Hal-hazırda Ayna qəzetinin 24.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Ərdəbillilərə yeni dəmiryol vədi verildi
Ərdəbillilərə yeni dəmiryol vədi verildi
Digər dəmiryol xətləri illərdir yarımçıq qalır
Şənbə, 24.09.2011

Sədrəddin mətn ölçüsü  

Otuz üç ildir İran rəhbərliyi vətəndaşı vədlərlə "yola verir". Vədlərə əməl etməyəndə, buna etirazlar olduqda basqı və həbslər başlanır. Bu hal Güney Azərbaycanla bağlı tez-tez baş verir. Azərbaycan bölgələrinin inkişafına laqeyd münasibətə etiraz edənlər separatçılıqda, pantürkizmdə təqsirləndirilir.

Avqust və sentyabrda Güney Azərbaycanın bir sıra şəhərlərində Urmiya gölünün qurumasına etiraz aksiyalırının gedişində Ərdəbildə də eyni şüarlarla aksiya keçirilmiş, çoxlu sayda tutulanlar olmuşdu. Bütün bunların fonunda İran prezidenti Ərdəbilə ikigünlük səfərə yollanmışdı. Burada ictimaiyyət qarşısında çıxış etmiş və təbii ki, yeni vədlər səsləndirmişdir. Səfərin ilk günü əyalətin Xalxal, Kövsər, Nir bölgələrində, ikinci gün isə Quzey Azərbaycanla sərhəddə yerləşən Parsabad (Muğan), Güney Biləsuvar, Germi, Meşkinşəhr və Nəmində olub. Prezident Güney Azərbaycan türklərinin könlünü oxşamağa çalışdığı kimi, Azərbaycan Respublikası haqqında da "xoş" sözlər söyləmişdir. Gözdən qaçmadı ki, eyni xoş sözləri bu günlərdə erməni rəsmiləri ilə görüşündə də səsləndirmişdi.

Vədlərə gəldikdə, Əhmədinejadla birlikdə Ərdəbilə gələn yol və şəhərsalma naziri Əli Nikzad vəd verib ki, 2013-cü ilin sonunda Ərdəbil-Miyana dəmiryol xətti istismara veriləcək.

Əli Nikzad qeyd edib ki, Azərbaycan Respublikası ilə həmsərhəd rayonda "Ərdəbil-Parsabad (yəni Muğan) dəmiryol xəttinin çəkilişi də gündəmdədir". Nazir bu barədə deyib ki, "Ərdəbil-Parsabad dəmiryol xətti vasitəsi ilə biz Azərbaycan Respublikasına, Rusiyaya və daha sonra Çinə çıxış əldə edəcəyik". Onun sözlərinə əsasən, Ərdəbil əyalətindəki dəmiryolun çəkilişi ilə bağlı "heç bir maliyyə problemi yoxdur". Göründüyü kimi, vəziyyəti gərginləşən kimi Tehran hakimiyyəti ya hərbi manevrlər, ya da Güney Azərbaycan şəhərlərində sosial-iqtisadi məsələlərə dair tədbirlər keçirir, vədlər verir.

Bu ilin yayında Təbrizdə Şərqi Azərbaycan sənaye, ticarət və mədən palatasının təşəbbüsü ilə "Sərmayə imkanları" mövzusunda 4 günlük 3-cü beynəlxalq toplantıda energetika, dağ-mədən, kənd təsərrüfatı, sağlamlıq, şəhərsalma, nəqliyyat, turizm, azad ticarətlə bağlı layihələr dəyərləndirilmişdi. Sonra hər şey unudulmuşdu. Bu kimi toplantıların bir kampaniya olduğu Güneydə heç kəsdə şübhə doğurmur.

Hələ bir neçə il öncə deyilmişdi ki, Təbriz-Miyana dəmiryolunun çəkilişi xarici sərmayəçilərin iştirakı ilə başa çatdırılacaq. Onun sözlərinə görə, ölkənin Ali İqtisadi Şurası bu layihədə xarici sərmayənin iştirakını təmin etmək məqsədi ilə 740 milyon dollara yaxın vəsait ayırıb. Əcnəbi şirkətlərin bu layihədə iştirakı üçün yaxın gələcəkdə tender elan ediləcək.

Üç il öncə Təbriz-Miyana dəmiryolunda işlərin gedişi barədə Şərqi Azərbaycan əyaləti icra hakimiyyətinin tikinti işləri üzrə müavini Məhəmməd Əşrəfniya İRNA-ya bildirmişdi ki, Təbriz-Miyana ikixətli dəmiryolunun çəkilişinin başa çatması üçün 430 milyon dollar vəsait lazımdır. Bu vəsaitin veriləcəyi təqdirdə üç ildən sonra bu xətt istismara verilə bilər. Miyana-Təbriz dəmiryolunun uzunluğu 183 kilometrdir. Hələ bu təklifdən bir xəbər yoxdur.

Xatırladaq ki, Miyana-Bostanova-Təbriz dəmiryol xəttində işlərə 2001-ci ildə başlanıb. İndiyədək işlərin 45 faizi görülüb. Mütəxəssislərin hesablamasına görə, bu layihəyə ildə 90 milyon dollara yaxın sərmayə qoyulmalıdır. Son iki ildə isə bu məbləğdən də az maliyyə vəsaiti ayrılıb.

Təkcə Təbriz-Miyana dəmiryolu xətti deyil, Miyana-Ərdəbil dəmiryol layihəsi də düyünə düşüb. Ərdəbildən olan deputat Kazım Musəvi iki ay öncə bir müsahibəsində bildirmişdi ki, bu yolda işlərin 48 faizi görülüb. O da bu layihəyə "xarici sərmayə"nin cəlb edilməsini vacib sayır. İşi başa çatdırmaq üçün 300 milyon dollar tələb olunur.

Bunlarla yanaşı, Qəzvin-Rəşt-Ənzəli dəmiryolu xətti 5 ildən artıqdır yarımçıq qalır. Təbriz-Zəncan dəmiryol xətti də bir neçə ildir maliyyə vəsaiti gözləyir. İran rəhbərliyinin Güney Azərbaycana ögey münasibətinə dair çoxsaylı örnəklər göstərmək olar. Ancaq hakimiyyət əməli işlərdənsə, daha çox vədlər verməklə məşğuldur. Fars bölgələrində isə bu kimi layihələrə pul asanlıqla tapılır.

Maraqlıdır, iki ay öncə Ərdəbil-Miyana dəmiryolu üçün maliyyə vəsaiti tapılmırdı, birdən hansı möcüzə baş verdi?


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakı-Tiflis-Qars dəmir yol layihəsi təxirə düşə bilər

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək

Dəmiryol sistemində korrupsiyaya "yox" deyildi

Nazir Nikolaişvili nikbindir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər