Hal-hazırda Ayna qəzetinin 01.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran dağılsın, yoxsa demokratikləşsin?
Fikirlər haçalanıb
Şənbə, 01.10.2011

mətn ölçüsü  

Bütöv Azərbaycan Gənclər Təşkilatı (BAGT) və Bütöv Azərbaycan Hərəkatının (BAH) cümə axşamı Media Mərkəzində "Türkiyənin İran siyasəti və Güney Azərbaycan" mövzusundakı "dəyirmi masa"sında aparıcı fikir bu olub. Toplantıya siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri qatılıblar. BAGT rəhbəri Ruslan İzzətli Türkiyə və Azərbaycan dövlətlərinin Güney Azərbaycan siyasətini tənqid edərək hər iki dövləti İrana münasibətdə "dişsiz siyasət" yürütməkdə ittiham edib. Güney Azərbaycan türklərinin apardığı mübarizəyə münasibət fonunda hər iki dövlətin İrana yanaşmada sərt mövqe sərgiləməsi tələb olunub. Eyni zamanda hər iki dövlətdən Güney Azərbaycan türklərinə edilən zülmlərin beynəlxalq qurumların, ilk növbədə BMT-nin diqqətinə çatdırılması istənilib. Vətəndaş cəmiyyəti institutlarına isə öz imkanları daxilində Güney Azərbaycan türklərinin apardığı mübarizəni dünyanın diqqətinə çatdırmaq təklifi verilib ("Turan").

Güney Azərbaycanın istiqlalı məsələsinə münasibətdə fərqli mövqelər ortaya çıxıb. Bir sıra natiqlər İranın dövlət olaraq dağılmasını şərt olaraq qeyd etdikləri halda, digər bir qisim İranın demokratikləşmə zərurətini önə çəkib. Buna səbəb kimi isə İran dövlətini azərbaycanlıların qurması göstərilib və İran demokratikləşdiyi halda sayca üstün etnos olaraq hakimiyyətin azərbaycanlıların əlində olacağı qeyd edilib.

Toplantıya qatılan Güney Azərbaycan təmsilçiləri Quzey Azərbaycan məmurlarını istər Güney Azərbaycanda yaşayan, istərsə də Qüzey Azərbaycana gələn güneyli türklərə mənfi münasibətdə suçlayıblar. Belə ki, Güney Azərbaycandan gələn azərbaycanlıların işlə, yaşayışla təmin olunmadıqları nəzərə çatdırılıb. İranla Azərbaycan arasında ekstradisiya sazişi olmadığı halda bəzi güneyli fəalların İran orqanlarına təhvil verilməsi halları xatırladılıb.

Toplantı iştirakçıları hazırda Güney Azərbaycanda mübarizənin fəal fazaya keçdiyini vurğulayaraq Azərbaycan KİV-lərini bu prosesi diqqət mərkəzində saxlamağa və onların səslərini dünyaya çatdırmağa çağırıblar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Türkiyə səfirliyi qarşısında aksiya

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək

Qəzaya uğrayan sərnişinlər Bakıya gəldilər

Cəmil Həsənlinin monoqrafiyası ABŞ-da nəşr olunub

Türklər Azərbaycanı ən yaxın dost sayırlar

Bölmənin digər xəbərləri
 
İranla "qaynar xətt" qurulur
"Soyuq savaş" illərində də Moskva ilə Vaşinqton arasında belə bir əlaqə vardı

İsrailin "erməni kartı"
Bir bu karta diqqətlə baxsın

"Sözümüzü o kəslərə deyirik ki, onlar kardır..."
Yeni dərs ili və dil yasağı

Ankarada İbrahim Cəfərzadəni anma mərasimi keçirilib
Onun ölümü çox düşündürücüdür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər