Hal-hazırda Ayna qəzetinin 10.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Vaşinqtondan Pekinə çağırış: "İrandan aralı dur!"
Rusiya \"Qazprom\"u da İrandan uzaqlaşmaq kursu götürüb
Şənbə, 10.09.2011

Sədi mətn ölçüsü  

Tehranın neftlə bağlı şirnikləndirici vədlərinə dünyanın aparıcı şirkətləri məhəl qoymur. "Reuters" xəbər verir ki, Çin də İranın energetika sahəsinə sərmayələri azaldıb. Vaşinqton Pekinə xəbərdarlıq edərək, "İrandan aralı dur" dedikdən sonra Pekin ABŞ-a münasibətdə gərginliyi azaltmaq siyasətini yürütməyə başlayıb. Bunadək isə Pekin bu çağırışlardan yayınırdı.

Bir sıra amerikalı konqresmenlər hesab edir ki, İrana münasibətdə Pekin az iş görüb. Vaşinqtondakı Demokratiyanı Müdafiə Fondunun icraçı direktoru, Tehrana qarşı yasaqları gücləndirmə tərəfdarlarından Mark Dubovets deyib: "Yeni qanun yaradıcıları Çinin enerji şirkətlərinə sanksiyalar tətbiq etmək üçün ABŞ prezidenti Barak Obamaya təzyiqləri artıra bilər".

İranın arxası sayılan Rusiyanın "Qazprom" şirkəti də İranla əlaqələri məhdudlaşdırmaqdadır. Bir neçə gün öncə rəsmi Tehran bu şirkətə "Azər" neft yatağında görülən işlərlə bağlı hüququnu üçüncü tərəfə verməyi təklif etmişdi. İran hakimiyyəti iddia edib ki, şirkət həmin yataqdakı işləri yubadır.

"Azər" ölkədə ən iri yataqlardan sayılır. "Anaran"da geoloji-kəşfiyyat işlərini Norveçin "Statoyl" və Rusiyanın "Lukoyl" şirkətləri aparıblar. Nəticədə daha iki yataq, o cümlədən "Azər" aşkarlanıb. Tehran bu şirkətlərlə müqavilə bağlamaq üçün danışıqlar aparsa da, nəticəsi olmayıb.

2009-cu ildə "Qazprom" İran Neft Şirkəti ilə memorandum imzalayıb. Anlaşmaya əsasən, Rusiya şirkəti "Azər" yatağında da əməkdaşlıq etməyi öhdəsinə götürmüşdü. Şirkət bildirmişdi ki, 2010-cu ilin yayınadək layihəyə daxil olan yataqlarda işləri başa çatdıracaqlar, ancaq indiyədək buna əməl olunmayıb.

Tehranın Moskva səfiri Seyid Mahmudrza Səcadi bildirib ki, bu hal İran-Rusiya iqtisadi əməkdaşlığına mənfi təsir göstərir.

İranla müqavilə bağlamaqdan imtina edənlər arasında "Statoyl" və "Eni" italyan şirkətləri də var. Tehran bu şirkətlərə xam neft qiymətində sərfəli endirmələr vəd etsə də, avropalılar bu sövdədən imtina ediblər.

Hələ ötən ilin aprelində "Lukoyl" İranın "Anaran" neft yatağında fəaliyyətini dayandırdığını bəyan etmişdi. Onun bu addımı "beynəlxalq sanksiyalara tuş gəlməmək istəyi" kimi yozulmuşdu. "Lukoyl"un ABŞ-da 1500 yanacaqdoldurma məntəqəsi var.

İndi İran ondan aralı durmağa çalışan xarici şirkətlərə "bu işləri özümüz sizsiz də görərik" kimi şantajlara əl atsa da, bu kimi nəhəng işlər üçün onun müvafiq investisiyası yoxdur. Məsələn, İranın yeni neft naziri Rüstəm Qasimi sərhəd bölgələrindəki neft-qaz yataqlarında yeni axtarışlar üçün əlavə 40 milyard dollar sərmayə tələb olunduğunu söyləmişdi. Söhbət körfəzdəki "Cənubi Pars" neft-qaz yatağından gedir. O ərazidə çalışan Qətər artıq təbii qaz hasilatına başlayıb. İran yatağı isə sərmayə yoxluğu ucbatından fəaliyyətsiz qalıb.

Rusiya və Çin şirkətlərinin İrandan uzaqlaşmağa başlaması sanksiyalarda yeni tendensiyadan xəbər verir. Baş verənlərin ölkə iqtisadiyyatı üçün təhlükəli olduğu hakimiyyət təmsilçilərinin dilindən də etiraf edilməkdədir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bu gün də Güney şəhərlərində aksiyalar gözlənilir
Həbslər davam etdirilir

AEBA-nın son hesabatı Qərbdə rahatsızlıq yaradıb
İqtisadi sanksiyaların sərtləşəcəyi qaçılmaz görünür

Bütöv Azərbaycan qadınlarının parlamenti yaranıb
Ötən həftə Bütöv Azərbaycan qadınlarının toplantısı keçirilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər