Hal-hazırda Ayna qəzetinin 01.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
RİTN-dən "kampaniya inqilabı"
Dövlət provayderlərinin tariflərinə 40%, telefon çəkilişi üçün xərclərə 50% endirim...
Şənbə, 01.10.2011

Eldəniz mətn ölçüsü  

Azərbaycanda "elektron imza" ("e-imza") istifadəsinin təşkili üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılmış Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) tərkibində dövlət orqanları, vətəndaşlar və biznes qurumlara "e-imza" xidmətləri göstərən "Hökumət orqanları sertifikasiya xidməti mərkəzi" və "Elektron hökumət sertifikasiya xidməti mərkəzi" təşkil edilib.

Nazirlikdən verilən açıqlamaya görə, artıq MSXM-in yaradılması başa çatdırılıb və "e-imza"nın tətbiqinə başlanıb. Elektron xidmətlərin "e-imza"nın tətbiqi ilə həyata keçirilməsi üçün zəruri tədbirlər görmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunub. Hüquqi və fiziki şəxslərə "e-imza" xidmətlərinin ölkənin poçt şöbələrində yaradılan qeydiyyat mərkəzlərində göstərilməsi nəzərdə tutulur. "E-imza"dan istifadə qiymətləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyən olunub və iqtisadi cəhətdən əsaslandırılıb və əhali üçün güzəştli qiymətlər tətbiq edilib.

Artıq RİTN ölkə başçısı tərəfindən imzalanmış "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanın icrasının təmini ilə bağlı konkret tədbirlər müəyyənləşdirib və ayrı-ayrı dövlət orqanları tərəfindən bu istiqamətdə görülən işlərin əlaqələndirilməsi məqsədilə xüsusi tədbirlər planı hazırlayıb. Sözügedən tədbirlər planına uyğun olaraq, ilk növbədə mərkəzi icra hakimiyyəti orqanlarında İKT-nin tətbiqi ilə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi fəaliyyətinin tənzimlənməsi məqsədilə "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Nümunəvi inzibati reqlament"in layihələri hazırlanıb.

Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanlarından daxil olan təkliflərin beynəlxalq təcrübəyə uyğun təhlili əsasında onlar tərəfindən konkret sahələr üzrə göstəriləcək elektron xidmət növləri müəyyən edilib. Bu sənədlər aidiyyəti üzrə razılaşdırılaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub.

Fiziki şəxslər "e-imza"dan istifadə etmək üçün poçt şöbələrinin filiallarına müraciət etməli, müvafiq kart və avadanlığı əldə etməlidir. İlkin olaraq "e-imza" üçün fiziki şəxslərin 1 il üçün 14 manat (ƏDV daxil), növbəti il üçün 8 manat, 3-cü il üçünsə bundan da ucuz məbləğ ödəməsi nəzərdə tutulur.

İnternet provayderlərinə gəlincə, RİTN-dən bildirilib ki, ölkədə internetin inkişafı və yeni xidmətlərə tələbatın artması ilə əlaqədar dövlət internet provayderləri - "Aztelekom" və "Bakinternet" şirkətləri oktyabr ayının 1-dən genişzolaqlı internet xidmətlərinin qiymətlərinin aşağı salındığını elan edib. Bu dəfə dövlət provayderlərinin tarifləri kanalın sürətindən asılı olaraq faiz nisbəti ilə 25-50% arasında aşağı salınıb (orta hesabla 40%).

Provayderlərin xidmətlərinə əvvəllər qoşulmuş abonentlərin kanal sürəti artırılacaq. Məsələn, əvvəllər 1 Mbit/s kanal sürəti üçün 20 manat ödəyən abonent, oktyabrın 1-dən etibarən internetə 2 Mbit/s sürəti ilə daxil olacaq.

Əhalinin sosial rifahını nəzərə alan nazirlik Bakıda telefon çəkilişi üçün xərclərin 50% azaldılacağını da elan edib. Nazirlikdən verilən məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) "Azərbaycanın Dövlət Müstəqilliyinin 20 illik yubileyi" və "Azərbaycanda telefon rabitəsinin yaranmasının 130 illiyi" ilə əlaqədar oktyabrın 1-dən dekabrın 10-dək texniki imkan olan kabelləşdirilmiş köhnə və yeni (yeni kabelləşdirilən binalardan və hava rabitə xətləri olan ərazilərdən başqa) binalarda əhali və təşkilatlara 1-ci və 2-ci telefon 50% güzəştli tariflə, 2 ədəd telefon çəkənlərə isə 3-cü telefonu pulsuz çəkmək üçün kampaniya keçirəcək.

BTRİB-in ATS-lərində istifadəçilərə müasir telefon rabitəsi xidmətləri göstərilməsi üçün quraşdırılmış tutumlardan hazırda 150 minə yaxın nömrə resursu boşdur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

TQDK son xəbərdarlığını etdi...

Terror barədə daha iki yalan məlumat

Oğurluq telefonlar nəzarətə götürüləcək

"İnternet üzərində nəzarət yolverilməzdir"

Eynulla Fətullayevə internet səhifəsi açılıb

Bölmənin digər xəbərləri
 
Əsgər niyə öldü?
Müdafiə Nazirliyi və hərbi hospitalın nümayəndələri ictimaiyyətə açıqlamalar verdilər

ABŞ bizə 730 min dollar qrant ayırıb
İnsan alverinə qarşı mübarizəmiz dəstəklənir

Məktəbli formalarına inhisar cəhdi var
Parlamentdə bundan narazılıq ifadə olundu

İdrak Abbasovun məsələsi şəxsən daxili işlər nazirinin nəzarətinə götürülüb
Dünən əməkdaşımız DİN Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilib

Corciya Dövlət Universitetinin prezidenti Bakıya gəlib
Təhsil naziri Misir Mərdanovla görüşündə əməkdaşlıqdakı çətinliklərdən də söz açılıb

Vəzifəli şəxslərə cərimə məbləği
Milli Məclis iki dəyişikliyi qəbul etdi

10 bal gücündə zəlzələ ola bilər


Məktəb direktorlarına xəbərdarlıq:
"Uşaqları incitməyin"

TQDK yenə bəzi ali məktəbləri tənqid etdi
Odlar Yurdu Universitetinin rektoru: "TQDK-ya sübut etdik ki, onlar haqsızdır"

Vəfadar Misirov: "Xaricdə təhsil almış məzunlar dövlət qulluğuna müsabiqədənkənar qəbul olunmalıdır"
Lakin onlar dövlət qulluğunda çalışmağa az maraq göstərirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər