Hal-hazırda Ayna qəzetinin 15.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
ADNA terroruna Ali Məhkəmədə baxılacaq
Faciədə ittiham olunanlar yenə də narazı qalıblar
Şənbə, 15.10.2011

Hacı Zeynalov mətn ölçüsü  

Neft Akademiyasında (ADNA) 2009-cu il aprelin 30-da baş verən kütləvi terrorla bağlı təqsirli bilinən Gürcüstan vətəndaşları Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov Bakı Apellyasiya Məhkəməsinin barələrindəki qərarından kassasiya şikayəti veriblər.

Təqsirli bilinənlərin şikayətlərinə Ali Məhkəmənin hakimi Hafiz Nəsibov baxacaq. İclas oktyabrın 19-da 11:10-a təyin olunub. İş üzrə təqsirləndirilənlərdən yalnız Ariz Qabulov şikayət verməyib.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlər ittihamları qəbul etməyiblər, baş vermiş terror olayını onların üzərinə qoymaqla cinayətin ört-basdır edildiyini söyləyiblər.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılarkən Nadir Əliyev onların apellyasiya şikayəti verməmələri üçün 1 ay ayaqlarından asılı vəziyyətdə saxlanıldığını və işgəncə verildiyini deyib.

Xatırladaq ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bir telefona görə bir həyata qıyıb
Bunu kim tərbiyə edib?..

Əcnəbilərin məhkəməsi başa çatdı
Azərbaycandan Rusiya ərazisinə keçməyə çalışan bir qrup silahlı əcnəbi muzdlunun apellyasiya şikayəti təmin edilməyib

Narkotik alverçisinə hökm oxundu
Ucar sakini 8 il 6 ay müddətinə həbsə göndərildi

92 müəllimin diplomu saxta çıxıb
Bütün orta məktəb müəllimlərinin sənədləri yoxlanır

55 yaşlı qadın evində xüsusi amansızlıqla qətlə yetirilib


Hacı Məmmədovun kamerasında televizor qoyulub


Sərhəd pozuntusuna görə ötən ay 73 nəfər saxlanılıb
Statistikanın təfsilatı hər halda maraqlıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər