Hal-hazırda Ayna qəzetinin 10.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Valideynlərin məktəb xərcləri
Ən bahalı dəftərxana ləvazimatı Azərbaycanda, ən ucuz məktəbli geyimi - Gürcüstanda!
Şənbə, 10.09.2011

mətn ölçüsü  

Yeni dərs ili yaxınlaşdıqca uşaqların zəruri məktəbli forması və dəftərxana ləvazimatı ilə təminat problemi aktuallaşır. Bu gün postsovet ölkələrinin çoxunda yeni dərs ilinə start verilib. "İqtisadi forum" jurnalı Rusiyanın "Rossiya-24" kanalına istinadən keçmiş SSRİ ölkələrinin məktəb bazarındakı qiymətləri nəşr edib.

Araşdırmalar göstərir ki, postsovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır. Bizdə bir məktəbli üçün minimal dəst təxminən 47 manata başa gəlir. Halbuki oxşar dəsti Moldovada 40 manata, Qırğızıstanda 32 manata, Qazaxıstanda 27 manata, Rusiyada isə 19 manata almaq olar. Ən ucuz dəftərxana dəsti Ermənistan və Belorusdadır. Ermənistan məktəblisi dəftərxana malları üçün ən azı 16 manat ödəməlidir. Dəftər, qələm və karandaşın ən ucuz olduğu ölkə Belorusdur. Belorus məktəblisinin minimal xərci 12 manat təşkil edir. Ümumilikdə götürdükdə Ermənistan və Gürcüstan istisna olmaqla, postsovet ölkələrində dəftərxana malları orta hesabla 5-10% bahalaşıb.

MDB ölkələrinin çoxunda vahid məktəbli geyimi tətbiq edilir. Azərbaycan da bu ildən yeni məktəbli geyiminə keçir. Məktəbli geyimlərinin alınması üçün Rusiyalı valideynlər daha çox xərcə düşür. Rusiyada məktəbli geyiminin bir dəsti təxminən 110 manata başa gəlir. Qazaxıstanda bunun üçün 82 manat, Azərbaycanda isə 47 manat ödənilməlidir. Ukraynada bu geyimləri 41 manata, Belorusda 39 manata almaq olar. Yaxın qonşularımızda vəziyyət nisbətən yaxşıdır. Ermənistanda şagird geyimi 34 manatdır. Gürcüstanda isə məktəbli geyimləri 2 dəfə az - 16 manat təşkil edir.

Dərsliklər hər il məktəblilərin başağrısına çevrilir. Azərbaycan və Qazaxıstanda dərsliklər pulsuz paylanacaq. Ermənistanda dərslikdən istifadəyə görə ödəniş nəzərdə tutulub. Bir kitabın illik icarə haqqı təxminən 82 qəpik təşkil edir. Moldovada ibtidai siniflər üçün pulsuz olan dərsliklər yuxarı sinif şagirdlərinə pulla verilir. Qırğızıstanda kitabdan istifadəyə görə ödəniş haqqı 5 il öncə ləğv edilib. Qırğız şagirdi indi çatışmayan hər dərslik üçün təxminən 3 manat ödəməli olur. Gürcüstanda bir dərslik 4 manata, Rusiyada isə 5,5 manata satılır.

Rusiyalı valideyn dəftər-qələm almaq üçün 19, azərbycanlı isə 47 manat xərcləyir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc liderlər Qazağa toplaşıb

"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"

Xaricdə təhsil alanların fəaliyyəti koordinasiya olunacaq

300-dək azərbaycanlı müəllim işdən azad edilib

Vahid məktəbli forması yenidən müəyyənləşib

Bölmənin digər xəbərləri
 
Uşaqlara yaxşını pisdən seçməyi valideyn öyrətməlidir
Bu işi tək televizorun öhdəsinə buraxmaq doğru deyil

Dərsə hazırlaşmaq uşaq üçün stressdir
Uşaqlarını məktəbə yola salan valideynlər...

Polis sənədsiz evləri və orada yaşayanları qeydiyyata alıb
Oruc Zalov: "Prezidentin bu məsələdən xəbəri var, bununla bağlı göstəriş verib"

Azərbaycanda sosial ipotekanın məbləği qənaətbəxş deyil
Azad Rəhimov: "Gənclər üçün nəzərdə tutulmuş sosial ipotekanın məbləği çox azdır"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər