Hal-hazırda Ayna qəzetinin 01.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Zorakılıq qurbanlarının hüquqları müdafiə ediləcək
\"Qadınlara Zorakılıq Əleyhinə Müdafiə Komitəsi\" təsis olunub
Şənbə, 01.10.2011

A.Akif mətn ölçüsü  

Qadın hüquqlarının müdafiəsi və onlara yardım istiqamətində fəaliyyət göstərən bir neçə təşkilat tərəfindən "Qadınlara Zorakılıq Əleyhinə Müdafiə Komitəsi" təsis olunub. Komitəni "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, "Qadın Profilaktika və Məsləhət Mərkəzi"nin sədri Fəridə Əsgərova, "Siyasi Plüralizm" İnstitutunun sədri Sevil Həmidova, "Lex Consult" Hüquq Şirkətinin direktoru Ruslan Vəliyev, müstəqil ekspert, psixoloq Samir Əhmədov yaradıb.

"Qadınlara Zorakılıq Əleyhinə Müdafiə Komitəsi", ölkədə qadınlara qarşı siyasi, iqtisadi, ictimai zəmində baş vermiş bütün zorakılıq halları ilə bağlı monitorinqləri, problemin həlli yönündə ictimai vəkillik fəaliyyətini və beynəlxalq səviyyədə mövcud təcrübəni milli dəyərlərimizə uyğunlaşdıraraq həyata keçirmək niyyətindədir. "Qadınlara Zorakılıq Əleyhinə Müdafiə Komitəsi", zorakılıq qurbanları olan qadınların fərdi müraciətlərinə əsasən, onların hüquqlarının müdafiəsini təşkil edəcək.

Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, bu il ailədaxili zorakılıq nəticəsində 107 nəfər həyatını itirib ki, bunlardan 53-ü qadın, 48-i kişi, 6-sı isə uşaqdır. Zeynalovanın sözlərinə görə, ailədaxili zorakılıqda psixoloji zərbələrə dözməyən 57 qadın intihar edib. Keçən il isə 109 qadın ailədə zorakılıq nəticəsində həyatını itirib, 68 nəfər qadının həyatına qəsd edilib. Ümumilikdə keçən il ərzində 110 nəfər intihar edib. Birlik sədri onu da qeyd etdi ki, bu gün məhkəməyə boşanmaq üçün müraciət edən qadınların əksəriyyəti zorakılığa məruz qalanlardır. "Son vaxtlar ailədə zorakılığın artması hallarına mətbuatda da geniş rast gəlmək olar. Təəssüf ki, həmin zorakılığın qurbanı isə əksərən qadınlar olur". Zeynalova ailədaxili zorakılıqla üzləşmiş insanlar üçün xüsusi sosial xarakterli mərkəzlərin yaradılmasını vacib sayır. "Ailədə zorakılığa məruz qalanlar üçün xüsusi reabilitasiya mərkəzləri olmalıdır. Ailəni qoruyub saxlamaq vacib olduğundan mübahisəli ailələrə düşünmə dövrü üçün mərkəzlər yaradılmalıdır. Bu mərkəzlərdə problemli ailələr psixoloji və hüquqi yardım almalıdır. Bundan başqa, istiqamətləndirmə və yardım mərkəzləri də fəaliyyət göstərməlidir" deyən birlik sədrinə görə, belə mərkəzlərin regionlarda açılması vacibdir. O, ailə təməlini kökündən sarsıdan zorakılıq və intihar hallarını azaltmaq məqsədi ilə təhlükəsizlik sığınacaqlarının mühüm rol oynayacağını hesab edir.

"Təmiz Dünya" Qadınlara Yardım İB zorakılığa məruz qalmış qadınlara təmənnasız psixoloji, tibbi və hüquqi yardımlar göstərməklə yanaşı, həm də insan alveri və ailədə zorakılığa məruz qalmış qadınların reabilitasiyası və reinteqrasiyası ilə məşğuldur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Erməni qadınlar Bakıya gəlmədilər

Qadın polislərə əlavə hüquqlar verildi

Siyasətçi qadınlardan Milli Məclisi buraxmaq tələbi

6 ayda 51 jurnalist öldürülüb

Uşağı, qadını, zəifi döymək...

Bölmənin digər xəbərləri
 
Qadınlara yardımın yolu - kvota!
Aynur Camalqızı xatırladır ki, qadın böyük qüvvədir

Uşağı müstəqil həyata necə hazırlamalı?
Psixoloq məsləhət verir

"Nikah müqaviləsi qarşı tərəfə etibarsızlıq kimi dəyərləndirilir"
İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi qadınların məhkəmələrdə vəkillə təmin olunmalarını daha məqsədəuyğun hesab edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər