Hal-hazırda Ayna qəzetinin 01.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Modernləşmək istəyən Rusiyaya arxadan zərbə
Modernləşmək istəyən Rusiyaya arxadan zərbə
Neoimperiyaçıların yenidən hakimiyyətə gəlişi nə vəd edir?
Şənbə, 01.10.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Boris Yeltsin hakimiyyətinin ilk dönəmində Rusiyada baş verən demokratik proses bütün postsovet məkanında təqdir olunası möhtəşəm tarix kimi hələ də dəyərləndirilməkdədir. 1998-ci ilə qədər Rusiya demokratiyasının inkişafına qarşı tam bir səfərbərlik də bir fakt kimi yaddaşlardadır. Belə ki, 1994-cü ilin oktyabrında Çeçenistana qarşı genişmiqyaslı hərbi müdaxilə keçmiş imperiya tərəfdarlarının da əl-qolunu açmışdı. Demokratik institutlara qarşı qatı mühafizəkar qüvvələr yenidən özündə güc taparaq hətta açıq hücuma keçmişdilər. 1996-cı ilin yazında çeçen müharibəsinin sülhlə başa çatması Rusiyanın biabır olması kimi qiymətləndirildi. Sovetlər Birliyi bir imperiya olaraq dağılmışdısa da, rus xalqının təfəkküründə imperiya nostalgiyası hələ də yaşamaqda idi. Yeltsin böyüməkdə olan bu gücün qarşısından geri çəkilərək öz yerini neoimperiya tərəfdarlarına verməyə məcbur oldu. O zaman çox təəssüflər olsun ki, Qərbin demokratik institutları Yeltsin demokratiyasını müdafiə etmədi. İndi belə bir aqibəti Dmitri Medvedev yaşamağa məcbur oldu.

Medvedev və Putin, fərqli baxışlar

1999-cu ildən 2008-ci ilə qədər Rusiya ali hakimiyyətinin başında Vladimir Putin idi. Bir prezident olaraq hərbi dövrün qanunlarını tətbiq etməyə çalışırdı. Bunun üçün "çeçen sindromu" ilə yanaşı, cəmiyyətdə digər düşmən obrazlarına - oliqarxlara, zəngin işadamlarına qarşı "mübarizə aparmaqla" bu taktikadan uğurla yararlana bildi. Ölkənin idarəetmə strukturlarında köhnə və yeni çekist məktəbi kadrlarını yerləşdirməklə öz hakimiyyətini gücləndirmək istədi. O zaman Kremlin əsas texnoloqu olan Aleksandr Duqin və Modest Kolerov neoimperiya siyasətini dərinləşdirmək üçün rus faşizmini çiçəkləndirməyə cəhd etdilər. Hətta ölkə büdcəsinin xeyli hissəsi bu yöndə genişmiqyaslı təbliğata yönəldildi. Lenin və Stalin diktaturasına belə haqq qazandırıldı.

REKLAM

Bütün bunlar azmış kimi, Stolıpin kimi sərt və qəddar rejim ideoloqunun xatirəsinə ehtiram əlaməti olaraq abidələr ucaldıldı. Dəmir Feliksin (Dzerjinski) adına isə yenidən parklar salındı, heykəllər qoyuldu.

Qərb əleyhinə aparılan təbliğat həm də dolayısı ilə demokratiyaya qarşı yönəldilən siyasətin tərkib hissəsinə çevrilmişdi. Buna baxmayaraq, heç nə dəyişmədi, Rusiya bir xammal ölkəsi olaraq qaldı. Sənaye, digər iqtisadi sahələr inkişaf etmədi. Yerli və xarici investisiyaların qarşısı alındı. Maliyyə sektoru çekist hakimiyyətinin özəl nəzarətinə keçdi.

2007-2008-ci illərdə Rusiyanın iqtisadi və sosial həyatında yaxın gələcəkdə çox iri miqyasda böhranların yarana biləcəyi də proqnozlaşdırılırdı. Bu yöndə mütəxəssislər həyəcan təbili çalmağa başlamışdılar. Çekist Rusiyasını idarə edən neoimperiyaçılar gözlənilən fəlakətlərdən yaxa qurtarmaq üçün dərhal ölkənin iqtisadi təhlükəsizliyi doktrinasını irəli sürdülər. Dmitri Medvedevin liderliyində bu sahə üzrə mütəxəssislərə güzəştə getməyə məcbur oldular. İqtisadi təhlükəsizlik üzrə texnoloqların 2008-ci ildə hakimiyyətə gəlişi ilə ölkədə liberal iqtisadi siyasətə üz tutuldu. Ötən üç il ərzində Rusiyada milyardlarla dollar həcmində yeni iqtisadi layihələrə start verildi. Tədricən xammal ixracatçısından bir sənaye ölkəsinə çevrilən Rusiyanın iqtisadi artım tempi sürət götürməyə başladı. Bunun ardınca isə əhalinin ötənlərdən fərqli olaraq, illik gəlirləri də artmağa başladı. Ortada iqtisadi təhlükəsizlik üzrə texnoloqların hazırladığı modernləşmə strategiyası var idi. Təbii olaraq bu prosesin başında prezident Dmitri Medvedev dururdu. Baş nazir Vladimir Putin olsa da, o, faktiki olaraq, əsasən müdafiə nazirliyi, hərbi sənaye və digər sahələri idarə edirdi. DİN və FSB kimi güc strukturları isə Rəşid Nurəliyev və Aleksandr Bortnikovun nəzarətində olmaqla Medvedevin siyasətinə tabe idi. Ölkədə Milli Antiterror Mərkəzi yaradılaraq ötənlərdən fərqli olaraq iri miqyaslı terrorların qarşısı alınırdı.



Modernləşmənin uğurlu paketi

Prezident Medvedev dotasiya ilə yaşayan Dağıstan, İnquşetiya, Quzey Osetiya, Adıgey, Kabarda-Balkar, Tuva, Xakasiya respublikalarının və bir sıra vilayətlərin ağır sosial-iqtisadi həyatını yaxşılığa doğru dəyişmək üçün dəfələrlə ünvanlı yatırım forumlarını tətbiq etdi. Həmin regionlara həm daxili, həm də xarici investorların cəlb olunmasını təmin etdi. Bu yöndə hətta investorlara güzəşt kimi onların qoyduqları kapitalın təhlükəsizliyi üçün 70 faiz dövlət təminatı verilməsini belə rəsmiləşdirdi. Gizli iqtisadiyyatın leqallaşdırılması üçün müvafiq qanunları qəbul etməklə cəsarətli addımlar atdı.

Medvedevin modernləşmə doktrinasına daxil olan faktorlardan biri də hər hansı dövlətə qarşı aqressiya dili ilə deyil, daha çox humanitar siyasət fəlsəfəsi ilə yanaşılırdı. Bu da öz növbəsində dövlətlərarası münasibətlərin daha da ilıqlaşması üçün zəmin yaratdı. Medvedev Putindən fərqli olaraq, indi Rusiyanın qatı düşməni olan Mixail Saakaşvili və Gürcüstan hökumətinə dialoq təkliflərilə müraciətlər etdi. Dağlıq Qarabağ, Abxaziya, Dnestryanı və Güney Osetiya tipli separatçı regionlarla bağlı problemlərin həlli üçün bir sıra yumşaldıcı və barışa köklənmiş təşəbbüslər irəli sürdü.

Ötən üç il ərzində Rusiya beynəlxalq aləmdə heç bir dövlətlə təzadlı və münaqişəli problem yaşamadı. Medvedev virtual dünyada onunla təmas qurmağa çalışan insanlarla açıq və səmimi şəkildə hər gün bir neçə saat söhbət edirdi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Dələduzluq və saxtakarlıq ittihamı ilə tutulub

Etimad İsmayılov 9 il iş aldı

Ermənistan dünyanı aldadır

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

"Rusiyanın Qafqazdakı aqressiv addımlarının davamı olacaq"

Bölmənin digər xəbərləri
 
ABŞ riyakarlıqda ittiham edilir
WikiLeaksın Ermənistanla bağlı açıqladığı sənəd bundan söz açır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər