Hal-hazırda Ayna qəzetinin 24.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Məhkumluq həyatı yaşamış qadınların acınacaqlı taleyi
Məhkumluq həyatı yaşamış qadınların acınacaqlı taleyi
Şənbə, 24.09.2011


Raqif Raufoğlu, Azərbaycan \"Azad Azərbaycan\" TV-nin mü
mətn ölçüsü  

Təranə keçmiş məhbusdur. O, xəzinə pullarını mənimsədiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.

"Mən cavan və təcrübəsiz idim. Müdir məni inandırdı ki, əgər günahı boynuma götürsəm, məni türmədən çıxaracaqlar. Amma məni aldatdılar...", - deyə o xatırlayır.

Təranə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tələbə olarkən işləyərək ailəsinə maddi yardım etmək qərarına gəlir. Bir neçə ildən sonra isə işlədiyi şirkətdə başına gələn bədbəxt hadisə onu dəmir barmaqlıq arxasında həyata məhkum edir.

Hazırda Azərbaycanın 4-cü, yeganə qadın koloniyasında 340 məhbus var. Onlar müxtəlif səbəblərdən müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Amma üstünlüyü narkotik alveri, adam öldürmə və saxtakarlıq kimi cinayətlər təşkil edir.

"Bu təsadüfi deyil. Məsələn, narkotik alverinə görə tutulan qadınların əksəriyyəti narkomaniyanın geniş yayıldığı cənub rayonlarındandır. Bildiyimiz kimi, bu rayonlar İranla sərhəd zonasında yerləşir və Azərbaycana narkotik maddələr məhz bu ölkədən gətirilir. Bundan əlavə, bu rayonlarda erkən nikah halları da geniş yayılib. Məhz azyaşlı, təhsilsiz və peşəsiz gəlinlər ailə dağıldıqdan sonra onları kuryer kimi istifadə edən narko-dilerlərin qurbanlarına çevrilir", - deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin rəhbəri Cəmilə Bağırova bildirir.

Onun dediklərinə görə, qadınların qatil olması da ailədaxili zorakılıq problemindən qaynaqlanır.

"Bu cinayətlərin də mənbəyində qeyri-rəsmi nikahlar və ailədə zorakılıq halları dayanır. Belə ki, qadın tərəfindən törədilmiş cinayətlərin 10-dan 9-nun arxasında kişi faktoru var: ya qadına xəyanət edilib, ya da qadın kişi tərəfindən zorakılığa məruz qalıb. Məsələn, məhbus qadınlardan biri danışır ki, əri onu qumarda uduzub. Qadın bu rüsvayçılığa dözə bilməyərək, qəzəb içində ərini öldürüb", - deyə o əlavə etdi.

Həbsxanadan çıxarkən qadınlar bir çox problemlərlə qarşılaşırlar. Məsələn, onlar yenidən öz yaşayış yerlərində qeydiyyata düşə bilmirlər. Bu səbəbdən keçmiş məhbus qadınlar şəxsiyyət vəsiqəsi ala bilmir və beləliklə, işə düzələ bilmirlər.

"Qanunvericilikdə keçmiş məhbusların yenidən qeydiyyatdan keçməsinə dair heç bir maneə yoxdur. Amma məsələnin psixoloji və mental tərəfləri var. Keçmiş məhbusların bir çoxlarının qohumları yenidən onlarla eyni mənzildə yaşamaq istəmir və yenidən qeydiyyatdan keçməsinə öz razılıqlarını vermirlər. Beləliklə, bu qadınlar faktiki olaraq küçədə qalırlar. Onların çoxu yenidən cinayət törədir və həbsxanaya qayıdır", - Cəmilə Bağırova deyir.

Statistika da keçmiş məhbus qadınların normal həyata uyğunlaşmasında ciddi problemlərin olduğunu göstərir. Məhz bu səbəbdən hər il məhbus qadınların sayı çoxalır. Məsələn, 2007-ci ildə onların sayı 264, 2009-cu ildə 295, bu il isə 340 nəfərdir.

"Mən bu kənddə yeganə keçmiş məhbus qadınam. Ona görə də işlədiyim kəndin adını yazmağınızı istəmirəm. Bəxtim gətirdi ki, ətrafımdakı insanlar mənə dəstək oldular. Amma mənim kimilərin istisna hal olduğunu bilmək pis təsir edir. Bir çox qadınlar ömrü boyu həbsxanalarda qalırlar. Yaxınları onları qəbul etmədiklərinə görə onlar reabilitasiya şansını itirir və yenidən cinayət törədərək təkrar-təkrar həbsxanaya düşürlər", - deyə Təranə bildirir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
AŞPA abortlardan narahatdır
Doğuşdan əvvəl uşaqların cinsinin seçilməsi xoşagəlməz tendensiya şəklini alıb

Fahişəlik - qadağa, ya leqallaşma?..


Qadınlar hələ də siyasi aləmdə iştirak üçün mübarizədə uduzurlar


Evdə qul, çöldə fəhlə...
Ermənistanın bölgələrində qadınlar gündəlik olaraq diskriminasiya ilə üzləşirlər

Döşlə əmizdirmənin 50 faiz olması təkcə səhiyyənin problemi deyil
Baş pediatr bunu həm də sosial problem hesab edir

Bakirəlik - erməni qızları üzərində ictimi basqı


Harassment - köhnə dünyanın yeni bəlası


Döşdən əmizdirmə ilə bağlı miflər


Ermənistanda abortların statistikası artır
Ana bətnində öldürülənlər isə əsasən qızlardır

Qanunda istisnalara həmişə yer var
Bizim gerçəklikdə övlad toyu görmək çox mühümdür

Körpənin ancaq 6 ayından sonra daha qidalı məhsullara ehtiyacı yaranır
ÜST tədqiqatları göstərir ki, hətta ən isti Afrikada belə südəmər körpənin suya ehtiyacı yaranmır

SN hüquqşünası: "Azyaşlı uşağı olan qadınlar həftədə 36 saatdan çox çalışmamalıdır!"
Körpəsini ana südü ilə qidalandıran analara isə iş vaxtı ərzində hər üç saatdan bir 30 dəqiqəlik fasilə verilməlidir

Sürücünün qadını, kişisi olmaz


Uşaqlara vaxt ayıraq
Vaxtın uzunluğu deyil, keyfiyyəti önəmlidir

21-ci əsrin təhsilsiz qızları




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər