Hal-hazırda Ayna qəzetinin 08.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Arazdan Urmiya gölünə xətt çəkilir?
İran tərəfin belə bir niyyəti var
Şənbə, 08.10.2011

S.Soltan mətn ölçüsü  

İranın energetika naziri Məcid Namcunun sözlərinə görə, Urmiya gölünə Araz çayının onlara aid hissəsindən su aparılacaq. Nazir bunu belə əsaslandırır ki, Araz sərhədyanı çaydır və iki dövlət arasındakı müqaviləyə görə, onun 50 faizi İrana, qalanı isə Azərbaycana məxsusdur. Tərəflərin payı müəyyənləşdirilib və İran öz payından Urmiya gölünə su yönəltməyi planlaşdırır.

Bizim ekologiya və təbii sərvətlər nazirimiz Hüseynqulu Bağırov isə bildirir ki, İran tərəfi Urmiya gölünə Arazdan su aparmaq məsələsini Azərbaycan tərəfi ilə razılaşdırmalıdır.

Hələlik rəsmi Tehran bu məsələ ilə bağlı Bakıya müraciət etməyib. İranın təbliğat maşınının qənaətincə isə, "Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Arazın suyunun Urmiya gölünə axıdılmasından narahatdır".

İranın Ətraf Mühit və Ekologiya təşkilatının rəhbəri Məhəmmədöavad Məhəmmədzadə məsələ ilə bağlı söyləmişdi ki, Urmiya gölünə Araz və Silvan çaylarından su kəməri çəkmək planlaşdırılıb və bu layihə üçün 900 milyon dollar vəsait ayrılıb.

İran prezidentinin parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini jurnalistlərə açıqlamasında hökumətin Urmiya gölünün probleminin həlli üçün Nazirlər Kabinetində ciddi müzakirələr aparıldığını, qərarlar qəbul edildiyini və bu məqsəd üçün 20 milyon dollar ayrıldığını demişdi.

Urmiya gölünün ekoloji fəlakətinə etirazların Tehranı ciddi narahat etdiyi və bu vəziyyəti yumşaltmaq üçün hər tədbirə əl atdığı gözdən qaçmır. Məsələn, bu günlərdə onun informasiya vasitələri gölün səviyyəsinin 80-100 sm qalxdığına dair xəbərlər yaydı.

Ekoloqların və hidroloqların mülahizəsi belədir ki, gölün qurumasına səbəb su ehtiyatlarından savadsız istifadədir. Tehranda elə fikirləşiblər ki, narahatlığa əsas yoxdur, çünki yağıntı düşməsə belə Urmiya özünü su ilə təmin edə bilər, çünki ona yeraltı çaylar axır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Arazın yeni qolunun açılmasına etiraz

2500 sürücü cərimə olunub

Məktəbli geyimlərinin satış qiymətləri açıqlandı

"Savalan həftəsi"nin tələb və istəkləri

Hüseyn Bağırov Xəzəryanı ölkələri ittiham edir

Bölmənin digər xəbərləri
 
DAK rəsmi Tehranı zülmdə ittiham edir
Deyilib ki, "ərəb baharı" İrana yaxınlaşıb

Mahmud Bilgin Güney Azərbaycanda durum barədə
O, Urmiya gölünün qurumasına yol verməməyə çağırır

Repressiya xronikası: acı xəbərlər bolluğu
"Suda boğulma", "avtomobil qəzası" versiyaları işləkdir

Səid Nəiminin azadlığa buraxılmasına dair vəsatət rədd edilib
Yazıçı 5 aydır həbsə alınıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər