Hal-hazırda Ayna qəzetinin 08.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Repressiya xronikası: acı xəbərlər bolluğu
\"Suda boğulma\", \"avtomobil qəzası\" versiyaları işləkdir
Şənbə, 08.10.2011

Sədrəddin mətn ölçüsü  

Tanınmış ictimai fəal Abbas Lisani ötən həftənin sonunda ETTELAAT-ın Ərdəbil əyalət təcridxanasından Tehranda uyğun saxlanma yerinə köçürülüb. Lisani sentyabrın əvvəlində Urmiya gölünün qurumasına laqeyd münasibətə etiraz aksiyaları ilə bağlı tutulub.

Urmiya gölü ilə bağlı etiraz aksiyalarına qatılmış azərbaycanlılardan Rza Xacei və Əkbər Mühaciri oktyabrın ilk günü ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları tərəfindən iş yerlərində tutulublar.

Tanınan ziyalı Əsgər Əkbərzadə 20 gün ETTELAAT-ın Ərdəbil təcridxanasında saxlanıldıqdan sonra Tehrana aparılıb.

ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanılan 15 azərbaycanlı ictimai fəala ağır işgəncələr verildiyi haqda məlumatlar yayılıb. Bu il avqustun 24-də azərbaycanlı ictimai fəal Mustafa Əvəzpurun evində verilən iftara hakimiyyətin müdaxiləsi zamanı 30-dan çox azərbaycanlı tutulmuşdu. Onların 15-i bu günə kimi həbsdədir.

Sentyabrın sonunda ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanılan həmin 15 məhbus qəfəsə salınaraq döyülüb. Nəticədə Məhəmməd Əlimuradinin qabırğaları sınıb. Başqa bir məhbus Qadir Novruzinin isə qasığının cırıldığı haqda xəbər yayılıb.

Ötən həftə daha bir acı xəbər bütün Azərbaycanı bürüdü. Güney Azərbaycan türklərinin milli haqları uğrunda mücadilə edən ziyalı İbrahim Cəfərzadə xanımı Mina Kəhrəbai və azyaşlı qızı Ayla ilə birlikdə Xoy şəhəri ətrafında "yol qəzasına düşərək" həlak olub. Bu ailənin bütün üzvlərinin həlak olması ilə bağlı çeşidli ehtimallar sürülür. Bu da səbəbsiz deyil. Çünki İbrahim Cəfərzadə Azərbaycan türklərinin milli varlığı uğrunda mücadilə aparanların həmişə önündə olub. "Evrin" adlı cəmiyyətin qurucularından idi.

Bu müəmmalı avtomobil qəzası yada 2008-ci ilin oktyabrında baş vermiş oxşar olayı saldı. O vaxt Güney Azərbaycanda tanınmış ziyalı Qulamrza Əmani qardaşları Kərim və Cəfərlə birlikdə şəxsi avtomobillərində Təbriz-Əhər yolunda İran İslam İnqilab Keşikçiləri Qvardiyasına məxsus yük maşını tərəfindən qəzaya uğradılmışdı. Şahidlər bildirmişdi ki, hadisədən sonra Əmani ağır yaralı olub. O, 4,5 saat hadisə yerində qalıb. Təbrizdəki İmam Rza xəstəxanasının məlumatına əsasən, Əmani qan axmasından həlak olub.

REKLAM

Bundan başqa, yerli şahidlərin verdiyi məlumata görə, ETTELAAT məmurları cərrahiyyə otağına daxil olaraq, ona tibbi yardıma əngəl törətmişdilər...

Hələ 2006-cı ildə Qulamrza Əmani ETTELAAT-a aparılanda müstəntiq onu ölümlə hədələyərək demişdi: "Əmin ol. Azərbaycanda dəyişiklik olsa da, sən onu heç vaxt görməyəcəksən".

Azərbaycanın hər yerindən, eləcə də İranın ayrı-ayrı şəhərlərindən Əmani qardaşları ilə vidalaşmaqdan ötrü minlərlə insan axışmışdı. İslam Respublikasının rəhbərliyi vəziyyətə nəzarət üçün mülki geyimli məmurlardan da yararlanaraq, mərasimin genişlənməsinin qarşısını almışdı. Yasda tutulanlar da olmuşdu.

Hakimiyyətin rəsmi informasiya vasitələrindən biri, Təbrizdəki teleradio vasitəsi ilə hadisənin "bir avtomobil qəzası, faciəli hadisə" olduğu bildirilmişdi.

Qulamrza, Kərim və Cəfər Əmani qardaşları Təbrizin Maralan məhəllə qəbiristanlığında dəfn olundular.

Türklərin milli haqları uğrunda mücadiləyə qarşı Tehran hakimiyyəti həbsetmə, çeşidli təzyiq üsullarından istifadə etməklə yanaşı, insanları oğurlayıb öldürməkdən də çəkinmir. 2008-ci ildə baş verən bu kimi olayları xatırlamaq istərdik. Xosrov Ürfan Şahı iş yerində işgəncə ilə öldürülüb. Qadir Sədiqini ETTELAAT-ın xüsusi adamları maşınla vurub, hadisə yerindən qaçmışlar.

Fərhad Möhsüninin cəsədi Təbrizin Şahgölü adlı parkından tapılıb. Şahidlərin dediyinə görə, onun cəsədində güllə yaraları aşkarlanıb. Yəni bu azərbaycanlı gənci güllələyərək qətlə yetirmişdilər. Ailəsi isə onu bir müddət idi axtarırmış. 25 yaşlı Fərhad Möhsüni 2006-cı ilin may etiraz aksiyalarının ildönümü ərəfəsində İranın məxfi polisi tərəfindən oğurlanmışdı. Yayılmış bilgilərə əsasən, o, 2006-cı il mayın 22-də Təbrizdə keçirilən etiraz aksiyası zamanı polislərin açdığı atəşdən güllə yarası almış və tutulmuşdu. Vəkilin iştirakı olmadan qapalı məhkəmədə mühakimə olunmuşdu.

Onda Fərhad Möhsüninin valideynlərini hədələyərək demişdilər: "Onun həbsdə olması barəsində məlumat yaymayın. Əks halda Fərhad Möhsüni ilə yanaşı sizdə cəzalanacaqsınız".

İranın rəsmi xəbər agentliyi İRNA Şərqi Azərbaycanın polis rəisinin Fərhad Möhsüninin qətli ilə bağlı açıqlamasını yaymışdı: "23 yaşlı Fərhad Möhsüni dostları ilə gəzməyə çıxıb. Bundan sonra o, izsiz yoxa çıxıb. Cəsəd Elgölündə tapılıb, tibbi-ekspertiza onun bədənində döyülmə və zədə halları müşaihidə edib. Müəyyən olunub ki, psixotrop maddə qəbul etmişdir. Son nəticəyə görə, Fərhad Möhsüni qəbul etdiyi həblər nəticəsində özünü suda boğub"...

2006-cı ilin may etiraz aksiyalarında həbs olunmuş Səttar Səliminin də saxlanıldığı yeri polis və ETTELAAT-ın yerli idarələri valideynlərindən gizli saxlamışdılar. Həbsdə olduğu iki ay ərzində ağır işgəncələrə məruz qalmış, sonra isə qətlə yetirilmişdi. Onda hakimiyyət təmsilçiləri S.Səliminin cənazəsini ata-anasına təhvil verəndə ölümün səbəbinə də təxminən oxşar fikir söyləmişlər: "Səttar Səlimi zindandan qaçıb, Arazdan keçərkən boğulub".

Amma ölkənin çağdaş tarixində İran həbsxanasından kiminsə qaçış faktı bəlli deyil.

Məşhur yazıçı Səməd Behrəngi də şah zamanında Arazda "boğulmuşdu". Bu baxımdan şah və ya ayətullalığından asılı olmayaraq, Tehran hakimiyyəti düşmənlərini eyni üsulla aradan çıxarır. Müxalif vətəndaş ya çayda "boğulur", ya da "avtomobil qəzasına" düşür...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

2500 sürücü cərimə olunub

Avtomobil idxalını artırmağa ehtiyac yox

Hansı avtomobil ölkəyə gətirilə bilər?

Köhnə avtomobillərin qiyməti qalxacaq

Köhnə avtomobillərin qiyməti qalxacaq

Bölmənin digər xəbərləri
 
DAK rəsmi Tehranı zülmdə ittiham edir
Deyilib ki, "ərəb baharı" İrana yaxınlaşıb

Mahmud Bilgin Güney Azərbaycanda durum barədə
O, Urmiya gölünün qurumasına yol verməməyə çağırır

Səid Nəiminin azadlığa buraxılmasına dair vəsatət rədd edilib
Yazıçı 5 aydır həbsə alınıb

Arazdan Urmiya gölünə xətt çəkilir?
İran tərəfin belə bir niyyəti var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər