Hal-hazırda Ayna qəzetinin 24.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Bizi tərifləmirsənsə, ölkədən rədd ol...
Tehran Bi-Bi-Si, BBC ilə yola getmir
Şənbə, 24.09.2011

mətn ölçüsü  

Bir zamanlar İranda Bi-Bi-Si-ni Tehran hakimiyyətinin "danışan dili" adlandırardılar. İndi Bi-Bi-Si "düşməndir", aradan qara pişik keçib. İslam hakimiyyəti neçə ildir bu şirkətlə "yola getmir". "Assoşieyted Press"in məlumatına əsasən, Britaniyanın BBC teleradio şirkətinin fars redaksiyasında çalışan 6 nəfər həbs olunub. Hakimiyyət onları İran həyatına dair "xoşagəlməz" videoyazılar, reportajlar hazırlamaqda ittiham edib. İddia edilir ki, bu informasiya vasitəsi bir qayda olaraq, "İslam Respublikasına qarşı materiallar yayır".

İran informasiya vasitələrinin yaydığı xəbərə əsasən, həbsdən bir neçə gün öncə BBC-yə təhlükəsizlik qurumları tərəfindən əməkdaşlarının tutulacağı haqda xəbərdarlıq göndərilib. Tutulanların hamısı İran vətəndaşıdır.

Şirkətin fars redaksiyasının başçısı Sadıq Səbanın sözlərinə görə, redaksiya İranda əvvəllər ingiliscə fəaliyyət göstərirdi: "2009-cu il prezident seçkisindən sonrakı etirazlarda ofisimiz bağlanıb. Hazırda İranda rəsmi iş yerimiz fəaliyyət göstərmir". BBC-nin isə İranda müxbir məntəqəsi 3 ilə yaxındır yoxdur.

Hələ 2009-cu il prezident seçkisindən sonra bu siyasi kampaniyanın rəsmi nəticələrinə cəmiyyət və namizədlər etiraz etdi. Tehran hakimiyyəti etirazçıları xarici dövlətlərə işləməkdə suçlamaqla yanaşı, bir sıra tanınmış radiostansiyaları da ölkədə "pozuculuq" fəaliyyati ilə məşğul olmaqda qınadı. Hətta televiziya vasitəsi ilə "etiraf edənlər" onları kütləvi etiraz nümayişlərində çıxışa Bi-Bi-Si, "Alman dalğası", "Amerikanın səsi" və "Azadlıq" radiolarının təhrik etdiyini "boyunlarına aldılar".

Qərbdə İran Bi-Bi-Si, "Alman dalğası", "Amerikanın səsi"nin yayımına yaratdığı süni əngəllərlə bağlı kəskin qınanır. Üç şirkətin yaydığı birgə bəyanatda qeyd edilmişdi ki, İslam Respublikası onların verilişlərini əngəlləməkdən ötrü "Hotbrid" adlı telekommunikasiya peykinin yardımı ilə "boğucu" elektron siqnallar buraxır.

Bir müddət öncə İran internet-saytlara və mobil əlaqələrə qarşı "blok" tətbiq etdiyinə görə ciddi qınanmışdı. Bu günlərdə isə "Google Mail"ə qoşulma əngəlləndi. Bundan başqa, ilin əvvəlində "Frans Press"in Tehran bürosunun başçısı Cey Deşmuku ölkədən qovulmuşdur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Casus"lar valyuta mənbəyidir
İsrail "casus"larına nə qədər girov pulu istəyəcəklər?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər