Hal-hazırda Ayna qəzetinin 24.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Döşdən əmizdirmə ilə bağlı miflər
Şənbə, 24.09.2011

mətn ölçüsü  

Yəqin ki, bəzi qadınların südünün az olması, döşdən əmizdirmənin ağrılı və hətta qadın üçün zərərli olması, yay aylarında uşağa əlavə maye verilməsi barədə fikirlər eşitmisiniz. Pediatr Cek Nyumen döşdən əmizdirmə ilə bağlı ən geniş yayılmış miflərə aydınlıq gətirir.

Mif 1...

Döş formasını itirir

Sizin uşağı əmizdirib-əmizdirmədiyinizdən asılı olmayaraq, döş formasını dəyişir. Lakin bu, o demək deyil ki, o, mütləq formasını dəyişəcək və daha gözəl olmayacaq. Döşün gözəl formasını saxlamaq üçün hələ hamiləlik dövründə xüsusi kompleks məşğələlər etmək, xüsusi alt paltar geyinmək, gələcək analar və döşlə əmizdirən analar üçün hazırlanmış xüsusi kosmetik vasitələrdən istifadə edilməlidir.

Mif 2...

Qeysər kəsiyindən sonra döşlə əmizdirmək olmaz

Bəzən bu əməliyyat laktasiyanın ləngiməsi ilə müşayiət edilir. Cərrahi müdaxilədən sonra qadın adi doğuşla müqayisədə çox zəifləyir. Və bir müddət narkozun təsiri altında olur. Bu səbəbdən körpə doğulan kimi döşə qoyulmur. Ona görə də süd bir qədər gec yarana bilər. Lakin son vaxtlar bu əməliyyatı yer narkozla - epidural anesteziya ilə edirlər. Bu halda qadının şüuru özündə olur və doğuşdan sonra uşaq döşə qoyula bilər. Bir də əgər vaxtilə doğuşdan sonra analar antibiotik qəbul edirdilər ki, bu da döşdən əmizdirməyi ləngidirdi. İndi vəziyyət fərqlidir. Belə ki, yeni, laktasiyaya və uşağa zərərsiz dərmanlar çıxıb.

Mif 3...

Döşdən əmizdirmə sağlamlığa zərərdir

Deyirlər ki, uşaq ananın bütün suyunu sorur. Bu fikirdə müəyyən mənada həqiqət var. Lakin körpəsinə süd verən analar vitamin qəbul edib və yaxşı qidalanarsa, çətin ki, xarici görünüşdə mənfiyə doğru dəyişiklik olsun.

Mif 4...

İsti havalarda uşağa əlavə maye verilməlidir

Ana südündə uşağın tələbatını ödəyəcək maye var. Yəni əlavə mayenin verilməsinə ehtiyac yoxdur.

Mif 5...

Südəmər uşaqların D vitamininə ehtiyacı var

Fövqəladə hallar istisna olmaqla, buna lüzum yoxdur. Ancaq anada və südəmər körpədə D vitamini çatışmazlığı müşahidə edildikdə onu qəbul etmək olar.

Mif 6...

Körpəni əmizdirməzdən öncə hər dəfə döşün giləsini yumaq lazımdır

Əksinə, süni qidalandırma təmizliyə ciddi riayət edilməsini tələb edir. Çünki süni qida uşağı infeksiyalardan müdafiə etmir. Təmizliyə riayət etmədikdə bakteriyaların çoxalması üçün bir mənbə rolunu oynayır. Ana südü isə uşağı infeksiyalardan qoruyur. Hər əmizdirmə zamanı gilələri yumaq onun müdafiə yağını yuyub aparır.

Mif 7...

Ana dərman qəbul edirsə, uşağı əmizdirməməlidir

Çox az sayda dərmanlar var ki, körpəsini əmizdirən analar onu ehtiyatla qəbul etməlidir. Dərmanların az hissəsi ana südündə özünü büruzə verir. Lakin adətən bu, əhəmiyyətsiz olur və buna diqqət yetirməyə lüzum yoxdur. Əgər hansısa dərman uşaq üçün, həqiqətən də, təhlükə yaradırsa, onu başqası ilə dəyişmək daha yaxşı olardı.

Mif 8...

Ana südündə kifayət qədər dəmir yoxdur

Südəmər uşaq üçün ana südündə dəmir kifayət qədərdir. Əgər körpə vaxtında doğulubsa, onda ana südündəki dəmir ona kifayət edəcək. Ən əsası ilk altı ayına qədər. Süni qidada dəmirin miqdarı daha yüksəkdir. Lakin bu, sadəcə, təminat məsələsidir. Məsələ ondadır ki, süni qidanın tərkibindəki dəmir körpə tərəfindən yaxşı mənimsənilmir və təbii yolla bədəndən xaric olunur. Ümumiyyətlə, ilk altı ayda ana südünü dəmirlə zənginləşdirməyə lüzum yoxdur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakı-Tbilisi-Kars dəmir yolu üçün yenə pul ayrıldı

Ana südü: ənənə bərpa olunmasa...

Döşlə əmizdirmənin 50 faiz olması təkcə səhiyyənin problemi deyil

Əhmədinejad qızları 16 yaşında ərə getməyə çağırıb

Yeganə körpəsini fevralda dünyaya gətirəcək

Bölmənin digər xəbərləri
 
AŞPA abortlardan narahatdır
Doğuşdan əvvəl uşaqların cinsinin seçilməsi xoşagəlməz tendensiya şəklini alıb

Fahişəlik - qadağa, ya leqallaşma?..


Qadınlar hələ də siyasi aləmdə iştirak üçün mübarizədə uduzurlar


Evdə qul, çöldə fəhlə...
Ermənistanın bölgələrində qadınlar gündəlik olaraq diskriminasiya ilə üzləşirlər

Döşlə əmizdirmənin 50 faiz olması təkcə səhiyyənin problemi deyil
Baş pediatr bunu həm də sosial problem hesab edir

Bakirəlik - erməni qızları üzərində ictimi basqı


Harassment - köhnə dünyanın yeni bəlası


Məhkumluq həyatı yaşamış qadınların acınacaqlı taleyi


Ermənistanda abortların statistikası artır
Ana bətnində öldürülənlər isə əsasən qızlardır

Qanunda istisnalara həmişə yer var
Bizim gerçəklikdə övlad toyu görmək çox mühümdür

Körpənin ancaq 6 ayından sonra daha qidalı məhsullara ehtiyacı yaranır
ÜST tədqiqatları göstərir ki, hətta ən isti Afrikada belə südəmər körpənin suya ehtiyacı yaranmır

SN hüquqşünası: "Azyaşlı uşağı olan qadınlar həftədə 36 saatdan çox çalışmamalıdır!"
Körpəsini ana südü ilə qidalandıran analara isə iş vaxtı ərzində hər üç saatdan bir 30 dəqiqəlik fasilə verilməlidir

Sürücünün qadını, kişisi olmaz


Uşaqlara vaxt ayıraq
Vaxtın uzunluğu deyil, keyfiyyəti önəmlidir

21-ci əsrin təhsilsiz qızları




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər