Hal-hazırda Ayna qəzetinin 24.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Dağlıq Qarabağda növbəti "seçki" saxtakarlığı
Dağlıq Qarabağda növbəti "seçki" saxtakarlığı
ATƏT, AB, BMT, MDB və diaspor \"seçki\"lərə müşahidəçi göndərmədi
Şənbə, 24.09.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Separatçı Dağlıq Qarabağ rejimi 21 ildir "müstəqillik" elan etsə də, possovet məkanında onları yalnız özlərinə tay olanlar - separatçı Dnestryanı, Abxaziya və Güney Osetiya rejimləri "tanıyıblar". Dünya, beynəlxalq hüquq bu kimi nömrələrə uymur. Heç Ermənistanın özü də belə bir addımı atmaq iqtidarında deyil.

Bu virtual qurumun, yaxud separatçı bölgənin tamamilə Ermənistan büdcəsi hesabına ayaq üstə saxlandığı da heç kəsə sirr deyil. Bölgənin Ermənistana ilhaqedilmə perspektivi isə ümumiyyətlə mümkün deyil. Azərbaycan tərəfi işğal olunmuş ərazinin geri qaytarılması və regional təhlükəsizlik yönündə atdığı səbirli addımlar kənardan bu məsələyə zorakı müdaxilə üçün bəhanə vermir. Azərbaycanın iqtisadi potensialı, enerji resursları, kommunikasiya vasitələrini inkişaf etdirmək xətti tək region ölkələri üçün deyil, bütün dünya üçün faydalar vəd edir. Dünya iqtisadi güclərinin bölgəyə marağı çox şeyi şərtləndirir. Mövcud etnik-ərazi münaqişələrinin həll edilməmiş vəziyyətdə saxlanılması isə bölgənin inkişaf perspektivinə, iqtisadi güclərin faydalarına ağır zərbələr vurmaqdadır.

Bələdiyyə seçkilərini bu dəfə də Ermənistan keçirdi

Sentyabrın 18-də separatçı DQR-də yerli bələdiyyə və mer seçkiləri keçirilmişdir. Açıqlamalara görə, seçki prosesində seçicilərin 58.71%-i iştirak etmişdir. Bu, təqribən 54 min 658 nəfər seçici deməkdir.

Halbuki son 13 ildə bölgədə yaşayan ümumi əhalinin sayı 157 min nəfərdən 80 min nəfərə qədər azalıbdır. İrəvandakı mənbələr son iki ildə bu reallığı dəfələrlə etiraf ediblər.

Ermənistan parlamentinin deputatı, hakim Respublika Partiyasının təmsilçisi Ernest Soqomonyanın qeyd etdiyi kimi:

"Əhalinin ağır sosial problemlərinin səbəbi kimi təkcə Ermənistandan deyil, həm də Dağlıq Qarabağdan da miqrasiya axınları son 10 ildə 4-5 dəfə artmışdır. İrəvan və Xankəndi statistika xidməti tərəfindən qeyd olunduğu kimi, miqrantların çoxu "mövsümi işlər" üçün getsə də, əslində onlar geri dönmək barədə düşünmürlər".

Separatçı rejim elan edib ki, bölgədə 209 icmada bələdiyyə seçkilərinə 227 nəfərin namizədliyi irəli sürülmüşdü. Eyni zamanda bələdiyyə sədri seçkiləri uğrunda da "gərgin mübarizə" aparılmışdır. Xankəndi meri postuna "nazirlər kabinetinin rəhbəri" Suren Qriqoryan seçilmişdir. Suren Qriqoryan isə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın ən etibarlı kadrlarından biri hesab olunur.

REKLAM



Yerli müşahidəçilərin fikrincə, bölgədə yaşayan əhalinin 80 faizinin Xankəndində yaşaması, əslində Suren Qriqoryanın hakimiyyət və iqtisadi baxımdan mövqelərinin güclənməsi deməkdir. Onun timsalında Köçəryanın kadr siyasəti İrəvanda olduğu kimi daha güclü mövqelər qazanması kimi təqdir olunur. Separatçı rejimin prezidenti Bako Saakyan isə sadəcə seçki prosesini izləməyə məcbur edilmişdir.

Azərbaycan bu "seçki"lərin boykot edilməsində bu dəfə də gecikdi

Gürcüstan Abxaziya və Güney Osetiyada keçirilən seçkilərin qanunsuz olması yönündə beynəlxalq birliyi çevik şəkildə hərəkətə gətirmək təcrübəsini mənimsəyib və bu imkandan hər bu kimi "oyunlarda" istifadə edir və özü də pis istifadə etmir.

Hər dəfə bu separatçı bölgələrdə keçirilən seçkilərin mürəkkəbi qurumamış beynəlxalq qurumlar həmin seçkiləri tanımadığı barədə bəyanatla çıxış edirlər. Bunun üçün ilk növbədə Gürcüstan KİV-i, XİN-i və QHT sektoru birgə hərəkət taktikası seçirlər. Birlikdə nəinki ölkə daxilində, eləcə də digər xarici ölkələrdə, beynəlxalq qurumlarda konfranslar, toplantılar keçirir, ictimai fikri bu qanunsuzluqlara istifqamətləndirirlər.

Bu kimi addımlar hələ ki, Azərbaycanda müşahidə olunmur. Azərbaycan XİN işğal altındakı ərazilərdə nəzərdə tutulan bu seçki hoqqabazlığı ilə bağlı son bəyanatını sentyabrın 15-də vermişdir. Bu məsələdə QHT sektoru ümumiyyətlə ağzına su alıb oturmuşdur. Milli QHT-lərimiz sanki qrant layihələri və ya müvafiq donorların maliyyə dəstəyindən savayı heç nə haqqında düşünmürlər. Halbuki QHT sektorunun fəal şəkildə apara biləcəyi missiyanın çox böyük təsiri ola bilər. Təkcə KİV-lər aylardır sürən informasiya və təhlillərində bu mövzuya geniş yer verilibdir. Halbuki ilk növbədə müvafiq hökumət strukturları separatçı bölgə ilə bağlı daha çevik və sərt iradə nümayiş etdirməli idi və etdirməlidir.

Seçki məntəqələri - bölgə əhalisinin aynası

Bu gün işğal bölgəsindəki demoqrafik durum qalın bir sirr pərdəsinə bürünüb. Fəqət işğal bölgəsindəki virtual "Mərkəzi Seçki Komissiyası"nın hesabatı bölgədə əhalinin harada məskunlaşması və hansı sayda olmasına bir qədər işıq sala bilir. Formal olaraq burada 251 seçki məntəqəsi mövcuddur. Xankəndində 34, Əsgəranda 42, Hadrutda 32, Ağdərədə 43, Xocavənddə 32, Şuşada 8, Laçında 48, Gülüstanda 12 seçki məntəqələri fəaliyyət göstərir. Hər seçki məntəqəsində 460 nəfərin olması rəqəminə diqqət yetirsək, o zaman bəlli olur ki, bölgədə kağız üzərində 115 min 460 nəfər əhali yaşayır. Hər seçki məntəqəsində seçicilərin bu sayda olması faktını isə DQR rejiminin MSK-sı da etiraf edir. Bundan əlavə, bölgədə "ağsaqqallar şuraları"na da seçkilər keçirilir. Buraya isə əsasən məhkəmə, polis, hərbi, prokurorluq və təhlükəsizlik orqanlarında işləyənlər "seçilə" bilər. Bu faktın özü də təsdiq edir ki, bölgə əslində hərbi xunta qaydaları ilə idarə olunur.

"MSK" sədri Rəşid Qriqoryan Rusiyanın Krasnodar vilayətində nəşr edilən "Erkramas" həftəlik qəzetinə verdiyi son müsahibəsində deyir:

"Biz bu son seçkilərə ötən il oktyabrın 1-dən başlamışıq. Ermənistan MSK-nın maliyyə dəstəyi və İrəvan hökumətinin nəzarəti altında bölgədə seçki prosesi ötən illərdən fərqli olaraq xeyli ağır oldu. Çünki əhalinin seçkilərə olan marağı çox zəifləyib. Biz nə qədər təbliğat aparsaq da, son iki ildə sosial və iqtisadi sektorda yaşanan ağır böhran insanların maraqlarının söndüyünü sübut edir. Bununla yanaşı, seçki prosesində imkanlı şəxslərin bələdiyyə üzvü və mer seçilməsi də gələcəyə olan ümidlərə işıq sala bilməyəcək. Bölgənin iqtisadi və sosial rifahı bizdən asılı olmayan səbəblərə bağlıdır".

Seçkilərə hərbçilər nəzarət edib

Bölgədəki "Qarabağ Müharibəsi Şəhid Ailələri" təşkilatının sədri Qalina Arustamyan bildirir:

"Bələdiyyə və mer seçkilərində namizədliyini irəli sürmüş vətəndaşlar 1988-1994-cü illərdə Qarabağ uğrunda müharibədə iştirak edənlərdən və ya onların ailə üzvlərindən ibarət olmuşdur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

DİN sahə rəisi institutu yaradır

Müxalifət yenidən təlatüm yaşayır

Bələdiyyələr uğrunda 26 minə yaxın namizəd mübarizəyə qoşulub

İqdır bələdiyyə başqanı tutuldu

Bələdiyyələrdə daha 21 korrupsiya faktı

Bölmənin digər xəbərləri
 
İlham Əliyev: "Avropa örnəkləri Dağlıq Qarabağda da tətbiq edilə bilər"
Prezident bu münaqişənin bütün regiona təhlükə olduğunu qeyd edib

Oqtay Əsədov Abdullah Güllə Qarabağı müzakirə edib
Heyətə müxalifətdən İqbal Ağazadə də daxildir

"İşğal olunmuş torpaqlar qeyd-şərtsiz azad olunmalıdır"
Səudiyyə Ərəbistanı Krallığının nazir müavini: "Çünki bu, Azərbaycanın haqqıdır və haqq heç zaman yerdə qalmır"

Bakıda "Qarabağ saatı"
Qanı nə ilə yumaq? - qarşımızda iki variant var...

İrəvandakı hərbi parad nə göstərdi?
İşğalçı ölkənin ordusu silahlanmada Azərbaycandan 7-10 il geri qalıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər