Hal-hazırda Ayna qəzetinin 17.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Rəsmi Tehrandan iki fərqli məbləğ
Rəsmi Tehrandan iki fərqli məbləğ
Gölün hövzəsində uran yataqları var?
Şənbə, 17.09.2011

S.Sədrəddin mətn ölçüsü  

Urmiya gölünün ekoloji faciəsinə İran hakimiyyətinin laqeydliyinə etiraz aksiyalarının davam etdiyi bir vaxtda rəsmi Tehran vəziyyətdən çıxmaq üçün bəhanə axtarışına baş vurmaqdadır. 3 sentyabr etirazlarından sonra onun vaxtı uzatmaq taktikası seçdiyi açıq görünür. İran ətraf mühit və ekologiya qurumunun başçısı Məhəmməd cavad Məhəmmədzadə bu məsələ ilə bağlı deyir:

"Urmiya gölünə Araz və Selvan çaylarından su kəməri çəkilməsi nəzərdə tutulur. Bu layihə üçün hökumət tərəfindən 900 milyon dollar vəsait ayırılıb".

İran prezidentinin parlamentdəki nümayəndəsi Məhəmmədrza Mirtacəddini isə jurnalistlərə açıqlamasında hökumətin Urmiya gölü probleminin həlli üçün Nazirlər Kabinetində "ciddi müzakirələr apardığını və qərarların" qəbul olunduğunu bildirmişdir:

"Urmiya gölünün xilası üçün prezidentin birinci müavini Məhəmmədrza Rəhiminin başçılığı altında işçi qrupu yaradılıb. Qrup bu yöndə ciddi işlər görür. Arazdan gölə su axıdılması məqsədi ilə 25 milyard tümən (20 milyon dollara yaxın) vəsait ayrılıb".

Rəsmilərin bir-birindən fərqli iki məbləğ söyləməsi müəyyən neqativ gümanlara, ehtimallara yol açır.

Xatırlatma: Son prezident seçkisindən öncə prezident Əhmədinejadın başçılığı ilə keçirilən hökumət iclaslarından birində onun rəhbərliyi altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradıldı, lakin ötən iki ilə yaxın müddət ərzində bu istiqamətdə əməli bir iş görülməyib. Onda prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi isə bildirmişdi ki, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır. Lakin...

Vəziyyətin ağırlığını bildikləri halda İran parlamenti bu il avqustun 16-da "Urmiya gölünün dirçəldilməsi" layihəsini rədd etdi.

Bu günlərdə İranın çeşidli informasiya vasitələri gölün səviyyəsinin 80-100 sm qalxdığına dair xəbərlər yayıb. Sonra İran hakimiyyəti gölün qurumasının qarşısını almaq üçün Araz və Selvan çaylarından kanal çəkilməsi fikrinin üzərində dayandığını bildirdi. Mütəxəssislərin fikrincə isə, bu çaydan axıdılacaq su yalnız ehtiyacın 10 faizini təşkil edə bilər.

Sonra İranın təbliğat maşını üzünü bizə sarı çevirdi. Belə bir rəy formalaşdırmağa çalışdılar ki, guya Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Arazın suyunun Urmiya gölünə axıdılmasından narahatdır. Bu şahmat gedişi Güney Azərbaycan türklərinin İran rəhbərliyinə olan hiddətini Quzey Azərbaycana yönəltmək cəhdinə hesablanmışdı. Ortaya atılan iddiaya baxaq: "Azərbaycan rəsmisinin Arazın suyunun Urmiya gölünə axıdılması barədəki açıqlaması elə bir şəraitdədir ki, bundan qabaq Bakıdakı antiiran dairələri Azərbaycan dövlətinin himayəsi altında Urmiya gölünün quruması ilə bağlı İrana qarşı geniş təbliğat aparıblar...". Bir az gülməli və cəfəng iddia idi.

Bu gün Güneydə belə bir fikrin üzərində daha çox durulur ki, gölün quruması meliorasiya işləri ilə məşğul olan qurumların savadsız, elmsiz fəaliyyətinin nəticəsidir. Bu təbii su hövzəsinin qurudulmasının planlı olduğu ilə bağlı tezis də qüvvətlidir. Bəzi informasiyalara görə, gölün ərazisində uran yataqları var, Tehran isə atom-nüvə proqramını gerçəkləşdirmək üçün bu radioaktiv maddəyə böyük ehtiyac duyur...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakının yeni beynəlxalq hava limanı olacaq

7 hərbçinin ölümü ilə bağlı istintaq yekunlaşıb İş məhkəməyə göndərilib

Avqustun 1-dən orucluq ayı başlanır

"Savalan həftəsi"nin tələb və istəkləri

Separatizmi alovlandırmağa yeni cəhdlər

Bölmənin digər xəbərləri
 
Güney: olaylar səngimək bilmir
4000-ə yaxın soydaşımız tutulub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər