Hal-hazırda Ayna qəzetinin 01.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
"Sözümüzü o kəslərə deyirik ki, onlar kardır..."
Yeni dərs ili və dil yasağı
Şənbə, 01.10.2011

S.Sədrəddin mətn ölçüsü  

İranda yeni dərs ili başlandı. Bu ölkədə əhalinin yarısını təşkil edən türklərin ən adi insan haqqı - ana dilində təhsil hüququ tanınmır. Bu 30-35 milyonluq insan kütləsinin tələbləri qulaqardına vurulmaqda, bunu "əsaslandırmaq" üçün ən primitiv bəhanələr tapılmaqdadır. "İran əmin olsa ki, türk dilində tədris separatçılığa yol açmayacaq, onda buna izin verəcək" kimi şok tezislərə qədər... Bizlərdə belə bir ifadə var: "Sözümüzü o kəslərə deyirik ki, onlar kardır...".

İki ay öncə Güney Azərbaycanın Məlikkəndi (Mələkan) şəhərinin iş adamları və mağaza sahibləri iş yerlərinə türkcə ad qoyduqları üçün hakimiyyətin təzyiqinə məruz qalıblar. Həmin iş adamları şəhərin ümumi təhlükəsizlik idarəsinə çağırılıb və türkcə adlandırılan iş yerlərinin adlarının dəyişdirilməsi ilə bağlı xəbərdarlıq ediliblər.

Belə iş adamları hakimiyyətin bu sayaq ədalətsizliyinə qarşı müqavimət göstərsələr də, onların bu cəhdləri çox zaman uğursuzluğa düçar olur. Məcburi olaraq dəyişdirilən adlara örnək olaraq bunları göstərmək olar: "Axarsu kafesi" , "Qara dəniz yeməkxanası", "Ana tarlası", "Yağlı çörək" mağazası, "Yaşa" mağazası, "Dəniz" yeməkxanası... Bu cənabların düşüncəsinə görə, bu adlar pantürkizm, separatçılıq ocaqlarıdır.

İran Mədəniyyət və İslami İrşad Nazirliyinin Qərbi Azərbaycan idarəsində bir toplantıda höccətülislam Məmmədbağır Kərimi bu məsələyə toxunaraq görün nə demişdi:

"Bəzi dükan yiyələri və iş adamları Qərb mədəniyyətindən ilham alaraq, iş yerlərinə yabanı dildə (türk dilini nəzərdə tutur - müəllif) ad qoymaqla kifayətlənməyib, öz iş yerlərində əcnəbilərə aid filmlər də nümayiş etdirirlər. Onlar bu davranış ilə cəmiyyətdə xoşagəlməz psixoloji mühit yaradırlar".

Bu molla öz dükanlarına öz ana dilində - türkcə ad qoyanları hədələyərək deyib ki, onlara bu bədəməl işlərinə görə xəbərdarlıq ediləcək, "əməllərini təkrarlayacaqları halda daha sərt tədbirlər görüləcək".

Öz yurdunda oğul-qızına ana dilində ad qoymaq yasaq, öz mülkünə türkcə ad vermək yasaq... Bizim belə bir qonşumuz var. Bu ölkədə 30 milyondan çox türkün 6 yaşlı oğul-qızları ana dili yerinə "zəbane-maderi" (fars dili) öyrənməyə məcbur edilir.

Ana dilində təhsil alması yasaqlanan və bunun fərqində olan gənc nəsil bu höccətüllislamların, ayətullaların danışdıqlarını doğru qəbul edərmi? Heç şübhəsiz, yox!

1992-ci il fevralın 21-dən başlayaraq YUNESKO hər il Beynəlxalq Ana dili gününü qeyd edir. Həmin günün ağırlanmasında məqsəd dünyada "dillərin ölməsinin" qarşısını almaqdır. Araşdırmalara görə, dünyada 6 min dil var və hər il neçə-neçə dil sıradan çıxır. Bir çox mütəxəssis bu baxımdan Güney Azərbaycan türklərinin ana dilinin də məhvolma təhlükəsi ilə üzləşdiyini söyləyirlər. Buna səbəb həmin dildə məktəbin olmaması, milli mədəniyyətin inkişafının qarşısının zorakılıqla, qəddarlıqla alınması, milli varlığın danılması göstərilir.

Artıq neçə ildir Güney Azərbaycan türkləri beynəlxalq ictimaiyyətin və ölkə rəhbərliyinin diqqətini bu məsələyə cəlb etmək üçün çeşidli tədbirlər keçirir, etirazlarını bəyan edirlər. Onların bu haqlı tələbləri polis dəyənəkləri, təzyiq və həbsxanlarla qarşılanır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
İranla "qaynar xətt" qurulur
"Soyuq savaş" illərində də Moskva ilə Vaşinqton arasında belə bir əlaqə vardı

İsrailin "erməni kartı"
Bir bu karta diqqətlə baxsın

Ankarada İbrahim Cəfərzadəni anma mərasimi keçirilib
Onun ölümü çox düşündürücüdür

İran dağılsın, yoxsa demokratikləşsin?
Fikirlər haçalanıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər