Hal-hazırda Ayna qəzetinin 08.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
DAK rəsmi Tehranı zülmdə ittiham edir
DAK rəsmi Tehranı zülmdə ittiham edir
Deyilib ki, \"ərəb baharı\" İrana yaxınlaşıb
Şənbə, 08.10.2011

mətn ölçüsü  

Dünya Azərbaycanlıları Konqresi (DAK) rəhbərliyi cümə günü "Trend" agentliyinin konfrans zalında mətbuat konfransı keçirib. DAK həmsədri Sabir Rüstəmxanlı son bir həftə ərzində DAK İdarə Heyətinin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyilə bağlı Bakıda keçirdiyi tədbirlərə toxunub və bu fəaliyyəti uğurlu adlandırıb ("Turan").

Eyni zamanda son zamanlar DAK-da parçalanmalar haqda yayılan xəbərlərin əsassız olduğu və DAK-ın bir neçə nəfər istisna olmaqla, əksər rəhbər heyətinin yerində olduğu vurğulanıb. DAK-ın bu günlərdə İranın Azərbaycan səfirliyi önündə keçirdiyi aksiya yerinə düşən aksiya kimi dəyərləndirilib. Qeyd olunub ki, bu həftə ərzində DAK rəhbərliyinin müxtəlif səviyyədə görüşləri keçirilib. Oktyabrın 7-də Milli Məclis rəhbərliyi ilə görüş olacağı qeyd edilib.

İranın Azərbaycanda mədəniyyət günləri keçirməsinə sərt təpki göstərilib. "Urmiya gölünün qurudulmasına etiraz edən azərbaycanlıları həbsə alan İran dövlətinin Azərbaycanda mədəniyyət günləri keçirməsi gülüncdür" deyən tədbir iştirakçıları İranı Azərbaycana münasibətdə ikiüzlü siyasətdə ittiham ediblər. DAK-ın mübarizəsinin Güney Azərbaycana ən güclü mənəvi dəstək olmasının vacibliyi vurğulanıb.

"Ərəb baharı"nın tədricən İrana yaxınlaşdığı bildirilməklə yanaşı həm də Azərbaycanın buna hazır olmasının vacibliyi nəzərə çatdırılıb. Natiqlər dövlətlərin bir-birinin işinə qarışmadığını desələr də, millətin özündən olanlara dəstək verməsinin zərurət olduğunu xüsusi vurğulayıblar. Bu mənada Güney Azərbaycanın mübarizəsini dünya siyasi gündəminə daşımaq DAK-ın birbaşa fəaliyyəti olduğu bildirilib.

Urmiya gölünün qurudulmasına etiraz edən yüzlərlə azərbaycanlının artıq Tehranın "Evin" həbsxanasına aparıldığı nəzərə çatdırılıb. İran Azərbaycanın daxilinə din, məzhəb davası salmaq, terrorla hədələmək kimi təhdidlərə yol verib. "Dünya elmi öyrənir, kosmosu, digər planetləri fəth edir, bizə xurafat, cəhalət öyrətmək istəyirlər", - DAK Daimi Şurasının sədri Əjdər Tağızadə İranla əlaqələrdən Azərbaycana xeyir gəlməyəcəyini demişdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

DAK həmsədrləri 31 Dekabr və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər

DAK birləşə bilər

Ucqar məktəblərdə işləməyə - 5 milyon manat

Esmiralda Tağızadə: "İstedadsız uşaq olmur"

Şair İsa İsmayılzadə anıldı

Bölmənin digər xəbərləri
 
Mahmud Bilgin Güney Azərbaycanda durum barədə
O, Urmiya gölünün qurumasına yol verməməyə çağırır

Repressiya xronikası: acı xəbərlər bolluğu
"Suda boğulma", "avtomobil qəzası" versiyaları işləkdir

Səid Nəiminin azadlığa buraxılmasına dair vəsatət rədd edilib
Yazıçı 5 aydır həbsə alınıb

Arazdan Urmiya gölünə xətt çəkilir?
İran tərəfin belə bir niyyəti var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər