Hal-hazırda Ayna qəzetinin 08.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Mahmud Bilgin Güney Azərbaycanda durum barədə
O, Urmiya gölünün qurumasına yol verməməyə çağırır
Şənbə, 08.10.2011

mətn ölçüsü  

"Azərbaycana səfərdə məqsəd Güney Azərbaycanda insan hüquqları problemini və Urmiya gölü ətrafında vəziyyəti aktuallaşdırmaqdır", - dünənki mətbuat konfransında Cənubi Azərbaycan Demokrat Partiyasının spikeri Mahmud Bilgin bildirib. Onun sözlərinə görə, "Bütöv Azərbaycan" gənclər təşkilatının dəvətilə təşkil olunmuş ongünlük səfər zamanı siyasi partiyalar, KİV mənsubları, ictimai xadimlər və gənclərlə görüşüb. O, Gəncədə də olub. "Mənə dedilər ki, mən Cənubi Azərbaycan milli-azadlıq hərəkatının ilk fəalıyam ki, Gəncəyə səfər etmişəm. Mən bundan qürur duydum", - M.Bilgin vurğulayıb ("Turan").

Güney Azərbaycan milli-azadlıq hərəkatı tarixinə toxunan Bilgin xatırladıb ki, ilk güclü dalğa 1945-46-cı illərdə olub. Sonradan şah rejimi milli hərəkatı boğa bilib. İkinci dalğa 1995-ci ildə başlayıb və indiyədək davam edir. Çoxsaylı həbslərə və təqiblərə baxmayaraq, müqavimət hərəkatı qızışır.

Urmiya gölünə gəlincə, əgər təcili tədbirlər görülməsə, üç ildən sonra göl tamam quruyacaq ki, bu da ekoloji fəlakətə səbəb olacaq. Gölün dibindəki 10 mlrd. ton duzu külək 15 mln. adamın yaşadığı əraziyə sovuracaq və onlar öz evlərini tərk etməyə məcbur olacaqlar. "Biz Urmiya gölünün qurumasına imkan verməməyə çağırırıq", - Bilgin vurğulayıb.

Mahmud Bilgin Güney Azərbaycan Milli Oyanış Hərəkatının təməlini qoyanlardan biridir. 1988-ci ildə İran hüdudlarını tərk edib və 24 ildir İsveçdə yaşayır. Təmsil etdiyi partiya 2008-ci ildə yaradılıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
DAK rəsmi Tehranı zülmdə ittiham edir
Deyilib ki, "ərəb baharı" İrana yaxınlaşıb

Repressiya xronikası: acı xəbərlər bolluğu
"Suda boğulma", "avtomobil qəzası" versiyaları işləkdir

Səid Nəiminin azadlığa buraxılmasına dair vəsatət rədd edilib
Yazıçı 5 aydır həbsə alınıb

Arazdan Urmiya gölünə xətt çəkilir?
İran tərəfin belə bir niyyəti var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər