Hal-hazırda Ayna qəzetinin 24.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
SN hüquqşünası: "Azyaşlı uşağı olan qadınlar həftədə 36 saatdan çox çalışmamalıdır!"
Körpəsini ana südü ilə qidalandıran analara isə iş vaxtı ərzində hər üç saatdan bir 30 dəqiqəlik fasilə verilməlidir
Şənbə, 24.09.2011

A.Akif mətn ölçüsü  

İki uşaq anası olan Fidan Həsənova hazırda ölkənin aparıcı mobil rabitə operator şirkətlərindən birində çalışır. Dediyinə görə, ana olmazdan öncə qarşısına məqsəd qoyub ki, körpələrini düz 1 il ana südü ilə qidalandıracaq. Özünə verdiyi vədə də mövcud qanunvericilik sayəsində nail olub. İlk övladının 8, qızının isə 5 ayında analıq məzuniyyətindən işə dönməli olub. Şirkət rəhbərliyi də ölkə qanunvericiliyinə riayət edərək ona işə bir saat gec gəlməsinə və yaxud bir saat tez çıxmasına icazə verib.

Fidan xanım deyir ki, ana südünün körpəyə və qadına xeyri barədə hələ ilk hamiləliyi müddətində xeyli oxuyubmuş və övladlarının sağlamlığı naminə öz südünü onlardan məhrum etməyib. Baxmayaraq ki, körpələrin dişi çıxan ərəfədə müəyyən çətinliklərlə üzləşib.

Turizm şirkətlərindən birində çalışan Nərgiz Hüseynovanın bəxti isə Fidanınkı kimi gətirməyib. Nərgiz deyir ki, ödənişli məzuniyyəti başa çatdıqdan sonra işə çıxmalı olub:

"Doğrudur, qanun 3 il uşağımı böyütmək üçün mənə müddət verir. Lakin bir sıra maddi problemlərlə əlaqədar işə tez çıxmalı oldum. İş vaxtım 7-yə qədər uzanırdı. Və bu zaman müdirə qanun mənə evə bir saat tez getməyə icazə verdiyini başa salmaq çətin oldu. Mənə bildirildi ki, əməkhaqqımı tam şəkildə almaq istəyirəmsə, hamı kimi çox çalışmalıyam. Səhər 8.10-da evdən çıxırdım ki, 9-da işdə olum. İş vaxtı 19.00-da bitir, axşam da 20.00-a qədər evə gəlirdim. Beləliklə, getdikcə südüm də azaldı. Körpəm 5 ayına keçəndə artıq süni qida qarışıqları ilə qidalanırdı. Bəlkə iş vaxtım daha qısa olsaydı, ona daha uzun müddətli ana südü verə bilərdim...".

Səhiyyə Nazirliyinin hüquq və daxili nəzarət sektorunun baş məsləhətçisi Elxan Əzizov bildirdi ki, Əmək Məcəlləsində bir sıra kateqoriyadan olan şəxslər, hamilə və 1 yaş yarımlıq uşağı olan qadınlar üçün qısaldılmış - həftədə 36 saat iş vaxtı müəyyən edilib. Məlumat üçün bildirək ki, əmək müqaviləsi ilə işləyən şəxslər üçün iş vaxtı həftədə 40 saatdan çox olmamalıdır. E.Əzizovun sözlərinə görə, müəssisə rəhbərliyi və ya həmkarlar ittifaqının sərəncamı ilə iş vaxtı 33 saat da müəyyənləşdirilə bilər: "Hər halda, hamilə və 1 yaş yarımlıq körpəsi olan qadınlar həftə ərzində 36 saatdan çox işə cəlb olunmamalıdır!".

Baş məsləhətçi onu da vurğuladı ki, uşağı ana südü ilə qidalandırmaqdan ötrü 1 yaş yarımlıq uşağı olan qadınlara hər gün iş vaxtı ərzində ümumi işçilər üçün nəzərdə tutulmuş nahar fasiləsindən əlavə hər üç saatdan bir 30 dəqiqəlik fasilə verilir. Bu zaman qadının hüququ var ki, 30 dəqiqəlik fasilələri birləşdirib günün əvvəlində, ortasında və ya sonunda istifadə edə bilər. Yəni sonuncu halda işdən tez çıxa bilər. İstərsə, nahar fasiləsindən gec qayıda bilər, istərsə, səhər işə gec gələ bilər.

Əgər müəssisə rəhbərliyi qanunvericiliyin yaratdığı imkanlardan istifadə etməyə icazə vermirsə, E.Əzizov bildirdi ki, bu zaman müəssisədəki həmkarlar ittifaqına müraciət edilməlidir. İttifaq yoxdursa, hüququ pozulmuş qadın əmək qanunvericiliyinin icrasına nəzarət edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyinə müraciət edə bilər. Müfəttişlik müəssisə rəhbərliyinə göstəriş səlahiyyətinə malikdir. Əlbəttə, hər bir şəxsin məhkəməyə müraciət etmək hüququ var.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

Tacikistan minaaxtaranlarına sertifikat verildi

ABŞ-dan bloggerlərə azadlıq tələbi

Dünya ədəbiyyatından 6 kitabın təqdimatı

Məsud Əlioğlunun "Darıxan adamlar" kitabının təqdimatı

Bölmənin digər xəbərləri
 
AŞPA abortlardan narahatdır
Doğuşdan əvvəl uşaqların cinsinin seçilməsi xoşagəlməz tendensiya şəklini alıb

Fahişəlik - qadağa, ya leqallaşma?..


Qadınlar hələ də siyasi aləmdə iştirak üçün mübarizədə uduzurlar


Evdə qul, çöldə fəhlə...
Ermənistanın bölgələrində qadınlar gündəlik olaraq diskriminasiya ilə üzləşirlər

Döşlə əmizdirmənin 50 faiz olması təkcə səhiyyənin problemi deyil
Baş pediatr bunu həm də sosial problem hesab edir

Bakirəlik - erməni qızları üzərində ictimi basqı


Harassment - köhnə dünyanın yeni bəlası


Məhkumluq həyatı yaşamış qadınların acınacaqlı taleyi


Döşdən əmizdirmə ilə bağlı miflər


Ermənistanda abortların statistikası artır
Ana bətnində öldürülənlər isə əsasən qızlardır

Qanunda istisnalara həmişə yer var
Bizim gerçəklikdə övlad toyu görmək çox mühümdür

Körpənin ancaq 6 ayından sonra daha qidalı məhsullara ehtiyacı yaranır
ÜST tədqiqatları göstərir ki, hətta ən isti Afrikada belə südəmər körpənin suya ehtiyacı yaranmır

Sürücünün qadını, kişisi olmaz


Uşaqlara vaxt ayıraq
Vaxtın uzunluğu deyil, keyfiyyəti önəmlidir

21-ci əsrin təhsilsiz qızları




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər