Hal-hazırda Ayna qəzetinin 17.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Güney: olaylar səngimək bilmir
Güney: olaylar səngimək bilmir
4000-ə yaxın soydaşımız tutulub
Şənbə, 17.09.2011

S.Soltan mətn ölçüsü  

Güney şəhərlərində məxfi polisin apardığı Həbslərə dair vaxtaşırı yeni-yeni bilgilər daxil olur. Güney Azərbaycan hüquq müdafiə qurumlarının yaydığı xəbərə əsasən, ETTELAAT Təbriz şöbəsi sentyabrın 3-də azərbaycanlı tələbə Həmid Manafi-Nadarlını küçədə həbs edib. Qurumun Urmiya şöbəsi elə həmin gün Firidun Ağazadəni (Atilla) aksiyalara qatıldığı üçün tutmuşdur. Bu məxfi strukturun Şəbüstər şöbəsi bu bölgənin Nadarlı kəndindən olan gənc azərbaycanlı, 22 yaşlı Cavad Fəthi, 18 yaşlı Məhəmmədrza Əqdəsi və 24 yaşlı Cəlal Əmirini saxlayıb.

Ərdəbil şöbəsi də boş dayanmır: sentyabrın 4-də Ərdəbil Azad Universitetinin tələbəsi Həmid Qüvvəti həbs edilmişdir. Onun yaşadığı mənzildə sanksiya göstərilmədən axtarış aparılıb. Tələbə-gəncə aid kitab, kompüter və s. şəxsi əşyalarını yığıb özləri ilə aparıblar. Onların saxlandığı yer və irəli sürülən ittihamlar bilinmir.

Təbrizdən Mehdi Məhəmmədpur, Adil Xəndan, Əli Hadi həbs olunublar... Təbrizdə 3 Sentyabr aksiyasında tanınmış hüquq müdafiəçisi Fəranə Fərid tutulub. O, etiraz aksiyasına gedərkən küçədə saxlanılıb. Daha sonra təhlükəsizlik polisi onun evində sanksiyasız axtarış aparıb. Ona aid əlyazmalar, əşyalar götürülüb.

Mərənd şəhərindən olan Məhərrəm Xələqi və həyat yoldaşı Səhər xanım sentyabrın 3-də həbs olunublar.

Tehran qarnizonlarından birində hərbi xidmətdə olan mühəndis, əsgər Meysəm Azadi həbs edilib. Hüquq müdafiəçilərinin məlumatına əsasən, o, Azərbaycan türkcəsində çıxan "Urmu" jurnalının keçmiş əməkdaşı olub. Meysəm Azadinin tutulma səbəbi bəlli olmasa da, ailəsinin dediyinə görə, olay Urmiya gölünün faciəsinə etiraz aksiyaları ilə bağlıdır. Hüquq müdafiəçilərinin yaydığı bildirişə əsasən, Urmiyadan olan 15 yaşlı azərbaycanlı yeniyetmə atılan plastik güllədən bir gözünü itirib.

Urmiyada tutulanların ailə üzvləri şəhər prokurorluğuna gedərək, yaxınlarının sərbəst buraxılması üçün girov qoyublar.

REKLAM

Şəhər məhkəməsi 5-ci şöbəsinin hakimi Hüseyniyə Azər isə ona göndərilən işlərin hamısı haqda "qətimkan tədbiri görülməsinə" dair qərar verib. Azərbaycan Siyasi Məhbusları Müdafiə Birliyinin bildirdiyinə görə, son aksiyalarda saxlananların sayı 4 min nəfərə çatır.

Təbriz olayları

Güney hadisələri Avropada əks-səda verir. "fasebook" ictimai şəbəkəsində yayılan bir xəbər diqqətimizi çəkdi. Teymur Eminbəylinin yaydığı bu xəbərə əsasən, İsveçin paytaxtı Stokholmda Baycan Azər adlı bir taksi sürcüsünün maşınının şüşələri "İranın o ölkədəki səfirliyinin əlaltıları tərəfindən sındırılıb". Buna səbəb isə Baycanın avtomobilinin arxasında iri hərflərlə isveçcə "Bütöv Azərbaycan - Təbriz-Bakı", "İranda 35 milyon azərbaycanlı var" yazısı olub. Polis şüşə sındıran xuliqanı arayır.

Təbrizin özündə isə... "Traxtorsazi" ("Traktorquraşdırma") komandasının həftənin sonunda Tehranda yerli "İstiqlal" klubunu 2:3 hesabı ilə məğlub etməsini təbrizlilər şəhərlərinin küçə və meydanlarında qeyd edib. Bu şənliklər polislə toqquşmaya səbəb olub. Polis Təbrizin Azadi (əsl adı Kəmərbənd) küçəsindən "Abrasani"yə gedən insanların qarşısını kəsib, yaşanan olayda adamlar "Urmu gölü can verir, məclis onun qətlinə fərman verir!" şüarlarını söyləməyə başlayıblar.

Çevik polis alayı adamların üzərinə gözyaşardıcı qaz çiləyib. Toqquşmalar böyüyərək şəhərin Güldəşt, Gülbəd küçələrinə yayılıb. Xüsusi təyinatlılar vətəndaşlara elektrik dəyənəyi ilə hücum edib. Toqquşmalar Təbrizdə Maralan "Dördyoluna" qədər uzanıb.

Təbrizin "40 metr" məhəlləsində polis maşınları əhalinin üzərinə sürüb. Minlərlə polis bu məhəllədə evlərə hücum edib, evlərin qapı və şüşələrini sındırıb. Təbrizin üzəri ilə hərbi təyyarələrin uçduğu haqda məlumatlar yayılıb. Onlar əhalinin nümayişlərdən əl çəkməsi xəbərdarlığını ediblər. Yerli müşahidəçilər diqqəti ona çəkirlər ki, 1979-cu il inqilabında Azərbaycan xalqı milli hərəkata başlayanda İran hakimiyəti təyyarələri göyə qaldırmış və əhalinin başına od yağdırmışdı.

"Ağa deyir, siz eşşəksiniz!"

Hökumətin Təbrizə göndərdiyi hərbi qüvvələrin başçıları yerli məmurlarla yola getmir. Şahidələrin sözlərinə görə, Tehrandan gələn bir zabit Təbrizdəki həmkarına deyib: "Gəlmişik eşşəkləri adam edək. Ağa (ayətulla Xamneyini nəzərdə tutur - S.S.) deyir ki, siz türklər eşşəksiniz".

Təbrizli zabit tapançasını çıxararaq, Tehrandan göndərilənin başına tuşlayaraq söyləyib: "Bu pozğunun meyitini nə qədərki Tehrana yollamamışam onu buradan rədd edin".

1979-cu il inqilabından sonra hakimiyyət Güney Azərbaycanın Təbriz, Urmiya kimi iri şəhərlərinə hərbi manevr adı altında görünməmiş sayda hərbçi yerləşdirib. Ona görə də etiraz aksiyası Güney Azərbaycanın başqa şəhərlərində keçirilib. Təbrizdə bu aksiyanın qarşısını hakimiyət qüvvələri böyük qüvvə sərf etməklə alıb. Bununla belə şəhərin bir sıra küçələrində polis və bəsiclərlə etirazçılar arasında toqquşma baş verdiyi haqda da xəbərlər yayılıb.

Yayılan xəbərlərə əsasən, Təbrizin əksər məntəqələrində İnternet və telefon xətti qapadılıb. Hökumət qaynaqları bunu hərbi təlimlərlə əlaqələndiriblər. Xəbərlərin yayılması çətinləşib. Bununla belə, İran ordusuna məxsus helikopterlər təlim bəhanəsi ilə Təbrizin üzəri ilə uçuşlar edib. Görünür, yerli əhali arasında xof yaratmağa çalışırlar.

Başqa şəhərlərdən xəbərlər

Sulduzda (indiki uydurma adı - Nəğədə) etirazçılar İmam cəddəsi ilə şəhər icra hakimiyyətinə sarı yürüş edərək, "Yaşasın Azərbaycan!", "Azərbaycan canımız - Urmu gölü qanımız!", "Azərbaycan var olsun - İstəməyən kor olsun!", "Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir" və başqa şüarlar söyləyiblər.

Sulduzun da bütün küçə və meydanlarına təhlükəsizlik qüvvələri yerləşdirilib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

"Savalan həftəsi"nin tələb və istəkləri

İrandan Azərbaycana qarşı bölücü siyasət

"Ermənistan işğalçı və təcavüzkar dövlətdir"

İran Azərbaycanla sərhədlərinə sədd çəkir?

İran parlamentinin deputatları danışdı

Bölmənin digər xəbərləri
 
Rəsmi Tehrandan iki fərqli məbləğ
Gölün hövzəsində uran yataqları var?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər