Hal-hazırda Ayna qəzetinin 03.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
İranda müalicə olunmaq - etibarsızlıq əlamətidir
Aşqabad özünü xarici təsirlərdən qorumaq istəyir
Şənbə, 03.09.2011

S.Soltan mətn ölçüsü  

Türkmənistan hakimiyyəti İrana müalicəyə getmiş dövlət qulluqçularını üzə çıxarmağa başlayıb. "Türkmenistan xronikası" nəşrinin məlumatına əsasən, cari il avqustun ortalarında rəsmi olmayan mənbələr bildirib ki, son zamanlar İranda özü müalicə olunmuş, yaxud qohumunu ora bu məqsədlə göndərən dövlət qulluqçuları aşkarlanıb üzə çıxarılır.

Türkmənistan mətbuatı hesab edir ki, İranın səhiyyəsi "Türkmənistandan yüksək olmaqla yanaşı, nə Almaniya, nə də İsraildən geri qalır, qiymətlər də qaneedicidir. Bunun üçün viza alıb İrana yollanmaq yetərlidir".

Lakin məlumatda o da bildirilib ki, dövlət qulluqçuları və onların yaxın qohumlarının Türkmənistanda deyil, İranda müalicə olunduğu aydınlaşarsa, bu, həmin məmurun vəzifə karyerasına ləkə salacaq: "Belələri dövlət qulluğunda irəliləməyi unutmalıdır. Onlar etibarlı dövlət adamı sayılmır".

Türkmənistanda Türkiyə mənşəli Fətulla Gülən məktəbləri də qapadıla bilər. Bu cərəyana qısqanclıqla yanaşan İran tərəfi bundan məmnundur. Xəbəri də onlar yayıb. İran mətbuatına görə, bu məktəblər ölkənin idarəetmə, mədəni qurumlarına girişməyə çalışır, seçdiyi saf türkmən gənclərini "ABŞ üçün casusluğa hazırlayır". Türkmənistan hakimiyyəti Türkiyə mənşəli "Nur Camaatı"nın ölkədə dini-siyasi nüfuzundan duyduğu narahatlıq üzündən 1990-cı ildən bəri fəaliyyət göstərən bu məktəblərdə yoxlamalara başlayıb.

Türkmənistan mətbuatına əsasən, Aşqabadda yalnız Mustafa Kamal Atatürk adına "türk məktəbi" fəaliyyət göstərməkdədir. Ona da şagirdlər təhsilini bitirənədək fəaliyyət göstərməyə icazə verilib. Bu il isə "nurçuların" məktəbinə şagird qəbul edilməyib.

Uyğun olay Özbəkistanda da baş verib. Bir neçə il öncə oradakı məktəblər də qapadılmışdı. Rəsmi Daşkənd bu məktəblərdə "nurçuların" hazırlandığını əsas göstərmişdi.

Baş verənlərdən Tehranın sevinməsi anlaşılandır. Çünki İran hakimiyyəti Türkmənistanla Türkiyənin yaxınlaşmasını heç istəmir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aktauda "Kəpəz" və ya "Sərdar"a aydınlıq gələ bilər

"Vaşinqton Rusiyanı Xəzərdə özünə rəqib görmür"

Aşqabat Azərbaycanla viza rejiminin ləğvini düşünmür

Berdımuhəmmədov: "Ölkələrimiz arasında həlli olmayan məsələ qalmayacaq"

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Bakıdadır

Bölmənin digər xəbərləri
 
Baş verənlər bunlara dərs olmadımı?
Deyəsən yox

Türkiyə İsraillə sərt rəftar etdi
Əhməd Davudoğlu: "İsrailin öz cəzasını çəkməsinin vaxtı çatıb"

Siqaret çəkən qadınların sayı artır
Küçədə, avtomobildə bu adi hal alıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər