Hal-hazırda Ayna qəzetinin 24.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Evdə qul, çöldə fəhlə...
Evdə qul, çöldə fəhlə...
Ermənistanın bölgələrində qadınlar gündəlik olaraq diskriminasiya ilə üzləşirlər
Şənbə, 24.09.2011


Artur Osipyan, Ermənistan, \"Erkir Media\" telekompaniyası
mətn ölçüsü  

Ermənistan bölgələrində, xüsusən də ucqar kəndlərdə qadın haqları hər gün pozulur və çox vaxt bu onların ailə üzvləri tərəfindən edilir. Amma qadınların bir çoxu bütün bunlara qarşı mübarizə aparmağa cəhd göstərmir.

Kotayk bölgəsinin sakini 20 yaşlı Anjela Minasyan danışır ki, uşaqlığı ilə bağlı əsasən anasının döyülməkdən göyərmiş üzünü, atasının indicə evə girib yenə də dava-dalaş salacağı üçün keçirdiyi qorxu hissini xatırlayır. Anjelanın dediklərinə görə, atası Arman Minasyan hər gün avaralanır, gecələr isə evə sərxoş gəlirdi.

20 il ərzində anası Lianna Minasyan bu şəraitdə qızını böyütmüş, evini dolandırmaq üçün fəhlə kimi çalışmışdı. Anjela xatırlayır ki, atasından heç bir kömək gözləməyən anası həm də "ev yiyəsinə" içki və əyləncə üçün gündəlik pul da verməli olurdu.

Qadın problemləri üzrə ekspertlər bildirirlər ki, belə münasibətlər, xüsusən də ictimai rəyi özündən daha çox düşünən müdafiəsiz və məzlum qadınlara qarşı nadir hal deyil. "Ayq" psixoloji mərkəzinin psixoloqu Lilit Paytyan qeyd edir ki, bu cür həyat tərzi sürən qadınlar sağlam nəsil yetişdirə bilməzlər:

"Əgər vəziyyət çox ağırdırsa, deməli, boşanmaq, bununla da həm özünü, həm də övladını azad etmək lazımdır. Bundan başqa, qız öz atasının laqeyd, nalayiq davranışlarını gördükcə kişilərə nifrət etməyə başlayacaq və gələcəkdə ona öz həyat yoldaşını seçmək çətin olacaq, belə ki, hər bir kişidə atanın mənfi obrazı əks olunacaq".

Ali təhsilli qadınlar Assosiasiyasının sədr müavini, tarixçi Lilit Zakaryan deyir ki, əsrlər boyu erməni qadını üçün təyin edilmiş rol bir çoxlarını susmağa və barışmağa məcbur edir.

"Məhz tərbiyə bir çoxlarının özlərini qadının həmişə məzlum və heç bir halda üsyan etməyən olduğunu bildirən şablona uyğun aparmalarına məcbur edir. Bu psixologiya bölgələrdə çox yayılmışdır və cinsi bərabərsizliyin ən aydın nümunəsidir", - deyə Zakaryan izah edir.

Martuni rayonunun Vardenik kənd sakini, 80 yaşlı Roza Nacaryan məhz belə tərbiyə alıb.

"Ailəli qadın ərinə tabe olmalıdır, ailədə bizə həmişə bunu öyrədiblər. Ərə getdinsə, lazım gəlsə, ömrünün axırına kimi dözəcəksən, amma heç vaxt boşanmayacaqsan. Bu, qızın həyatını məhv edər. Əgər ər arvadını döyürsə, deməli, qadın səhv iş görüb".

"Qafqaz" ictimai elmi-tədqiqat mərkəzinin 2011-ci ildə apardığı sorğunun nəticəsi müəyyən edib ki, Ermənistanda qadınların 46.4%-i diskriminasiyaya məruz qalırlar. Bu qadınlar arasında bölgələrdən olan qadınlar üstünlük təşkil edir.

Avşar kəndinin sakini Marine Karapetyan 9 illik ailə həyatı müddətində Moskvada işləyən ərini cəmi bir neçə ay görüb.

"Mənim həyatım ev həbsində olan qadının həyatına bənzəyir: öz fikrimi bildirməməyə çalışıram, evdən yalnız vacib hallarda çıxıram, çünki əks təqdirdə qayınatam ərimə zəng edib bütün günü gəzdiyimdən şikayətlənir. Qayınatamın mənə heç bir iradı olmasın deyə geyimimə fikir verirəm və hətta uşaqlarla bağlı məsələləri də onlar həll edir".

Yeri gəlmişkən, "Qafqaz" mərkəzinin tədqiqatlarına əsasən, kişilər cinsi bərabərsizlik problemlərinə qeyri-ciddi yanaşırlar. Ararat şəhər sakini, 56 yaşlı Robert Ovsepyan qadınları narazı məxluqlar sayır.

"Qadınlar hər şeyin onlar istədikləri kimi olmasına öyrəşiblər və başqa cür olanda özlərini qurban kimi göstərmək üçün min cür yol tapırlar. İstənilən problemi cinsi bərabərsizlik adlandırırlar. Kim deyib ki, ər və arvad ailədə bərabər olmalıdır? O zaman ailə nə vəziyyətdə olar?"

Lilit Zakaryanın qiymətləndirməsinə əsasən, gələcəkdə müsbət nəticələr əldə etmək üçün qadınlar gender təhsili almalıdırlar, cəmiyyətdə isə köhnə gender stereotiplərini fəal şəkildə dəyişmək lazımdır.

"Bölgələrdə gender stereotiplərinin hələ də qalması KİV-in konseptual mövqeyinin və kifayət qədər gender bilikləri resurslarının olmaması ilə şərtlənir. Mən əminəm ki, hətta bu məhrumiyyətlərlə yanaşı vəziyyəti xeyli yaxşılaşdırmaq olar, sadəcə, buna illərlə əmək sərf etmək tələb olunur".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
AŞPA abortlardan narahatdır
Doğuşdan əvvəl uşaqların cinsinin seçilməsi xoşagəlməz tendensiya şəklini alıb

Fahişəlik - qadağa, ya leqallaşma?..


Qadınlar hələ də siyasi aləmdə iştirak üçün mübarizədə uduzurlar


Döşlə əmizdirmənin 50 faiz olması təkcə səhiyyənin problemi deyil
Baş pediatr bunu həm də sosial problem hesab edir

Bakirəlik - erməni qızları üzərində ictimi basqı


Harassment - köhnə dünyanın yeni bəlası


Məhkumluq həyatı yaşamış qadınların acınacaqlı taleyi


Döşdən əmizdirmə ilə bağlı miflər


Ermənistanda abortların statistikası artır
Ana bətnində öldürülənlər isə əsasən qızlardır

Qanunda istisnalara həmişə yer var
Bizim gerçəklikdə övlad toyu görmək çox mühümdür

Körpənin ancaq 6 ayından sonra daha qidalı məhsullara ehtiyacı yaranır
ÜST tədqiqatları göstərir ki, hətta ən isti Afrikada belə südəmər körpənin suya ehtiyacı yaranmır

SN hüquqşünası: "Azyaşlı uşağı olan qadınlar həftədə 36 saatdan çox çalışmamalıdır!"
Körpəsini ana südü ilə qidalandıran analara isə iş vaxtı ərzində hər üç saatdan bir 30 dəqiqəlik fasilə verilməlidir

Sürücünün qadını, kişisi olmaz


Uşaqlara vaxt ayıraq
Vaxtın uzunluğu deyil, keyfiyyəti önəmlidir

21-ci əsrin təhsilsiz qızları




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər