Qadınlara qarşı çeşidli yasaqlara baxmayaraq, onlar özlərini azad hiss etməyə çalışır. Pis və ziyanlı vərdişlərə belə əməl etməkdən çəkinmirlər. Yerli informasiya vasitələrinin məlumatına əsasən, ölkədə siqaret çəkən qadınların sayı 2,5 faiz çoxalıb. Bunu şəhid Behişti adına Universitetin professoru Zəhra Hisami söyləyib:
"Ölkə əhalisinin 15 faizi siqaret çəkəndir. 4,5 faizini qadınlar təşkil edir". Onun sözlərinə görə, üç il öncə bu rəqəm 2 faiz olub.
"Əvvəllər küçələrdə siqaret çəkən qadınlar gözə dəyməzdisə, indi küçədə, avtomobildə bu adi hal alıb", - deyə Zəhra Hisami bunun "həyəcanlı fakt" olduğunu bildirib. Qeyd edək ki, İranda qadınların ictimai yerlərdə, ilk növbədə çayxana, qəhvəxanada sulu qəlyan çəkməsi yasaqdır.
|