum olub ki, çox müəllimin sənədi saxtadır. Məsələn, sənəddə yazılıb ki, BDU-nun riyaziyyat fakültəsini bitirib, amma Təhsil Nazirliyindən aldığı diplomun nömrəsi bu adamın adına deyil. Təəssüf ki, belə hallarla qarşılaşırıq".

Mərdanov bildirib ki, nazirlik bu məsələdə Respublika Prokurorluğu ilə birgə araşdırma aparır: "Hələlik rayon-rayon araşdırırıq. Kimin bizdən narazı olub-olmamasına baxmayaraq, saxta diplomluları işdən azad edəcəyik".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Keyfiyətsiz məhsul istehsalçıları cəzalandırılıb

Yenə də diplom satanlar tutuldu

"Aysu" şirkətinin içkiləri keyfiyyətsiz çıxdı

Hər diplom Azərbaycanda tanınmayacaq

Vaqif Sadıqov: "Xarici siyasətimizdə prioritetlər dəyişməyib, amma siyahı genişlənib"

Bölmənin digər xəbərləri
 
Bir telefona görə bir həyata qıyıb
Bunu kim tərbiyə edib?..

Əcnəbilərin məhkəməsi başa çatdı
Azərbaycandan Rusiya ərazisinə keçməyə çalışan bir qrup silahlı əcnəbi muzdlunun apellyasiya şikayəti təmin edilməyib

Narkotik alverçisinə hökm oxundu
Ucar sakini 8 il 6 ay müddətinə həbsə göndərildi

ADNA terroruna Ali Məhkəmədə baxılacaq
Faciədə ittiham olunanlar yenə də narazı qalıblar

55 yaşlı qadın evində xüsusi amansızlıqla qətlə yetirilib


Hacı Məmmədovun kamerasında televizor qoyulub


Sərhəd pozuntusuna görə ötən ay 73 nəfər saxlanılıb
Statistikanın təfsilatı hər halda maraqlıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər