Hal-hazırda Ayna qəzetinin 15.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İndi də prezidentlik təsisatı qurban verilir?
İndi də prezidentlik təsisatı qurban verilir?
Belə bir söhbət gəzir
Şənbə, 15.10.2011

S.Soltan mətn ölçüsü  

Müdriklərdən biri imperiyaların ömrünü insan ömrünə oxşadıb. Adamlar kimi, onların da uşaqlıq, gənclik, qocalıq dövrü olur. Son isə hər kəsə bəllidir - biri dünya xəritəsindən əbədi olaraq silinir, o biri isə yerin üstündən altına köç edir.

Bəzən elə olur ki, hakimiyyətlər də bu mərhələləri keçir. 33 il öncə Xomeynini Tehranın "Azadlıq" meydanında qarşılamaq üçün siyasi-ideoloji düşüncəsindən asılı olmayaraq az qala hər kəs çıxmışdı. Hər on ildə bu rejim insan ömrünün bir mərəhələsini keçdi. İndi onun son dövrüdür. Hakimiyyətiçi ziddiyyətlər bundan xəbər verir. Baş verənlərə əsasən, İslam Respublikasını idarə edənlər arasında "hannibalizm" başlayıb (fransızcadan cannibale - adamyeyən demək olsa da, bioloji mənada bu söz heyvanlar arasında öz növündən olanı yemək anlamındadır).

Bu ifadəyə siyasi yöndən baxsaq, eyni siyasi-ideoloji fikrin daşıyıcılarının - iqtidariçi qüvvələrin biri-birini siyasi anlamda "yeməsi", yaxud sıradan çıxarması mənasını ala bilərik.

Bioloji aləmdə ac qalan canlılar biri-birini, yaxud ən zəifini yeməklə fizioloji ehtiyaclarını ödəyir. Hakimiyyətiçi ən zəif fərd, qrup daha güclülər tərəfindən sıradan çıxarılır...

Bir vaxt İranda ETTELAAT-ın əli ilə bir çox ziyalı öldürüldü, yoxa çıxdı. Öldürülənlərin cəsədi bir qayda olaraq çölə atılırdı. O zaman hakimiyyətiçi qüvvələr hannibalçılıq edərək, ETTELAAT-dakı zəifləri qurban verdi. Bu qurumda ən yüksək vəzifələrdən birini tutmuş Səid İmami hamamda kimyəvi maddə ilə "intihar etdi".

Son bir neçə ildə İran hakimiyyətində baş verənlər bunu bir daha təsdiqləyir. İndi bir-birini sıradan çıxarmaq rejimin daha ciddi qolları arasında baş verməkdədir.

Çox maraqlıdır, hökumət başçısı vəzifəsinə yüksəlmiş Məhəmməd Xatəmi prezidentlik müddəti başa çatar-çatmaz hücumlara məruz qaldı. Onun son bir ildə Avropaya səfəri yasaqlandı. Yaxud bu rejimin yetişdirmələri, prezidentliyə keçmiş namizədlər, hazırda ev dustağı olanlar - keçmiş baş nazir Mirhüseyn Musəvi, parlamentin keçmiş sədri Mehdi Kərrubi hakimiyyətiçi güclü qrup tərəfindən az qala "xalq düşməni" elan olunublar.

Hakimiyyətdəkilərin razılığı və ayətulla Xamneyinin xeyir-duası ilə ikinci dəfə prezidentlik vəzifəsinə gətirilmiş Mahmud Əhmədinejada qarşı yeni kampaniya başlayır. Parlament komissiyası "Saderat" bankından oğurlandığı iddia olunan 3 milyard dollarla bağlı prezident administrasiyasının fəaliyyətini yoxlamağın vacibliyini bildirib. Ali rəhbər Xamneyiyə yaxın çevrələrdən daxil olan məktubda Əhmədinejadın qohumu, prezident aparatının keçmiş başçısı, hazırda həbsxanada saxlanılan İsfəndiyar Rəhim-Məşainin də bu "oğurluqla" bağlı olub-olmadığını yoxlamağın vacibliyi vurğulanıb.

Dövlət televiziyasına müsahibəsində Əhmədinejad deyib ki, bank sistemindəki qanun pozuntularını görürlər, lakin bank sistemi bir nəfərin əlində deyil, hökumətin bu sahənin işinə müdaxilə etmək gücü yoxdur. O deyir:

"Bankdakı oğurluğun hökumətə nə aidiyyəti var? Biz bütün bu hərəkətlər qarşısında susmağa üstünlük veririk. Bizə qarşı yönələn bütün ittihamların cavabı var. Ancaq ölkənin mənafeyi üçün susuruq".

Son zamanlar İran prezident institutunun ləğvi məsələsi ilə bağlı söz-söhbət gəzməkdədir. Ehtimal ki, ümumxalq səsverməsi ilə seçilən prezidentliyi sıradan çıxarıb, onu ali rəhbər tərəfindən təyin edilən baş nazirlə əvəzləsinlər. Parlamentin ali rəhbərə sədaqətli olduğunu nəzərə alsaq, bu zaman onun bu vəzifəyə təyin edəcəyi şəxsi məclisin təsdiqləyəcəyi şübhəsizdir.

Keçmiş bank direktoru İrana qayıtmadı

İranın "Banke-Saderat" bankından oğurlandığı idia edilən 3 milyard dollara gəldikdə, bu məsələ günü-gündən qızışmaqdadır. İqtisadiyyat naziri Şəmsəddin Güseyni bildirib ki, "oğurlanan pulun" 25 faizi artıq Mərkəzi Banka qaytarılıb.

Qərbin informasiya qaynaqlarına istinadən, Xamneyi ölkə tarixində görünməmiş bu cinayətdə iştirak etmiş hər bir şəxsin "sərt cəzalandırılmasını" tələb edib. Bununla yanaşı o, siyasətçiləri və ölkənin informasiya vasitələrini bu olaya əlavə qalmaqal "qatmamağa çağırıb". Bu cinayət işi ilə bağlı 20-dən çox şəxs həbs edilib. Bir qrup deputat parlamentin sədri Əli Laricaniyə məktubla müraciət edərək, ondan prezident Mahmud Əhmədinejad, Mərkəzi Bankın başçısı və iqtisadiyyat nazirinin bəhs edilən cinayətlə bağlılığı məsələsinin araşdırılmasını istəyiblər.

Bəlli olduğu kimi, İran Milli Bankının keçmiş direktoru Mahmudrza Xavəri Kanadaya "qaçıb". "Saderat"ın keçmiş direktoru Məhəmmədrza Cəhromini isə Britaniyadır. Ötən həftənin sonunda onların İrana gələcəyi gözlənilirdi. Ancaq "saderat"çı bildirib ki, M.Xavərinin Kanadada yaşamaq hüququ olduğu üçün o, ailəsi ilə birlikdə Kanadaya gedib...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Əhmədinejada dini rəhbərdən xeyir-dua

İran hakimiyyətinin legitimlik problemi

Ayətulla Müntəziri ayətulla Xamneyiyə qarşı

Obama Xamneyiyə ikinci bir məktub göndərib

Təbrizdə təcili görüş

Bölmənin digər xəbərləri
 
İkili vətəndaşlıq İran qanunlarına görə cinayətdir
Bu kateqoriyadan çoxlu sayda insan həbs olunub

İran sərhəddə pilotsuz təyyarə yerləşdirir
Guya onlardan narkotik qaçaqmalçılığına qarşı istifadə olunacaq

Tehran hakimiyyətinə bağlı saytın təhrifi
Qarabağ "müstəqil kiçik dövlət" kimi göstərilib

İran Xəzərdə işə başlayır
Amma bunu beş sahil dövləti ilə razılaşdırmayıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər