Ankarada İbrahim Cəfərzadəni anma mərasimi keçirilib
 |
Onun ölümü çox düşündürücüdür
Şənbə, 01.10.2011
|
|
mətn ölçüsü |
|
|
|
Bu günlərdə yol qəzasında həyatını itirən Güney Azərbaycan milli hərəkatının fəallarından İbrahim Cəfərzadə Ankarada keçirilən mərasimdə yad edilib (APA). Ankaradakı Azərbaycan Kültür Dərnəyində keçirilən anma mərasimində çıxış edən milli fəal Davud Turan mərhumun təkcə Xoyda deyil, bütün Güney Azərbaycanda milli şüurun oyanmasında çox önəmli rol oynayan bir ziyalı olduğunu vurğulayıb. Tədbirin təşkilatçısı Zaur Bayramlı isə İbrahim Cəfərzadənin düşdüyü qəzanın şübhəli olduğunu iddia edir:
"İbrahim Cəfərzadə Şəbüstərdə iştirak etdiyi toy mərasimində Xəlil Rza Ulutürkün milli ruhlu şeirlərini söyləyib və Güney Azərbaycandakı milli hərəkatın bugünkü durumu və gələcək strategiyası barədə çıxış edib. Toydan qayıdarkən baş verən qəza çox düşündürücüdür". Bu yol qəzasında İbrahim Cəfərzadənin həyat yoldaşı və qızı da həyatlarını itiriblər...
|
|
|
|
|
|
|