Hal-hazırda Ayna qəzetinin 17.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Uşaqların səhvlərinə qarşı səbirli olmaq lazımdır
Uşaqların səhvlərinə qarşı səbirli olmaq lazımdır
Axı insan səhvlər üzərində öyrənir
Şənbə, 17.09.2011

Aynurə mətn ölçüsü  

Uşaqlarda liderlik keyfiyyətinin inkişafına erkən yaşlardan başlamaq tövsiyə olunur. Çünki bu keyfiyyətlərin bir çoxunun təməli körpəlik yaşlarında qoyulur. BDU psixologiya kafedrasının dosenti Lalə Cabbarova hesab edir ki, lider üçün zəruri olan təşəbbüskarlıq, qətiyyətlilik, məqsədyönlülük, məsuliyyətlilik, özünəinam və müstəqillik kimi xüsusiyyətlərin formalaşdırılması əsasən mühit və tərbiyənin psixoloji təsirləri ilə mümkün olur. Psixoloq bu məsələ ilə bağlı mülahizələrini bizimlə bölüşərkən dedi:

- Valideynin buna laqeyd yanaşması gələcəkdə övladın taleyində həlledici rol oynaya bilir. Uşağın nailiyyətinə böyüklərin emosional şəkildə rəğbəti onda özünəinam hissini, təşəbbüskarlığı artırır, öz etdiyinə görə qürur hissi yaşamasını şərtləndirir. Əksinə, uşağın nəticələrinə laqeyd və ya mənfi münasibətə uşaq emosional baxımdan neqativ yaşanır. Bu faktın özü isə gələcəkdə onu hansısa təşəbbüslərdən çəkindirərək, onda özünəinamsızlıq formalaşdıra bilər. Özünəinam hissi zəif olan uşaqlarda özünüqiymətləndirmə aşağı, özünə tənqidi münasibət isə yüksək səviyyədə olduğundan nədəsə uğur qazanmaq, mübarizə aparmaq üçün onlar o qədər cəhd göstərmirlər.

Hər bir addımı, fəaliyyəti təşviq edilən, tez-tez "Afərin!", "Sən bunu düz etdin!", "Bu səndə çox yaxşı alındı!" kimi ruhlandırıcı ifadələr eşidən uşaq daha aktiv, özünəinamlı, cəsarətli olur, qarşısına yüksək məqsədlər qoya bilir. Lakin burada da, hər bir şeydə olduğu kimi, rəğbətləndirmənin yerində və düzgün həddə işlədilməsinə diqqət yetirilməlidir. Çünki özünü, öz imkanlarını qeyri-adekvat, həddən artıq çox yüksək qiymətləndirən uşaqlarda da bəzən arxayınçılıq hissi formalaşır, müvəffəqiyyət qazanmaq üçün lazımi səy göstərmirlər.

İnsan fəaliyyətinin əsasında tələbatların durduğunu nəzərə alaraq, uşaqda aktivliyə, yüksək məqsədlərə tələbat yaratmaq lazımdır. Yəni uşaqdakı liderlik potensialını inkişaf etdirmək məqsədilə onun aktivliyi üçün şərait yaradılmalıdır.

Uşaqlarda "Mən özüm" dövrü, müstəqillik hissi 2-3 yaşdan inkişaf etməyə başlayır. Bu vaxt uşaq ətraf mühiti "özüm yeyim", "özüm edim", "özüm baxım" və s. kimi ifadələrlə sərbəst öyrənməyə cəhd edir. Bu məsələdə valideynin vəzifəsi uşağa aktivlik üçün təhlükəsiz şərait yaratmaqdır. Hiperhimayə və yaxud onun sərbəstliyi üçün kifayət qədər təhlükəsiz şərait yaratmaq onda qətiyyətsizlik, özünəinamsızlıq, tez-tez köməyə ehtiyac hissi formalaşdırır ki, bu da sonradan həmin uşaqda asılılıq, tabelik mövqeyində durmağa meyli artırır.

REKLAM

Valideynlərin uşağa yalnız o vaxt əl tutması tövsiyə olunur ki, uşaq özü köməyə ehtiyac hiss etdiyini bildirsin. Uşaq kiçik bir maneə ilə rastlaşdıqda tez köməyə can atıb, onun yerinə nəyisə etməyə cəhd etmək yaxşı deyil. Bunun əvəzinə, onun bu vəziyyətdən necə çıxması üçün fikirlərini soruşmaq, maneələrin dəfinə cəhdlər göstərməsinin vacibliyini ona anlatmaq daha məqsədəuyğundur. Uşaqların səhvlərinə qarşı səbirli olmaq, onların sərbəst qərarlar verməsi, öz fikirlərini irəli sürməsi üçün mümkün şəraitin yaradılması valideynlərə tövsiyə olunur.

Hər birimiz həyatda səhvlər üzərində nəyisə öyrənirik. Buna görə də həyatda ilk addımlarını atan insanın büdrəməsi, yıxılması normal qarşılanmalıdır. Burada ən əsası, büdrəyən uşağı tez qaldırıb ayaq üstünə qoymaq deyil, onun yanında olub, özünün durması, addım atması üçün ruhlandırılmasıdır. Uşağı hər an səhvlərdən və onun nəticələrindən qorumağa çalışmaqdansa, onda qarşıya çıxan maneələri dəfetmə, gördüyü işi sona çatdırması üçün inadkarlıq, qətiyyətlilik təlqin etmək zəruridir.

Uşağın arzularına, maraqlı fikirlərinə hörmətlə yanaşılması da tövsiyə olunur. Burada valideynin əsas vəzifəsi - uşağı öz arzu və xəyallarını reallaşdırması üzərində fikirləşməyə təhrik etmək, ona istəklərini gerçəkləşdirmək üçün qarşıya real məqsədlər qoymaq və bütün bunlara necə nail olacağı ətrafında düşündürməkdir.

Beləliklə, liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün valideyndən uşağa aciz, daim köməyə ehtiyacı olan, heç nə bacarmayan kiçicik bir varlıq kimi deyil, formalaşmaqda olan, özünəxas keyfiyyətlərə və zəngin potensiala malik bir şəxsiyyət kimi yanaşma tələb olunur. Burada ən əsas məsələ - uşaqdakı potensialın inkişafında ona dəstək olmaq, onda özünə, öz bacarıq və qabiliyyətlərinə inam hissi formalaşdırmaqdır.

- Psixoloji baxımdan uşaqların 6, yoxsa 7 yaşında məktəbə getməsi daha düzgündür?

- Bu suala birmənalı cavab yoxdur. Bu, uşağın sağlamlıq vəziyyətindən, psixi inkişaf səviyyəsindən, ünsiyyət vərdişlərindən asılıdır. Fiziki cəhətdən zəif, müxtəlif somatik problemləri olan, tez-tez xəstələnən, yorulan uşaqların 7 yaşdan tez məktəbə getməsi məqsədəuyğun deyil. Qarşıdakı bir ildə valideyn bütün diqqətini uşağın sağlamlığını möhkəmlətməyə, ehtiyac olarsa, loqopedə, psixoloqa müraciət etməklə nitqinin inkişafına, onun psixoloji cəhətdən məktəbə hazırlığına yönəltməlidir. Məktəbə hazırlıq üzrə ixtisaslaşmış müxtəlif dərnəklər, klublar fəaliyyət göstərir ki, həftədə bir neçə dəfə uşaqların burada iştirakı gələcəkdə onların məktəbə adaptasiyasında faydalı ola bilər.

Bəzən belə fikirlərə rast gəlinir ki, uşaqların məktəbə qədər hazırlığına, ona həftənin, rəqəmlərin və s. öyrədilməsinə ehtiyac yoxdur. Onsuz da uşaq bütün bunları məktəbdə öyrənəcək və ona belə şeyləri erkən öyrətmək gələcəkdə dərsə marağının zəifləməsinə, "uşaqlığının əlindən alınmasına" gətirib çıxarar. Lakin qeyd etməliyəm ki, hazırda mövcud ibtidai təhsil proqramı uşaqların minimum səviyyədə də olsa, müəyyən biliklərə malik olmasını tələb edir. Hətta bəzi məktəb-liseylərdə tədris proqramlarının xüsusiyyətlərini nəzərə alaraq, uşaqları xüsusi testlərdən keçirərək qəbul edirlər. Buna görə də, istənilən halda, uşaqların məktəbə hazırlığı məsələsinə diqqət yetirilməsi zəruridir. Lakin uşağa hansısa biliklər aşılanarkən onun yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, məktəbəqədər yaşlı usaqlara istənilən biliklərin aşılanması əsasən oyun formasında həyata keçirilməli və hər dəfə 10-15 dəqiqədən artıq davam etməməlidir.

6 yaşından məktəbə gedən uşaqların məktəbəqədər hazırlıq proqramlarını keçməsi zəruridir. Yəni burada söhbət yalnız təlim proqramlarından deyil, eyni zamanda sosial-psixoloji hazırlıqdan da gedir. Uşaqların uşaq bağçalarına getməsi önəmlidir. Burada uşaq həm kollektivdə fəaliyyət göstərməyi öyrənir, həm də sosial rolların, cəmiyyətdə mövcud qayda-qanunların mənimsənilməsi baxımından da ilkin bilikləri, vərdişləri mənimsəyir. Müşahidələr göstərir ki, uşaq bağçalarından məktəbə gələn uşaqlar evdə ana, nənə, dayə tərbiyəsi görüb məktəbə ayaq basan uşaqlara nisbətən məktəb mühitinə, qayda-qanunlarına və kollektivə daha yaxşı adaptasiya olunur.

Valideynlərə tövsiyə olunur ki, uşağın hansı yaşdan məktəbə getməsi ilə bağlı psixoloqla uşağın hazırlıq səviyyəsini müəyyənləşdirdikdən və onun məsləhətini aldıqdan sonra qərar qəbul etsinlər. Lakin valideyn əgər uşaqda erkən yaşlarından oxumağa, yazmağa, xarici dillərə və s.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Küçə uşaqları üçün sığınacaq

Səhiyyə Nazirliyinə 3 milyon ayrıldı

İki azərbaycanlı yeniyetmənin öldürülməsi pisləndi

Gündəmdə uşaq məsələləri idi

Uşaqlar üçün "qaynar xətt" açılacaq

Bölmənin digər xəbərləri
 
Sağlam ailə qurmaq istəyirsənsə...
Nikah öncəsi tibbi müayinədən keçmək məcburi olacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər