Hal-hazırda Ayna qəzetinin 24.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
21-ci əsrin təhsilsiz qızları
21-ci əsrin təhsilsiz qızları
Şənbə, 24.09.2011


Rəna Allahverdiyeva (Azərbaycan, var.az saytının müxbir
mətn ölçüsü  

"Orta məktəbi fərqlənmə ilə bitirib, sənədlərimi ali məktəbə versəm də, imtahanlardan kəsildim. 17 yaşımda dayımoğlu məni qaçırdı. Daha ərə gedəndən sonra nə oxumaq?! Təhsil mənim üçün arzu olaraq qaldı", - deyə Lənkəranın 30 yaşlı sakini Dilbər Kazımova danışır.

Dilbər Kazımovanın ailə həyatı da alınmayıb. Dünyaya iki övlad gətirəndən sonra boşanıblar.

"Mənim nə təhsilim, nə də bir peşəm var idi. Bilmirdim uşaqlarımı necə dolandırım, kirayə pulunu necə ödəyim. Yeganə bacardığım iş oxumaq idi. Beləcə müğənni oldum. Valideynlərim və qardaşım buna görə məndən üz döndərdilər. Ərim isə uşaqları əlimdən aldı. Heç kəsə başa sala bilmədim ki, təhsilsiz mənim başqa seçimim yoxdur. Əgər arzuladığım kimi universitet bitirsəydim, başqa bir işlə məşğul olardım", - o deyir.

Dilbər Kazımovanın sözlərinə görə, onun doğulub boya-başa çatdığı cənub rayonlarında erkən nikahlar və qızların təhsildən yayındırılması çox aktual problemdir: "Bizim tərəflərdə 20 yaşlı subay qızlar artıq evdə qalmış sayılırlar. Qızları adətən 14-15 yaşında ərə verirlər. Valideynlər öz qızlarının təhsili haqqında düşünmürlər".

Dilbər Kazımova ali təhsil ala bilməyib. Amma bir çox qızlar var ki, bu məsələdə daha az bəxti gətirib və onların nəinki ali, heç orta təhsili də yoxdur. Onlardan biri hazırda küçə uşaqları üçün sığınacaqlardan birində saxlanılan Nurcan Əmiraslanovadır.

REKLAM

O, Yevlax rayonunda doğulub. Sənədlərə əsasən, 21 yaşı olsa da, Nurcan əslində 19 yaşı olduğunu bildirir.

"Özümü tanıyandan Bakıda yaşayıram. Küçələrdə böyümüşəm. Mən çox balaca olanda anam vəfat edib. Atam ikinci dəfə ailə qurduqdan sonra ögey anam məni istəmədi. Atam ona etiraz edə bilmədi. Çünki o, əlildir və ona həmin qadın baxırdı. Elə o vaxtdan özbaşıma yaşayıram. İlk vaxtlar küçələrdə maşınları yumaqla pul qazanırdım. İki il əvvəl kafedə ofisiant işləməyə başladım", - Nurcan həyat hekayətini danışır.

O, heç vaxt məktəbə getməyib. Yalnız erkən yaşlarında vərəm dispanserində müalicə alarkən 2-3 ay onunla müəllimlər məşğul olub.

"Amma çox istərdim ki, təhsil alım", - o, qəmgin halda deyir.

Hazırda yaşadığı sığınacaq evində elə uşaqlar var ki, hərfləri belə tanımır, öz adlarını yaza bilmirlər. 13 yaşlı Leyla Doçkina belə uşaqlardan biridir. O, uşaq evində qardaşı ilə birlikdə qalır. Onların sənədləri olmadığına görə məktəbə gedə bilmirlər.

Küçə uşaqları üçün evin yaradıcısı Kəmalə Ağayeva bildirir ki, hazırda onlar "Hər bir uşaq üçün təhsil" layihəsi üzərində çalışırlar.

"Bu layihə çərçivəsində biz müəyyən səbəblərdən dərslərdən kənarda qalan uşaqları təhsilə cəlb etməyə çalışırıq. Biz evsiz, küçə uşaqlarına heç olmasa yazıb-oxumağı öyrətmək istəyirik", - o bildirir.

Tələbə qəbulu üzrə komissiyanın statistik göstəricilərinə əsasən, 2011-ci ildə cənub bölgələrindən olan abituriyentlərin yalnız 33 faizini qızlar təşkil edirdi.

Təhsil Nazirliyinin "Təhsil sektorunun inkişafı" layihəsi işçi qrupunun rəhbəri Elvin Rüstəmov bildirir ki, statistikaya əsasən, qızların orta təhsildən yayınması halları müşahidə olunmur:

"Adətən bölgələrdə bütün uşaqlar - həm qız, həm oğlanlar yerli məktəblərdə qeydiyyatda olurlar. Bu səbəbdən rəsmi olaraq cənub rayonları da daxil olmaqla bütün ölkə üzrə kütləvi şəkildə dərslərdən yayınan qızlar yoxdur. Bu halları ortaya çıxarmaq üçün biz dərin araşdırma aparmalı oluruq. Əgər biz valideynlərin öz övladlarını dərslərdən yayındıraraq işləməyə məcbur etməsi və müəllimlərin buna göz yumması faktları ilə qarşılaşırıqsa, günahkarlar sərt şəkildə cəzalandırılır. Dövlət cinsindən və sosial vəziyyətindən asılı olmayaraq hər bir uşağın təhsil alması üçün hər şeyi edir və edəcək", - o bildirir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
AŞPA abortlardan narahatdır
Doğuşdan əvvəl uşaqların cinsinin seçilməsi xoşagəlməz tendensiya şəklini alıb

Fahişəlik - qadağa, ya leqallaşma?..


Qadınlar hələ də siyasi aləmdə iştirak üçün mübarizədə uduzurlar


Evdə qul, çöldə fəhlə...
Ermənistanın bölgələrində qadınlar gündəlik olaraq diskriminasiya ilə üzləşirlər

Döşlə əmizdirmənin 50 faiz olması təkcə səhiyyənin problemi deyil
Baş pediatr bunu həm də sosial problem hesab edir

Bakirəlik - erməni qızları üzərində ictimi basqı


Harassment - köhnə dünyanın yeni bəlası


Məhkumluq həyatı yaşamış qadınların acınacaqlı taleyi


Döşdən əmizdirmə ilə bağlı miflər


Ermənistanda abortların statistikası artır
Ana bətnində öldürülənlər isə əsasən qızlardır

Qanunda istisnalara həmişə yer var
Bizim gerçəklikdə övlad toyu görmək çox mühümdür

Körpənin ancaq 6 ayından sonra daha qidalı məhsullara ehtiyacı yaranır
ÜST tədqiqatları göstərir ki, hətta ən isti Afrikada belə südəmər körpənin suya ehtiyacı yaranmır

SN hüquqşünası: "Azyaşlı uşağı olan qadınlar həftədə 36 saatdan çox çalışmamalıdır!"
Körpəsini ana südü ilə qidalandıran analara isə iş vaxtı ərzində hər üç saatdan bir 30 dəqiqəlik fasilə verilməlidir

Sürücünün qadını, kişisi olmaz


Uşaqlara vaxt ayıraq
Vaxtın uzunluğu deyil, keyfiyyəti önəmlidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər