Hal-hazırda Ayna qəzetinin 17.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
İran Azərbaycanda etnik separatizmə dəstək verir
İran Azərbaycanda etnik separatizmə dəstək verir
Bu işdə pullarını əsirgəmədiyi üzə çıxıb
Şənbə, 17.09.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Güney Azərbaycanda sosial, iqtisadi və ekoloji problemlərə görə etiraz dalğası Tehran rejiminin çökməsinə təkan verib. İndiki halda Güney Azərbaycanda və İranın digər bölgələrində mollakratiya rejiminin çökməkdə olduğunun ilkin işartıları görünməkdədir. Bu qeyri-populyar rejim ölkə daxilində əvvəlki sərt diktaturanı artıq yürüdə bilmir. Bu gün ölkə əhalisinin böyük əksəriyyəti mövcud rejimin getməsini istəyir. Öz hakimiyyətinin ömrünü bir az daha uzatmaq istəyən İran çevrələri xalqın diqqətini daxildən xaricə yönəltmək kursu götürüb. Onun öz məkrini Azərbaycan, Türkmənistan və Türkiyə üzərindən həyata keçirmək üçün fəallaşdığı gözdən qaçmır.

Bu "islami" rejimin təməli 1925-ci ildə qoyulmuş fars şovinizmi siyasətini, pəhləvilərin qatı paniranizmini 1978-ci ildən bəri daha da dərinləşdirməyə çalışdığı bizim gözlərimiz önündə cərəyan etmişdir. Azərbaycan türkləri və şimal-şərqdə türkmən xalqı o vaxtdan bəri bu mənfur siyasətə qarşı milli dirəniş mücadiləsini yaşamışdır və yaşamaqdadır. İran hakimiyyəti gözlənilən təhlükələrdən yayınmaq üçün etnik spektri zəngin olan Quzey Azərbaycanda iyirmi ildir fitnə-fəsad toxumları cücərtməyə əbəs cəhdlər edir.

Mehr Araşdırma Mərkəzinin fitnəsi

Tehranda dövlət tərəfindən maliyyələşdirilən "Mehr İnformasiya Agentliyi" və eyni adlı araşdırma mərkəzi bu dəfə bütün diqqətini Türkmənistan, Azərbaycan və Türkiyə üzərindən İrana yönəlik proseslərə yönəltməyə başlayıb. Onların rahatsızlığını anlamaq olar. Türkmənistan öz soydaşlarının aqibətini nəzərə alaraq tarixi Xorasan və ya İranda rəsmi şəkildə qeyd olunduğu kimi, Türkmənsəhra regionunda yaşayan 3 milyonluq əhalinin milli və mədəni hüquqlarının qorunması yönündə çox ciddi elmi tədqiqatlar aparmışdır. İran rejiminin dağılacağı və ya bu ölkənin bir neçə milli regiona bölünəcəyi təqdirdə Türkmənistan Xorasan vilayətinin aqibətiniin həllində maraqlı tərəf kimi çıxış etməyə hazırlaşır. Azərbaycanda isə Güney Azərbaycanla birləşmək strateji hədəfdə olsa da, həm Güneydə, həm də Quzeydə əksəriyyət Güneyin öz taleyinə sahib çıxması ideyasına daha çox önəm verir. Türkiyənin isə Orta Doğu və Qafqazda güclənməkdə olan mövqelərində gözlənilməz addımların atılması İranın bir neçə dövlətə bölünməsi ilə nəticələnə bilər.

Hələ 20-ci yüzilin ilkin çağlarında Əli Ehsan Sabis Paşanın fəaliyyətini paniranistlər hələ də unutmayıblar. Tehran rejimi keçmişi diqqətdə saxlayaraq bu prosesin qarşısını "Mehr Araşdırma Mərkəzi" vasitəsilə almaq üçün bir sıra tədqiqatları maliyyələşdirmək xətti götürmüşdür. Özəl layihələrin hazırlandığından xəbərimiz var.

REKLAM

İran rejimi bu yöndə maliyyə dəstəyi üzrə özəl qərarlar qəbul edib. Azərbaycanın coğrafi və etnik mənzərəsini diqqətdə saxlayaraq "Ləzgistan", "Talışstan", "Avarıstan" və "Artsax" (Dağlıq Qarabağ) hərəkatının konsolidasiyası yönündə fəaliyyət göstərən bütün ictimai qurumlara gizli maliyyə dəstəyi göstərilməkdədir.

Dağıstan üzərindən Azərbaycana qarşı məkrli planlarda təkcə Rusiya deyil, eləcə də Ermənistan və İranın fəal iştirakı artıq danılmaz fakta çevrilibdir. Belə ki, Mahaçqaladakı "Azad Ləzgistan Hərəkatı"nın tribunası olan Inka72.ru internet resursunun fəaliyyəti bu faktı sübut edir. Bu şəbəkəyə daxil olan antiruran.org, mehrnws.com, realcaucasus.org, isti.ir, miacum.ru, times.am, lekia.ru, kabir.ucoz.ru, vardanak.org, lezgi- allezgistan.com mərkəzləri prosesin əsas yönəldiciləri hesab olunurlar. İran isə tədbirli şəkildə prosesə istiqamət verməkdədir. Kiçik mobil qruplar şəklində hərəkət etməklə prosesin daha da dərinləşməsi üçün çalışır.

Tehran rejimi "Mehr Araşdırma Mərkəzi" tərəfindən hazırlanan "Azərbaycan dövləti keçmiş Yuqoslaviyanın aqibətini yaşamalıdır doktrinası"nı tətbiq etməyi strateji hədəfə çeviribdir. Amma yanılırlar ki, onların hərəkətə gətirməyə çalışdıqları etnik əhali qrupları daha çox iri şəhərlərdə cəmləşiblər və bir-iki kiçik rayon ərazisində etnik dövlət qurmağın 21-ci yüzildə mənasız bir hədəf olduğunu hər kəs bilir. İranda isə durum bu rakursdan baxdıqda tamam başqadır. Yuqoslaviyanın taleyini İranın yaşayacağı daha real görünür. Bu konqlomerat ölkənin Bəlucistan, Xuzistan, Xorasan, Güney Azərbaycan, Kürdüstan, Loristan, Farsistan, Sistan, Giləkistan kimi dövlətlərə parçalanması indiki şəraitdə daha real görünür. Çünki bu xalqların sayı milyonlarla ölçülür. Onlar digər millətlərə qarşı nifrət üzərində köklənməyiblər. Onlar sadəcə milli istibdad zülmündən yaxa qurtarmağa çalışırlar və dünya onlarla həmrəydir.

"Azad Ləzgistan" və İran

Xaricdən qidalanan bu virtual separatçı "hərəkat" Azərbaycan və Gürcüstanın bir neçə cırtdan dövlətə bölünməsi hədəfini sərgiləməkdədir. Bunun üçün, nə qədər yersiz olsa da, keçmiş Yuqoslaviyanın Makedoniya, Serbiya, Bosniya və Hersoqovina, Xorvatiya, Kosovo, Qaradağ (Çernoqoriya) və Sloveniyaya bölünməsi faktoruna istinad olunur. Gürcüstanın "Erməni Cevaxk", "Abxaziya", "Güney Osetiya" və "Minqreliya", Azərbaycanın isə "Ləzgistan", "Talışstan", "Avarıstan" və "Artsax" (Dağlıq Qarabağ) dövlətlərinə bölünmə modeli qətiyyətlə müdafiə olunur.

Aparılan araşdırmalardan bəlli olur ki, Rusiyanın Həştərxan, Quzey Osetiyanın Vladiqafqaz, Kalmıkstanın Elista, Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində fəaliyyət göstərən "İran Mədəniyyət Mərkəzi" adlı şübhəli qurumlar Azərbaycana qarşı etnik separatizm siyasətini yürüdən qurumları, KİV-ləri, internet resurslarını maliyyələşdirməklə məşğuldur. Həmin təbliğatlarda yer alan əsas arqument isə budur: "Azərbaycanda milli azlıqlar zorla türkləşdirilir, Gürcüstanda isə - gürcüləşdirilir". Bu sırada İran "albanşünaslıq" düsturuna əsaslanan bu separatizmin hədəfləri barədə Dağıstanda xeyli sayda "elmi ədəbiyyat"ın nəşrinə maliyyə dəstəyi göstəribdir.

Azərbaycana qarşı etnik separatizmi alovlandırmaq və bu prosesi koordinasiya etmək üçün İran Moskvada yaradılan "Anti Turan Hərəkatı"nı da maliyyələşdirməyə başlayıb. Bu qurumda təmsil olunan "lider"lərin müntəzəm şəkildə Moskva-İrəvan-Tehran hava reysləri ilə xüsusi təlimatlar almaq üçün işgüzar səfərlərdə olmaları barədə də xəbərimiz var. "Anti Turan Hərəkatı" görək nə deyir:

"Azərbaycan ya İrana birləşdirilməlidir, ya da Yuqoslaviya kimi müxtəlif dövlətlərə parçalanmalıdır. Çünki Azərbaycanın iqtidarı da, müxalifəti də pantürkizm siyasəti yürüdür. Biz Artsax Respublikasını müdafiə etməklə, digər etnosların da bu haqqa sahib olmasına çalışmalıyıq".

Erməni analitikləri də İran tərəfindən Azərbaycana qarşı etnik separatizm proyektinə cəlb ediliblər. Hrant Məlik-Şahnəzəryan, İqor Muradyan və Eduard Abramyan tipli isimlər bu yöndə daha çox canfəşanlıq göstərir. İrəvan Dövlət Universitetinin nəzdindəki "İranşünaslıq Mərkəzi", Ermənistan EA Şərqşünaslıq İnstitutunun İran şöbəsi, Qafqaz İnstitutu və digər erməni alimləri, strateji tədqiqat mərkəzləri bu prosesə cəlb ediliblər.

"Azad Ləzgistan Hərəkatı" öz ətrafında "Hacı Davud adına Ləzgi Milli Hərəkatı", "Sadval", "Rusiya Ləzgi Milli Muxtar Mərkəzi" və digər ictimai təşkilatları da birləşdirir. Bu qurumlar Rusiyada və Azərbaycanda yaşayan bütün soydaşlarını siyasi, iqtisadi, ictimai formada hərəkətə gətirməyə çalışmaqla, daha radikal addımlar atmaq üçün genişmiqyaslı təbliğata başlayıblar.

Moskvadakı "Rusiya Ləzgi Milli Muxtar Mərkəzi"nin sədri Arik Kərimov baş nazir Vladimir Putinlə son görüşündə Rusiyanın tərkibində olmaqla "Ləzgistan" dövlətinin qurulması barədə təkliflərini ona təqdim edib. Təklifdə bildirilir:

"Keçmiş SSRİ dövlətinin Qafqaz siyasətini rəsmiləşdirən İosif Stalin 1921-ci ildə ləzgi xalqını ikiyə bölmüşdür.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

İran prezidentinin müşaviri talışlardan kitab yazıb

Güney Qafqaz dünyanın diqqət mərkəzində

Separatçılara Vaşinqtondan 8 milyon dollar mükafat

Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər

Dünyada 2005-dən bəri münaqişələr çoxalır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər