Hal-hazırda Ayna qəzetinin 15.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran Xəzərdə işə başlayır
Amma bunu beş sahil dövləti ilə razılaşdırmayıb
Şənbə, 15.10.2011

S.Sədi mətn ölçüsü  

İran alimləri ilk dəfə olaraq, xüsusi elmi-tədqiqat gəmisinin yardımı ilə Xəzərin cənub şelfində kəşfiyyat işlərinə başlayıblar. İran KİV-ə əsasən, araşdırma cari ilin sonunda min kvadratkilometrlik sahədə, 500 metr dərinlikdə aparılacaq. Bu sahə Ənzəli şəhərindəki limandan Səfidrud çayının deltasınadək bir ərazini əhatə edir.

Bu elmi işin həmin bölgədə seysmik-kəşfiyyat, eləcə də neft kəmərinin və kabel xəttinin çəkilmə imkanlarının öyrənilməsinə xidmət edəcəyi gözlənilir. Ötən ay İran tərəfi bəyan etmişdi ki, Avropa Birliyinin Transxəzər qaz kəməri layihəsinə Rusiyanın neqativ münasibətini dəstəkləyir.

Həmin layihəyə əsasən, nəzərdə tutulan qaz kəməri - Türkmənistan mavi yanacığı Xəzərin dibi ilə Azərbaycandan keçərək Avropaya çatdırılacaq. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu üzrə gündə 20-30 milyard kubmetr qazın nəqli planlaşdırılıb. Bu layihənin 7,9 milyard avroya başa gələcəyi güman olunur. Hazırda Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq fəaliyyət göstərməkdədir. Rusiya və İran hesab edir ki, bu su hövzəsinin dibi ilə kəmər Xəzəryanı dövlətlərin hamısının razılığı ilə gerçəkləşə bilər. Azərbaycan, Qazaxıstan və Türkmənistan isə hesab edir ki, bu layihəni 5 dövlətin deyil, iki dövlətini razılığı ilə də həyata keçirmək mümkündür.

İran xarici işlər naziri Ələkbər Salehi bu günlərdə qazaxıstanlı həmkarı Ərjan Qazıxanovla görüşündən sonrakı mətbuat konfransında bildirib ki, Xəzərdə yalnız 5 dövlətin hərbçiləri yerləşdirilə bilər: "Bölgədənkənar güclərin bu ərazidə yerləşdirilməsi yolverilməzdir". Onun sözlərinə görə, Xəzərdəki fəaliyyətlə bağlı bütün qərarlar onun sahilindəki 5 dövlətlə razılaşdırılmalıdır. Amma cənub şelfində başladığı işi beş sahil dövləti ilə razılaşdırmayıb...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İrəvandan Tbilisiyə şantajlar səslənir

Yeni qaz marşrutları üzərində düşünülür

Ermənistana qaz kəmərini özəlləşdirmək təxirə düşdü

Nika Gilauri:Azərbaycan - Gürcüstanın ən vacib strateji tərəfdaşı

Şəhər susuzluqdan əziyyət çəkir

Bölmənin digər xəbərləri
 
İndi də prezidentlik təsisatı qurban verilir?
Belə bir söhbət gəzir

İkili vətəndaşlıq İran qanunlarına görə cinayətdir
Bu kateqoriyadan çoxlu sayda insan həbs olunub

İran sərhəddə pilotsuz təyyarə yerləşdirir
Guya onlardan narkotik qaçaqmalçılığına qarşı istifadə olunacaq

Tehran hakimiyyətinə bağlı saytın təhrifi
Qarabağ "müstəqil kiçik dövlət" kimi göstərilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər