İran rəsmiləri və bu ölkədəki hakimiyyət bağlı çeşidli informasiya vasitələrinin Azərbaycan Respublikasına qarşı məqsədyönlü təhrifləri davam etməkdədir. Məsələn, parsine.com saytında xarici qüvvələrin yardımı ilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpağı - Qarabağın dağlıq qismi "müstəqil ölkə" kimi təqdim edilib.
"Varlığından xəbəriniz olmayan 10 ölkə var" başlıqlı yazının girişində yazılıb: "Dünyada bir çox kiçik ölkə var, ancaq ola bilsin siz bu günədək onların adlarını eşitməmişsiniz. Belə ölkələrin əhalisinin sayı da azdır... Biz bu yazıda həmin kiçik ölkələr haqda məlumatı sizə təqdim edirik".
Bu girişdən sonra "kiçik ölkələr"in adları sadalanıb. Birinci olaraq Dağlıq Qarabağdan yazılıb. Xankəndiyə aid şəkillərdən birinin üzərində Qarabağda yaşayan ermənilərin özləri üçün uydurduğu "dövlət rəmzləri", ingilis dilində sayı, Dağlıq Qarabağın sahəsi, "paytaxt"ının adı isə "Stepanakert" kimi göstərilib. Fars dilində aşağıdakı qeyd olunub: "Naqorno Karabax. Əhalisi: 110000, Ümumi sahəsi 4424.102 kvadrat mil. Mərkəzi Stepanakert. Bu respublika Ermənistanla Azərbaycan arasında yerləşir, başqa heç bir ölkəyə bağlı deyil. Əhalisinin 95 faizi ermənilərdən, qalanları isə yunanlar və kürdlərdən ibarətdir".
|