Hal-hazırda Ayna qəzetinin 24.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Ermənistanda abortların statistikası artır
Ermənistanda abortların statistikası artır
Ana bətnində öldürülənlər isə əsasən qızlardır
Şənbə, 24.09.2011


Parandzem Ovannisyan, MediaLap.am saytının müxbiri
mətn ölçüsü  

9 ay öncə Gevorkyanlar ailəsinin başçısı öz arvadı və iki qızı ilə Mehridən Yerevana gəlməyi qərara alır, amma yol gözlənildiyindən qısa olur. Avtomobil Mehridən bir neçə kilometr aralandıqdan sonra qəza baş verir. Qəza nəticəsində bir qız ölür, digəri isə çoxsaylı sınıqlarla xəstəxanaya çatdırılır.

"Mənim iki qızım var idi. Üçüncü uşağı gözləyirdim. Ərim dedi ki, yoxlatdırmaq lazımdır və əgər üçüncüsü də qız olarsa, uşağı saldırarıq. Amma ucqar Mehri kəndində birinci-ikinci aylarda uşağın cinsini müəyyən edə bilmirlər, ona görə biz cavab üçün Yerevana getməyi qərara aldıq" - deyə 24 yaşlı ana Arevik Gevorkyan xatırlayır.

Qəzadan 8 ay sonra Gevorkyanlar ailəsində daha bir qız doğuldu, halbuki bütün bu vaxt ərzində valideynlər oğul gözləyirdilər. Arsen Gevorkyan deyir ki, qızının vəfatından sonra anladı ki, hər şey Allahın məsləhəti ilədir və onun istəyinə qarşı heç nə etmək olmaz.

"Yalnız övladın vəfatından sonra anlayırsan ki, ölüm hamı üçün eynidir, oğul, ya qız, fərqi yoxdur, övlad ölümü eyni qədər ağırdır və bir övladın ölümü ömür boyu həyat yoldaşının gözlərinə utanc hissi ilə baxmağa məcbur edə bilər", - deyə ailə başçısı Arsen Gevorkyan bildirir. - "Övlad doğularkən anlayırsan ki, cinsindən asılı olmayaraq, o, sənin qanın, canındır. Heyif ki, mən bunu öz övladımın həyatı bahasına anladım".

Statistika İdarəsinin göstəricilərinə əsasən, 2009-cu ildə Ermənistanda 13797 süni şəkildə hamiləliyin dayandırılması halları qeydə alınıb. 2010-cu il üçün nəticələr hələ məlum olmasa da, mütəxəssislər rəqəmlərin ən azı 10%-ə kimi artmasını qeyd edirlər. Süni yolla hamiləliyin dayandırılması halları ən çox iki, hərdən üç uşağı olan 25-29 yaşlı qadınlar arasında rast gəlinir.

ER "İnsanın reproduktiv sağlamlığı və reproduktiv hüquqları haqqında" qanunun 10-cu maddəsində deyilir: "Hər bir qadının hamiləliyi süni yolla dayandırmaq hüququ var", amma 12-ci həftədən gec olmayaraq.

Ana və uşaq sağlamlığı müdafiəsi üzrə Elmi-tədqiqat mərkəzinin sədr müavini Karine Arustamyan qeyd edir ki, aborta əl atan qadınların əksəriyyəti iki qızı olan və daha birini arzulamayanlardır.

Hamiləliyin süni yolla dayandırılması cərrahiyyə yolu ilə aparılır. Bununla bərabər, hamiləliyin dərmanlarla dayandırılması yolu da icazəlidir.

Arustamyan qeyd edir ki, xüsusilə hamiləliyin dərmanlarla dayandırılması yolunda qanunda boşluqlar var, belə ki, bu üsul icazəli olsa da, nizamlanmır.

"Qadın müstəqil şəkildə dərman və ya digər üsullarla hamiləliyini dayandırmamalıdır. Bir çox hallarda ərlər öz arvadlarını xəstəxanaya müraciət etməyə qoymur, özləri dərman alaraq uşağı saldırırlar, amma sonra bir çox problemlərlə üzləşirlər və nəticədə həkim bir neçə xəstəliyi müalicə etməli olur", - deyə Arustamyan açıqlayır.

Hamiləliyin dayandırılmasından öncə həkimlər cütlüklərlə söhbət edir, hər cür nəticələri izah edərək onları bu addımdan çəkindirməyə çalışır, çünki hamiləliyin süni yolla dayandırılması bir çox problemlərə, menstrual tsiklin pozulması, Fallopik boruların keçilməzliyi, sonsuzluq kimi xəstəliklərlə nəticələnə bilər.

Nelli Qriqoryan üçüncü qız övladını gözləyir, beş ay öncə həkimlər onu və həyat yoldaşını üçüncü hamiləliyi dayandırmamağa inandırdılar.

"Qadın heç vaxt uşağın dünyaya gəlməsinə qarşı deyil, bu məsələdə bizim həyat yoldaşlarımızın köməyinə ehtiyacımız var. Üçüncü övladın dünyaya gəlməsi qərarı ərdən asılıdır və əgər o istəyərsə, düşünmürəm ki, qadın uşaqdan imtina edər".

Demoqraf Ruben Yeqanyanın fikrincə, abort problemi az əhəmiyyətli olmasa da, onun qanunvericiliklə ləğv edilməsinə nisbətən bu yolu alternativ kimi seçmək daha üstündür.

"Abort saylarının əhali sayına təsir göstərəcəyini düşünmək düzgün deyil. Əgər hamiləliyin süni yolla dayandırılması olmasa, gələcəkdə ölkə ictimailəşmə, həmin nəslin sosial təminatı problemləri ilə üzləşəcək və təcrübə göstərir ki, nə qədər çox uşaq doğulursa, bir o qədər çox ölüm hadisəsi baş verir", - deyə Yeqanyan öz nəzər nöqtəsini açıqlayır.

Erməni kilsəsi rəsmi surətdə Ermənistanda hamiləliyin süni yolla dayandırılmasına qarşı çıxış edir.

"Embrion özündə genetik məlumatları daşıyır, qəlb və bədən eyni zamanda formalaşırlar. Çox vaxt insanlar deyir ki, ölən döldür, insan yox. Amma bununla onlar insanı öldürürlər, çünki hələ doğulmamış birinin həyat tarixini məhv edirlər", - deyə "Mömin nəsil" Fondunun xristian proqramları üzrə səlahiyyətli dyakonu Ovannes Manukyan bildirir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
AŞPA abortlardan narahatdır
Doğuşdan əvvəl uşaqların cinsinin seçilməsi xoşagəlməz tendensiya şəklini alıb

Fahişəlik - qadağa, ya leqallaşma?..


Qadınlar hələ də siyasi aləmdə iştirak üçün mübarizədə uduzurlar


Evdə qul, çöldə fəhlə...
Ermənistanın bölgələrində qadınlar gündəlik olaraq diskriminasiya ilə üzləşirlər

Döşlə əmizdirmənin 50 faiz olması təkcə səhiyyənin problemi deyil
Baş pediatr bunu həm də sosial problem hesab edir

Bakirəlik - erməni qızları üzərində ictimi basqı


Harassment - köhnə dünyanın yeni bəlası


Məhkumluq həyatı yaşamış qadınların acınacaqlı taleyi


Döşdən əmizdirmə ilə bağlı miflər


Qanunda istisnalara həmişə yer var
Bizim gerçəklikdə övlad toyu görmək çox mühümdür

Körpənin ancaq 6 ayından sonra daha qidalı məhsullara ehtiyacı yaranır
ÜST tədqiqatları göstərir ki, hətta ən isti Afrikada belə südəmər körpənin suya ehtiyacı yaranmır

SN hüquqşünası: "Azyaşlı uşağı olan qadınlar həftədə 36 saatdan çox çalışmamalıdır!"
Körpəsini ana südü ilə qidalandıran analara isə iş vaxtı ərzində hər üç saatdan bir 30 dəqiqəlik fasilə verilməlidir

Sürücünün qadını, kişisi olmaz


Uşaqlara vaxt ayıraq
Vaxtın uzunluğu deyil, keyfiyyəti önəmlidir

21-ci əsrin təhsilsiz qızları




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər