Hal-hazırda Ayna qəzetinin 01.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
"Nikah müqaviləsi qarşı tərəfə etibarsızlıq kimi dəyərləndirilir"
İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi qadınların məhkəmələrdə vəkillə təmin olunmalarını daha məqsədəuyğun hesab edir
Şənbə, 01.10.2011


A.Əhməd
mətn ölçüsü  

Qadın hüquqlarının müdafiəsi, ailənin qorunması istiqamətində görülməli tədbirlər, təkliflər son aylarda həm dövlət, həm də vətəndaş cəmiyyəti qurumları tərəfindən sıx-sıx səsləndirilir. Qadın hüquqlarının müdafiəsini daha mükəmməl təmin etmək üçün qanunvericiliyə əlavə və dəyişikliklər təklif edilib. Bu təkliflər paketini təqdim edən İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin rəhbəri Akif Əlizadə ilə söhbətimiz də bu mövzuda idi. Hüquqşünaslar Komitəsi artıq iki aydan çoxdur qadın hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi ilə bağlı təkliflər paketini ictimai müzakirəyə çıxarıb.

Komitənin informasiya xidmətinin məlumatına əsasən, cəmiyyətin və hökumətin bu təkliflərə reaksiyası ürəkaçan olub. Akif Əlizadə deyir ki, ictimai müzakirələr gözlənilən kimi uğurlu keçib və hazırda davam etməkdədir:

"Bizi sevindirən hallardan biri təkcə yazılı və elektron mətbuatın deyil, televiziyanın da bu işə xüsusi maraq göstərməsi oldu. Bunun nəticəsidir ki, artıq hakimiyyət qurumları da bu problemin ciddi olduğunu və qanunvericiliyə dəyişiklik və əlavələr edilməli olduğunu vurğulayırlar".

MM sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli boşanmaların əksərində əmlak mübahisələrinin ortaya çıxdığını, bu mübahisələrin həllində qadınların mülkiyyət hüquqlarının pozulduğunu və məhz bu səbəbdən tərəflərin nikaha girərkən əmlak müqaviləsi bağlamasının icbariləşdirilməsinin sosial sifariş olduğunu deyir. Məsələyə münasibətini açıqlayan Əlizadə bildirdi ki, aparılan məhkəmə monitorinqlərinin əksəriyyətində doğrudan da tərəflərin boşanarkən əmlak mübahisələrinin şahidi olublar. Bu zaman qadınların hüquqları daha çox pozulur. Lakin komitə sədrinin bu məsələdə mövqeyi fərqlidir:

"Ancaq biz nikah müqaviləsinin icbariləşdirilməsinin sosial sifariş olduğunu qəbul etmirik. Əksinə, cəmiyyətin hələ də böyük bir qismi nikah və əmlak məsələsinə adət-ənənə kontekstində baxmaqdadır. Müşahidələrimiz göstərir ki, ailənin müqəddəs olduğu cəmiyyətdə nikah müqaviləsi o qədər də ciddi qəbul edilmir. Bu həm də qarşı tərəfə olan etibarsızlıq kimi dəyərləndirilir. Hesab edirəm ki, cəmiyyətdə hüquq mədəniyyəti artdıqca və qanunlara etibar yüksəldikcə bu məsələ də öz təbii həllini tapacaq. Hadı bəyin də qeyd etdiyi kimi, nikah müqaviləsinin icbariləşdirilməsi müqavilə azadlığı prinsipinə ziddir. Biz boşanma zamanı qadınların hüquqlarının daha yaxşı müdafiəsi üçün təkliflərimizi vermişik. Hesab edirik ki, boşanma prosesi ilə əmlak mübahisələri eyni anda baxılmalıdır. Qadınların məhkəmədə vəkillə mütləq təmin edilməsi daha yaxşı olardı".

Onu da qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmiləri mətbuata açıqlamalarında Azərbaycanda erkən nikah və küçə uşaqları probleminin yaranmasında valideynlərin günahının olduğunu və bu problemin həlli məqsədilə valideynlərin məsuliyyətinin artırılmasının vacibliyindən danışıblar. Eləcə də övladlarını erkən ərə verən valideynlərin cinayət məsuliyyəti daşımalı olduğunu, lakin bunun Cinayət Məcəlləsində təsbit olunmadığı göstərilir.

Öyrəndik ki, İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin təklifləri arasında övladlarını erkən ərə verən valideynlərin cinayət məsuliyyətinə cəlb olunmalı olduğu xüsusi olaraq vurğulanıb. Komitə Cinayət Məcəlləsinə hansı formada dəyişiklik edilə biləcəyini də təkliflər paketində qeyd edib. Əlizadə bildirdi ki, bunu zəruri edən səbəblərdən birincisi erkən nikaha daxil olan qadınların bəzən insan alverçilərinin toruna düşməsidir. Erkən nikaha daxil olan qadının boşandıqdan sonra insan alverinin qurbanı olması riski də yüksək olur:

"Bundan başqa, apardığımız monitorinqlər göstərdi ki, erkən nikaha daxil olmuş şəxslərin boşanma halları da çoxluq təşkil edir. Onların həyat praktikasının azlığı və evlilik üçün psixoloji hazırlığının olmaması boşanmaya rəvac verən əsas səbəblərdən biridir. Nikah yaşının 18-ə qaldırılması və övladlarını nikah yaşına çatmadan zorla ərə verən valideynlər üçün cinayət məsuliyyətinin nəzərdə tutulması bu problemlərin aradan qalxmasına xeyli kömək etmiş olar".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan qondarma qurumla əməkdaşlığını "rəsmiləşdirdi"

TBMM komissiyası strateji sənədi təsdiqlədi

Gələn ay pensiya və müavinətlər artır

Ailə Məcəlləsinə yeni təkliflər gəlir

Kommunal sektordakı problemlərə son?

Bölmənin digər xəbərləri
 
Qadınlara yardımın yolu - kvota!
Aynur Camalqızı xatırladır ki, qadın böyük qüvvədir

Uşağı müstəqil həyata necə hazırlamalı?
Psixoloq məsləhət verir

Zorakılıq qurbanlarının hüquqları müdafiə ediləcək
"Qadınlara Zorakılıq Əleyhinə Müdafiə Komitəsi" təsis olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər